Qələmsiz yazılanlar
status-esselər
Dəyişikliklərin tempindən şoka düşənlər
çoxdur
Baş verənlərə
radikal islahat da demək olar,
inqilabi dəyişikliklər
də, səssiz inqilab da. Prezident başqa
xalqların qanla, dava-dalaşla, dərin qarşıdurmayla əldə
etdiklərini öz əzmi, inamı, ağayana təmkini və möhkəm iradəsiylə, həm də ardıcıl və sürətlə reallaşdırır. İnqilabi dəyişikliklərin
başında da özü dayanır.
Lider yenə özüdür.
Sürətli zamanın ritminə,
təzələnən dövrə
ən iti və diri reaksiyanın
da müəllifi odur. Addımları qürur doğurur.
Dəyişikliklərin tempindən şoka düşənlər çoxdur
- daxildə də, xaricdə də. Amma ayıq
və soyuqqanlı təbəqə, həssas
müşahidəçilər baş verənləri yüksək qiymətləndirir,
rəğbətlə qarşılayır.
Cəmiyyət mahir siyasətçinin, mütərəqqi
dünyagörüşlü, əzmkar və iradəli dövlət başçısının, usta
idarəedicinin qeyri-adi
və radikal gedişlərini heyranlıqla
müşahidə edir.
Üstəlik, indi üsyankar
gənclik də, narazı elektorat da - yenilik və
dəyişiklik istəyən
hər kəs Prezident İlham Əliyevin tərəfindədir.
Uğur və qalibiyyətin bütün açarları
onun əlindədir.
***
Prezidentin
fikirlərində çoxlu,
dərin mesajlar vardı...
***
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovla
daha çox mədəni tədbirlərdə,
teatrlarda rastlaşırıq. Onun mədəniyyətə,
teatra isti münasibətinin şahidiyəm.
Bu gün məni
"Neft Daşları"
yatağının 70 illiyi
münasibəti ilə
Bakı Ali Neft Məktəbinin tələbələrinin
səhnələşdirdiyi "O olmasın, bu olsun" operettasına baxmağa dəvət etmişdi. Operettanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi
Hafiz Quliyev idi.
Elmar müəllim çıxışında
dedi ki, "Neft Daşları" yatağının 70 illiyini
necə qeyd etmək barədə düşünərkən dahi
Üzeyir Hacıbəylinin
məşhur operettasını
tələbələrin ifasında
səhnələşdirməyi qərara alıblar - hesab ediblər ki, 70 illik yubileyə
ən yaddaqalan, orijinal hədiyyə bu ola bilər...
Dəvət olunanlar arasında "Neft Daşları"nda çalışan işçilər,
mühəndislər, neft
sektorunun rəhbər
şəxsləri, SOCAR-ın
rəhbərliyi və
tələbələr də
var idi. Tamaşa çox
maraqlı və yaddaqalan oldu.
Rektor ifaçı-tələbələr
arasında Prezident təqaüdçülərinin, dərslərində uğurlu
olan gələcəyin
mühəndislərinin də
olduğunu bildirdi. Mənim üçün
isə maraqlı məqamlardan biri də ifaçılar arasında xarici tələbələrin olması
idi. Məşədi İbadın hamam
və toy səhnələrində
xarici tələbələr
də oynayırdılar.
Fikirləşirdim ki, bu gün, bu tamaşa,
bu salon, bu zal, Üzeyir bəyin bu ölməz
musiqisi tələbələrin
yaddaşından heç
zaman silinməyəcək.
Bu xatirə hər
zaman yaşayacaq.
Məncə, bu axşamın özündə də bir simvolika vardı. Neft və sənət, neft və musiqi,
"Neft Daşları"
yatağının 70 illiyi
və dahi Üzeyir bəyin uzun illərdir, sevilən operettası, neft və Azərbaycan
mədəniyyəti... Düşünürəm ki, ölkəni, nefti və mədəniyyəti
təbliğin ən yaxşı yolu da elə budur.
Bu orijinal tapıntıya
və əsl bayrama görə Elmar Qasımova təşəkkür düşür.
***
Qayğıkeş babaya oxşayıram?! :)
***
Hər şey gözəl idi, ayaqqabı sıxmasaydı...
***
Əflatun Amaşova bir neçə kitabımı
bağışladım. Şeir kitabımı
isə xanımı üçün imzaladım.
Səhər-səhər zəng gəldi.
Əvvəl Əflatun
sevgi şeirlərinin
toplandığı "Səbəbi
sənsən" kitabı
barədə xoş sözlər söylədi,
sonra Nərgiz xanım telefonu aldı, daha çox təriflədi, xoş, təsirli sözlər dedi. Səhər tezdən dost ailəsindən belə xoş sözlər eşitmək yaxşı
ovqata səbəb oldu.
Siz də
"Səbəbi sənsən"i
tapıb oxuyun. Yaxşı
olmaq üçün
səbəb axtarın!..
***
Guya biz elə
sözlər yaza bilmərik?! Beş qat artığını
yazarıq.
***
Qarğa-quzğunlar zibilə, leşə yığışır...
***
Vaxt çox idi, tire (-)-ni də
qoya bilərdim...
***
"Səhv yaşadım"
düşüncəsi amansızdır
- keçmişə əlin
çatmır, gələcək
isə dumanlı boşluğa çevrilir...
***
Adam iddialıdır!..
***
Rəğbət yaxşı hərəkətlərin
cəmindən yaranır.
***
Nolub axı?! Adam kimi
sürün də...
***
Xumar xanımdan səhər nikbinliyi...
(Səhər-səhər sosial şəbəkələri
Xumar Qədimovanın
Nəsiminin 650 illiyi münasibətilə şairin
"Neylərəm" qəzəlinə
bəstələdiyi və
oxuduğu mahnı bürüdü. Xoş ovqat yaratdı.
Şahanə Müşfiq
bu layihə barədə esse yazdı, əla da başlıq tapdı: "Nəsimiyə
Xumar baxış").
***
Səslənməsi gözəldir, heç məğzinə yaraşmır
- Dönük.
***
Bunlar oynayırlar...
***
Guya o "pəpişqulu"lardan
sənin nəyin əskikdir ki?!
***
Gözəl Qadına görə inqilaba qoşulanlar çox olub.
***
Min cavana dəyən qocalar da var!
:)
***
Sözün gücünü hiss etməkdən, təsirini
görməkdən alınan
zövqü heç nə əvəz edə bilməz.
***
Hər paylaşıma
100 profil taq etməzlər. (M.Z.)
***
Yollar yenə
bağlanacaq. Özbək qonaqlar gəlir.
***
Hesab edin ki, kənddən indi gəlmisiz, heç nəyiniz yoxdur, hər şeyi sıfırdan başlamalısız. Onda rahat olacaq.
***
Bizim yaxşı
vaxtlarımız çoxdan
keçib.
***
Pislik elədiyi adamlar yuxusuna girirdi...
***
Hərdən adamın könlündən
"vodka" içmək keçir.
***
Elə deputat var?!
***
"Orta zəkalılar
cənnəti" (Z.Livaneli).
Gərək "Geri zəkalılar cənnəti" deyəydi...
***
Gün düşənlər yarıdı,
qaldı kölgədəkilər...
***
Dişə vurulmalı kimsə qalmadı.
***
Gözəllik əbədidir. Ardı gəlir, yenilənir.
***
Qaramat çoxalıb yan-yörədə...
***
Dəli şeytanı sevənlər
maraqlıdır.
***
Kütlənin sevgisi sürüşkəndir,
ona etibar yoxdur.
***
Sizdə ki hələ 69-dur, Siz niyə dilxorsunuz?! :)
***
Bu gün arxa küçələri yaxşı
tanıyan sürücülər
qazandılar.
***
18 yaşımda ilk dəfə
mənə şərab
içirdən Xalq şairi Hüseyn Arif meyi belə
tərif edirdi: "İç,
iç. Şərab pis şey olsa, bəşəriyyət
onu min ildir yaşatmazdı!" :)
***
Tıxac
statuslara can verir. :)
***
"Report"un ad günündən qaçıb
"Reef" restoranının açılışına gəldim.
Üç Günayın
selfisinə - tam cənnətə
düşdüm! :)
***
Qocaların üstünə ellikcə
düşmək, onları
ironiya, lağ, gülüş hədəfinə
çevirmək düz
deyil, axı. Qoca hər
evdə, həmişə
var. Hamısına toxunur
axı, bu ironiyalar. Bizə, xalqımıza xas
bir üstün dəyəri laxladırıq
bununla. :(
***
Ömür dəvətnamələrdə xatırlanır.
***
Bir öpüşlük
canları var.
***
"Hədəf" Nəşrlər Evinin 10 illiyi qeyd olundu. Təbrik edirik.
Qonaqlara da çoxlu kitablar hədiyyə etdilər. Sağ olsunlar. Nəşriyyatın
təsisçisi Şamil
Sadıq çıxışında
dedi ki, hər dəfə xaricdən - kitab yarmarkalarından böyük
ümidlərlə geri
dönürük, bizdə
də kitab satışının artacağını,
tirajların çoxalacağını
düşünürük. Amma bir müddət sonra ümidlər yenə öləziyir, qol-qanadımız yanımıza
düşür. Amma
dayanmırıq!..
Bu əzmkarlığı çox bəyəndim. Tədbirin keçirildiyi məkana - "Hədəf" liseyinə də heyran qaldıq. Uğurlar! Ümid sonda ölür. Əzminizi itirməyin!..
***
İmplantın laxlayırsa, diş həkimin qocalıb. :)
***
Sizdə haçansa bir adam bütün dünyanı əvəz edib?! Məncə, yox! Siz gəncsiniz. Amma həm də müdriksiniz. Dünyanı çılpaq görə bilirsiniz. Çılpaq görəndə isə sehir itir?! :)
***
Zövqünə uyğun kitablar seçib bağışladığın adam...
***
Sevəndə hamıya mehriban olursan.
***
Dünya yekə yazı lövhəsidir - saytdır də indi...
***
Cümləsinin başı-ayağı bilinmir, iddiası yerə-göyə sığmır...
***
Eynəklər imkan vermədi gözləri görməyə...
***
Günəşə aldanmayın, hava soyuqdur!
***
Bəyəndim bolqar atalar sözünü - qızın gülüşünə, qışın günəşinə inanma. :)
***
Əfsanələri dəyişmək olmaz.
***
Nara görə təşəkkür. Dadlı idi.
***
Sosial şəbəkədə riyakarlıq daha asandır - göz gözü görmür, üz üzdən utanmır. :)
***
Hərə öz ürəyindən tikan çıxaran statusu bəyənir.
***
Bütün xəyalpərəst
və sadəlövhlər yeniyetməliyində "Martin İden"
oxuyanlardır...
Rəşad
MƏCİD
Azərbaycan
Yazıçılar Birliyinin gənclərlə iş üzrə
katibi, "525-ci qəzet"in baş redaktoru
525-ci qəzet.- 2019.- 30 oktyabr.- S.9.