Bakı Zirvəsi - Azərbaycanın zirvəsi

 

Millət Vəkilləri Qoşulmama Hərəkatının Bakı Zirvəsini Azərbaycanın daha bir uğuru və tarixi hadisə kimi dəyərləndirdilər

 

 

"Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmizin müstəqillik tarixində mühüm siyasi hadisədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qoşulmama Hərəkatında ciddi uğurlara imza atdı".

 

Bu fikirləri "525"ə açıqlamasında  deputat Sahibə Qafarova söyləyib. Dünyanın 60-a yaxın ölkəsinin dövlət hökumət başçılarının, həmçinin, beynəlxalq təşkilatların rəhbərlərinin, ümumilikdə 160-a yaxın ölkənin beynəlxalq təşkilatın nümayəndələrinin Zirvə Görüşünə Azərbaycanın ən yüksək səviyyədə ev sahibliyi etməsinin ölkəmiz regionumuz üçün olduqca mühüm əhəmiyyət kəsb edən hadisə olduğunu diqqətə çatdıran S.Qafarova deyib: "Bütün dünya ictimaiyyətinin diqqət yönəltdiyi Zirvə Görüşü iki gün ərzində beynəlxalq münasibətlər sistemində ən önəmli hadisəyə çevrildi, beynəlxalq siyasi, iqtisadi, sosial gündəliyə aid olan vacib məsələlərin geniş müzakirəsinə şərait yaratdı. Bu, həmçinin, Azərbaycanın yüksək beynəlxalq nüfuzunun, ölkəmizə olan güclü etimadın əyani göstəricisidir". S.Qafarova deyib ki, Qoşulmama Hərəkatı hazırda dünyada BMT-dən sonra ən böyük təşkilatdır. Dünya əhalisinin 55 faizi təşkilata üzv dövlətlərin payına düşür: "Ölkəmizin bu təşkilatda fəal rol oynaması heç təsadüfi deyil. Əvvəla, Azərbaycanın öz siyasətində rəhbər tutduğu müdafiə etdiyi dəyərlər bu təşkilatın prinsipləri ilə üst-üstə düşür. Digər tərəfdən, bu təşkilat sahib olduğu iqtisadi, siyasi resurslarla geniş əməkdaşlıq platforması təklif edir. Azərbaycan bu təşkilatda fəal rol oynamaqla, həm Qoşulmama Hərəkatının fəaliyyətinə uğurlu töhfələr verir, həm özünün xarici siyasətdəki maraq mənafelərinin daha güclü əsaslarda müdafiə olunmasına imkan qazanır. Heç təsadüfi deyil ki, Azərbaycan təşkilata üzv olduğu 8 ildən artıq müddət ərzində beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə daha geniş məlumatlandırılmasına nail olub, təşkilatın qəbul etdiyi sənədlərdə münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə davamlı dəstək ifadə edilib. Son olaraq Bakıda Zirvə Görüşünün yekununda qəbul edilən sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə suverenliyinə açıq dəstək ifadə olunub, təşkilata üzv ölkələrin dövlət hökumət başçıları ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğulayıb bəyan ediblər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə "işğalçı" ifadəsi işlədilir ki, bu da Ermənistanın 120 dövlət tərəfindən növbəti dəfə işğalçı kimi tanınması deməkdir". Deputat, həmçinin qeyd edib ki, Qoşulmama Hərəkatına üzvlük, beynəlxalq sülh, təhlükəsizlik əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb.

"Azərbaycan ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha bir uğuruna imza atdı, oktyabrın 25-26-sı tarixlərində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət hökumət başçılarının XVIII Zirvə Görüşünə layiqli şəkildə ev sahibliyini edərək, adını tarixə növbəti dəfə qızıl hərflərlə həkk etdirdi. Azərbaycan həmin günlərdə bir daha dünyaya Günəş kimi doğdu, şəfəq saçdı, dünya Azərbaycanın inkişafına, tərəqqisinə, çiçəklənməsinə, onun sülhsevərliyinə qonaqpərvərliyinə bir daha şahidlik etdi. Dünya bir daha əsl Azərbaycanı gördü tanıdı".  Bunu isə digər millət vəkili Eldəniz Səlimov deyib. Qoşulmama Hərəkatının  BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilat olduğunu deyən millət vəkilinin sözlərinə görə, bu gün dünya əhalisinin təxminən 55 faizi Qoşulmama  Hərəkatına üzv ölkələrdə yaşayır: "Bu baxımdan,  hesab edirəm ki, oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət hökumət başçılarının XVIII Zirvə Görüşünün keçirilməsi tarixi hadisədir. "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə adekvat cavab verilməsini təmin etmək" mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət hökumət başçıları, həmçinin, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkə beynəlxalq təşkilatın nümayəndələri qatılmışdı", - deyən millət vəkili qeyd edib ki, Qoşulmama Hərəkatının yaradılmasının fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. "Tamhüquqlu 120 üzvü olan Qoşulmama Hərəkatı özündə 17 müşahidəçi dövləti 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. 1961-ci ildə yaradılmış təşkilata üzv olan hər bir dövlət onun prinsiplərinə bağlılığını bildirməlidir. Hərəkata üzvlük prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilib. Azərbaycan Respublikası da 2011-ci il mayın 26-da Qoşulmama Hərəkatına üzv ölkələrin yekdil dəstəyini əldə edərək təşkilata tamhüquqlu üzv qəbul olunub. Azərbaycan Hərəkatın müxtəlif səviyyəli iclas konfranslarında iştirak etmək üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzvlük, həmçinin, beynəlxalq sülh, təhlükəsizlik əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb. XVIII Zirvə Görüşünə ev sahibliyi edən Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Təbii ki, bu tarixi hadisə Azərbaycanın növbəti parlaq diplomatik uğuru kimi qiymətləndirilməlidir. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev dərin məzmunlu çıxış etdi. Dövlətimizin başçısı çıxışında ölkəmizin inkişafı, qazanılan uğurlar, eləcə dünyada baş verən proseslərlə bağlı fikirlərini bildirdi. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini bir daha bu yüksək tribunadan dünya ictimaiyyətinin diqqətinə çatdırdı: "Biz beynəlxalq hüququn norma prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir". Hesab edirəm ki, bu mövqenin bir daha ortaya qoyulması olduqca vacibdir əhəmiyyətlidir". Millət vəkilinin dediyinə görə, çünki işğalçı dövlət Ermənistan hər fürsətdə ifşa edilməlidir, onun ifşası prosesi daha da sürətləndirilməlidir.

 

Kamil HƏMZƏOĞLU

 

525-ci qəzet.- 2019.- 30 oktyabr.- S.6.