Mühacirət dramaturgiyamızda Abay
Dağlı yaradıcılığının yeri və rolu
II yazı
Son 30 ildə bu sahədə mühacirət ədəbiyyatı
irsimizin tədqiqi yönündə ciddi uğurların əldə
edildiyni vurğulamaqla yanaşı, deməliyik ki, bu sahənin
öyrənilməsilə bağlı qarşıda
mühüm vəzifələr də durur.
Zənnimizcə,
Abay Dağlının, həmçinin, Azərbaycan
mühacirət ədəbiyyatının digər nümayəndələrinin
həyat və yaradıcılığının daha
geniş aspektdə, hərtərəfli və müasir tələblər
səviyyəsində araşdırılması aktual və əhəmiyyətlidir.
Bu işin təxirəsalmadan, həm də
yüksək səviyyədə həyata keçirilməsi
Azərbaycan milli-mədəni irsinin, o cümlədən, ədəbiyyatının
da bütöv halda öyrənilməsi və dəyərləndirilməsi
nöqteyi-nəzərindən vacibdir. Eyni
zamanda, Azərbaycan Xalq Cümhuriyyəti tarixi, onun liderləri
ilə bağlı uzun illər boyu xalqdan gizlədilmiş, təhrif
edilmiş, saxtalaşdırılmış həqiqətlərin
üzə çıxarılmasına, dərindən, obyektiv
tədqiqinə, təbliğinə yardım edir. Həmçinin,
bu, xalqımızın istiqlal uğrunda mücadilə,
bolşevizmə, sovet rejiminə qarşı mücadilə
yoluna işıq salır, gənc nəslin azadlıq, milli
dövlətçiliyə sədaqət, tarixə, milli-mənəvi
dəyərlərə ehtiram, xalq qəhrəmanlarına,
böyük şəxsiyyətlərə məhəbbət
ruhunda tərbiyəsinə təsir edir. Eləcə
də bənzərsiz milli irsimizin - mühacirət ədəbi
irsinin itib-batmasının qarşısını alır, onu
ümumxalq sərvətinə çevirir.
Ölkəmizdə A.Dağlının həyatı və
irsinin tədqiqi istiqamətində müəyyən işlər
görülmüş, bədii əsər-ləri, o cümlədən,
pyesləri haqqında icmal xarakterli yazılar KİV-də dərc
olunmuşdur.
Professor Vaqif Sultanlının "Azərbaycan mühacirət
ədəbiyyatı" kitabında dramaturqun "Dədə
Qorqud", "Gənc ata", "Sakarya qərargahı",
"Sakarya çetəsi", "Natəvan",
"Füzuli" pyeslərinin mövzusu, ideyası barədə
qısaca məlumat veril-mişdir. V.Sultanlı mühacirət
ədəbiyyatına dair sonralar qələmə
aldığı yazılarda da A.Dağlının dram əsərlərinə
az da olsa, yer ayırmışdır.
Professor Şamil Vəliyev "Mühacirət ədəbiyyatına
dair yeni tədqiqat" adlı məqaləsində
N.Cabbarlının "A.Dağlının mühacirət
dövrü yaradıcılığı" adlı
monoqrafiyasını yüksək dəyərləndirir və
qeyd edir ki, tədqiqatçı dramaturqun pyeslərini peşəkarlıqla
təhlil süzgəcindən keçirmiş və onları
layiqincə qitmətləndirmişdir.
A.Dağlı
pyeslərinin əhəmiyyətini, aktuallığını
və həmişə-yaşarlılığını
professor Yeganə İsmayılova özünün
"Mühacirət ədəbiyyatı: A.Dağlının
"Dədə Qorqud" pyesi" adlı məqaləsində
dramaturqun "Dədə Qorqud" pyesinin timsalında sərrast
ifadə etmişdir: "Azərbaycan mədəniyyəti və
ədəbi düşüncəsinin ulu qaynağı olan
"Kitabi-Dədə Qorqud" təkcə öz
yarandığı və yaşadığı çağda
deyil, eyni zamanda, müasir dövrümüzdə də mili mədəniyyətimizin,
ədəbiyyat və incəsənətimizin ideya
bünövrəsi olaraq qalır. Azərbaycan
tarixinin bütün milli-mənəvi dəyərlərini
özündə cəmləşdirən bu ulu abidə elə
bir enerji mənbəyidir ki, çağdaş mili mənəviyyat
və mədəniyyət tariximizi onsuz təsəvvür etmək
mümkün deyildir. Özündə Azərbaycan
- oğuz xalqının birliyi və vəhdəti
ideyalarını daşıyan "Kitabi-Dədə
Qorqud" XX əsr tarixinin ən dəhşətli
çağlarında ziyalılarımızı
sınmağa qoymamış, abidədə daşınan milli
birlik, vəhdət və bütövlük ideyaları ədəbiyyat
və incəsənətimizə nüfuz edərək
xalqın mənəviyyatını dağılıb məhv
olmaqdan qorumuşdur".
Həm ideya, həm mövzu nöqteyi-nəzərindən
Azərbaycan mühacirləri kimi Türkiyə ictimaiyyəti
də bu əsərlərə, onların tamaşalarına
maraq göstərmişdir. Pyeslər qardaş
ölkə ədəbiyyatşünaslarının da diqqətindən
yayınmamış və onlar yeri gəldikcə bu əsərlərdən
bəhs etmişlər. Afyon Kocatepe Universitetindən
dosent Abdulla Şəngül "Cumhuriyyet teatrosunda Dədə
Qorqud" adlı məqaləsində pyesi, müəllifin
ideyasını, problemin aktuallığını yüksək
qiymətləndirir və Cümhuriyyət dönəmi
Türk teatrının toxunduğu mövzular arasında
"Dədə Qorqud" hekayələrinin olduğunu qeyd
edir, həmin tamaşalarda daha çox "qəhrəmanlıq,
cəsarət, fədakarlıq, ənənələrə
bağlılıq" kimi öğeler (element, ünsür -
T.A.) olduğunu vurgulayır. Tədqiqatçı yazır:
"A.Dağlı tarafından kaleme alınan Dədə
Qorqud isimli oyunda, makam ve mevki hırsı, Dədə Qorqud ilə
Bayındır Xanın vezirleri arasındakı
çatışmaya bağlı olarak verilir. Sevgiyi ve
kardeşliği esas alan bir
düşüncenin temsilcisi konumunda olan Dədə Qorqud,
herkese iyilik yapmayı, dürüstlüğü,
çalışkanlığı, doğru sözlü
olmayı öğütler. Özellikle devleti
yönetenlerin bu konuda daha dikkatli ve adaletli olması gerektiğini
vurgular. Hiç kimse kendini halktan üstün
görmemelidir diyen Dədə Qorqud, "Halktan hanlara kadar herkese danışman"dır".
Tədqiqatçı
Dədə Qorqud obrazının başlıca xüsusiyyətlərini
qabartmağa, vurğulamağa nail olmuşdur: "Her
gittiği yerde ruhları okşayan konuşmalar yapan Dədə
Qorqud hakkında Bayındır Xanın karısı
tarafından söylenen sözler, oyunun da teması
niteliğindedir: "O, yalnız Dədə Qorqud değil,
şanlı atalarımızın bugün yaşayan canlı
bir ruhudur". Ankara Universitetinin əməkdaşı Ebru
Kavas "Cumhuriyet sonrası türk teyatrosunda halk anlatı
gelene-ginden yararlanma" adlı məqaləsində xalq ənənələrindən
istifadə olunan bir sıra səhnə əsərlərinin,
o cümlədən, Abay Mirzə Dağlının "Dədə
Qorqud" pyesinin araşdırılmadığını təəssüflə
vurğulayır. Qazi Unuversiteti Sosial Bilimlər
İnstitutunun əməkdaşı Nuh Bektaşın "Dədə
Qorqud Hikayelerinde Anametinsel Dönüşümler" adlı
araşdırmasında da A.Dağlının Dədə
Qorqud haqqındakı pyesi xatırlanır. Afyon Kocatepe Universitetindən doç.dr. Ayse
Ulusoy "Tiyatro eserlerinde oyun kişisi olarak
"Atatürk" adlı məqaləsində yazır ki,
Atatürke bir oyun kişisi olarak yer veren tiyatro eserleri
arasında çeşitli meslekten insanların, Atatürk
sevgisiyle, onun hatırasına ve emanetlerine duydukları
sorumlulukla kaleme aldıkları Atatürk konulu amatör tiyatro
eserleri de bir diğer gurubu teşkil eder. Sadece
öğretmek zevkiyle yazdığını söyleyen
öğretmen A.Dağlının Atatürkün
hayatından seçtiği çeşitli kesitlerle
oluşturduğu okul piyesleri bu bağlamda zikredilebilir.
Yuxarıda adını çəkdiyimiz Afyon Kocatepe
Universitetindən doç.dr. Abdulla Şəngülün
"Türk teatr tarixi" adlı araşdırmasında
A.Dağlının bu mövzulara həsr etdiyi "Albay",
"Ata Anıları", "Atamızın
Gençliği (Savaşlar- Çankaya)", "Atatürk
- Cephelerde ve Çankayada", "Malazgirtten Sakaryaya",
"Sakarya", "Sakaryada Yirmiikinci Gün" pyesləri
haqqında da geniş söz açır, həmin əsərləri
təhlil süzgəcindən keçirir və dəyərləndirir.
Abdulla Karataş adlı müəllifin "Milli mücadileyi
konu alan pyesler" adl irihəcmli məqaləsində
də A.Dağlı yaradıcılığına, xüsusi
ilə onun istiqlal savaşına həsr etdiyi əsərlərə
geniş yer verilir.
A.Dağlı
irsinə Türkiyədə maraq və münasibətlə
bağlı deyilənlər dramaturqun 50-60 il
bundan əvvəl toxunduğu problemlərin
aktuallığına, müasir həyatla səsləşdiyinə
dəlalət edir. Fikrimizcə, Abay Dağlı
yaradıcılığı ilə bağlı Türkiyə
ədəbiyyatşünaslarının tədqiqatları gələcəkdə
də mühacirət ədəbi fikrinin qardaş ölkədə
daha dərindən və əhatəli öyrənilməsi,
eləcə də Azərbaycan-Türkiyə ədəbi-mədəni
əlaqələrinin inkişafı üçün
mühüm əhəmiyyət kəsb edir.
Türkiyə nəşrlərində
A.Dağlının həyat və
yaradıcılığı, xüsusi ilə pyesləri
haqqında yazılanlar, xüsusi ilə "RANA" təxəllüsü
barədə Mustafa Haqqı Türkəqulun qeydləri
abayşünaslığa meyli, marağı daha da
artırmışdır.
A.Dağlı
pyeslərinin tədqiqi ilə bağlı deyilənləri
yekunlaşdıraraq bu qənaətə gəlmək olar ki:
-
A.Dağlı irsinə maraq göstərilməsi və hər
iki ölkədə yazıçının həyat və
yaradıcılığının tədqiqi Azərbaycan-Türkiyə
ədəbi-mədəni əlaqələrinin, bu sahədə
əməkdaşlığın daha da genişlənməsinə
layiqli töfhədir;
-
Türkiyədə və Azərbaycanda A.Dağlı pyeslərinə
dair müxtəlif aspektlərdə və istiqamətlərdə
maraqlı və sanballı tədqiqat əsərləri qələmə
alınmışdır;
-
A.Dağlı pyeslərinin mövzusu, ideyası,
aktuallığı, müasir dövr üçün əhəmiyyəti
onu deməyə əsas verir ki, dramaturqun irsi bundan sonra da ədəbiyyatşünasların,
mühacirətşünasların diqqət mərkəzində
olacaqdır;
- Bir
sıra obyektiv və subyektiv səbəblərə,
mülahizələrə görə, A.Dağlının bəzi
pyesləri diqqətdən kənarda qalmışdır.
Fikrimizcə, yazıçının irsinin (sənətkarlıq
baxımından bugünkü tələblərə cavab verməsə
belə) küll halında tədqiqi mühacirət, o cümlədən,
mühacirət ədəbiyyatı problemlərinin daha dərindən,
obyektiv öyrənilməsinə yardım edər;
-
A.Dağlı yaradıcılığı ilə Azərbaycan
oxucularını və elmi ictimaiyyəti daha yaxından tanış etmək üçün
yazıçının əsərlərinin və onun
haqqındakı tədqiqat materiallarının nəşri məqsədəuyğundur.
Azərbaycan ədəbiyyatında tarixi mövzulu dramaturgiyanın uğurlu nümunələri çoxdur. Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə kimi... sənətkarlar əsərləri, əməlləri ilə xalqımızın tarixində və taleyində rol oynamış şəxsiyyətlərin həyat yoluna müraciət etməklə bir tərəfdən milli-mənəvi dəyərlərimizin güc, ilham, yenilməzlik və qürur mənbəyini tanıdır, təbliğ edir, yaşadır, ona yeni nəfəs verir, digər tərəfdənsə söz-sənət xəzinəmizi zənginləşdirmiş olurlar. Parlaq zəkası, fundamental tədqiqatları, iti qələmi ilə ədəbiyyatşünaslıq elmi-mizin yol göstəricilərindən birinə çevrilən AMEA-nın müxbir üzvü Yaşar Qarayev ədəbi irsimizdə tariximizin min ili, tarixi xadimlərimizin böyük bir dəstəsinin bədii surətlərinin əhatə olunduğunu, Babək, Xaqani, Nizami, Nişat Şirvani, Xətai, Nəsimi, Mirzə Şəfi, Mirzə Fətəli, Seyid Əzim, Səhhət, N.Nərimanov, Qaçaq Nəbi... haqqında əsərlər yarandığını qeyd edir və yazır: "Xalqın milli mənəviyyatının müasir mərhələdəki təkamülünü onun tarixi keçmişinin realist bədii tədqiqi zəminində izləmək və müasirliyin doğurduğu bir çox köklü suallara cavab tapmaq bu əsərlərin ən yaxşıları üçün ümumi olan başlıca ideya-bədii və vətən-daşlıq məqsədini təşkil edir".
Böyük tənqidçinin bu fikrini eyni dərəcədə
mühacirət irsinin qayəsinə də şamil etmək
olar. "Böyüklərimizi yalnız elmi əsərlərlə
tanıtmaq kafi gəlməz. Onları birər
örnək şəxsiyyət olaraq ədəbi əsərlərlə
də canlandırmaq gərək" - yazan mühacir dramaturq
A.Dağlı məhz bu niyyətlə də
"Füzuli" pyesində dahi Azərbaycan şairi və
mütəfəkkiri Füzulinin bədii obrazını
yaratmışdır. A.Dağlının əsərin
girişində yazdığı "Füzuli" pyesləri"
adlı yazısından məlum olur ki, dramaturqun 3 pərdə
9 şəkildən ibarət mənzum "Füzuli"
pyesinin ilk variantı 1961-ci ildə kiçik tirajla Ankarada
işıq üzü görmüş, "fəqət,
ilgisizlik üzündən böylə bir yayın
üçün uzun yıllar kaybedilmişdir". Daha sonra
görkəmli türk füzulişünası Əli Nihad Tərlan
pyesin yeni va-riantını oxuyaraq onu yüksək dəyərləndirmiş,
dramaturqun öz təbiri ilə desək, onun "hicranlı
ruhunu ihya etmişdir" (ruhuna yenidən can vermişdir - T.A).
Beləliklə, əsərin təkmilləşdirilmiş
variantı prof.dr. Əli Nihad Tərlanın "Füzuli və
"Füzuli" pyesi adlı giriş sözü ilə
1968-ci ildə İstanbulda nəşr edilmişdir.
Abid
TAHİRLİ
525-ci qəzet.- 2019.- 4 sentyabr.- S.17.