"Ölümün miniatürü"

 

 

 

Atraksionsevərlər üçün

Xanımlar cənablar, hansımız sonunda qələbə, ya məğlubiyyət təhlükəsi gizlənməyən oyunlardan zövq alırıq? Təsəvvür edin, şahmat taxtası arxasında əyləşmisiz rəqibsiz meydanda at, ya da fil oynadırsınız. Qalib gəlməyin mənası varmı? Yaxud qolf meydançasında dəlik yoxdursa, topu edəcəyik? Yaxşı ideyadır, məncə tullayaq, getsin. Keçən aylar ərzində sevgilim mən dəfələrlə şəhərin müxtəlif atraksionlarına baş vurub gicəllənmiş halda bir-birimizdən yapışaraq yaxınlıqdakı skamyaların qoluna dirsəklənmişik. Az olmayıb belə sərgüzəştlərimiz. Əyləncələrimiz əksərən "Ay Allah, öldüm, bu idi?" kimi təlaş yorğunluq dolu cümlələrlə bitib (belə yorğunluğu sevirəm). olsun? O olsun ki, dənizin qoynunda uşaqcasına gizlənən günəşin şəfəqləri altında, həyəcanla minməyə tələsdiyimiz atraksionları maraqlı edən məhz qorxudur. Fərq etmir, Şeytan çarxı, yoxsa "Vikinq". Yəqin, hər kəsin ətrafında atraksionlardan ürkən adam tapılar. Bizim qeyri-iradi motivə mənbəyimizə çevrildiyi üçün buradan həmin şəxsə təşəkkür edirik: "Doğru edib qorxursunuz. Sizdə hər şey qaydasındadır".

 

Əgər şəhərin mərkəzi küçələri boyunca "əcnəbi əjdahaların" belində 150-160 kilometr sürətlə şütüyən zəngin övladlarını az görməmiş "yavaş sür , ay xoşbəxt!" kimi nidalarla onları az yad etməmişiksə, bəs indi bizi "Formula-1" avtomobilləri ilə müqayisəyə gələcək qədər sürətli atraksionlara minməyə vadar edir? Doğrusunu deyin, bu haqda düşünmüsünüzmü? İcazənizlə, sizə obrazı özünüzdən olan şərti bir atraksion örnəyi təqdim edim; deməli, əvvəlcə minirsiniz qatara, kəmərinizi bağlayırsınız belinizə, nəfəsinizi tutub ciyərinizə sıxır nəhayət, baş verəcəkləri gözləyirsiniz. Bura qədər hər şey yaxşıdır. Az sonra hərəkətə gələn qatarın sürətini hardasa başa düşmək olar. Ancaq 3 dəqiqə ərzində ödümüzü ağzımıza gətirən bu qatarı bizim üçün maraqlı edən nədir? Məncə, bunun bir adı var - "Zəncirli ölüm"ü seyr etmək hərisliyi. Bulvar ərazisində gəzişən ölümün imzası bütün atraksionlara kəmər dilində həkk olunub. Əyləncə təhlükəli sayıldığı müddətdə diqqətimizi çəkir. Baxmayaraq ki, heç kim səbəbsiz (hətta səbəbli!) yerə ölmək istəmir, hərçənd mövzu əyləncə mərkəzləridirsə, az qala hamı maraqla onun görüşünə tələsir.

 

Zənnimcə, vaxtsa ölümə səyahət turları təşkil olunsaydı, böyük əksəriyyətimiz bu paketləri almaqdan ötrü borc siyahısında kirayə ad götürərdik. Deməli, insan ölümlə mübarizəni hiss etmək üçün yaşayır? Qəfil çığırtılarla qulaqlarını kar etdiyimiz atraksionlar "bəli" cavabının tərəfdarıdır. Yaşamın sonunda bizi nəyin ya kimin gözlədiyindən xəbərsizik. Atraksionlar isə həyata geri dönüş şansı vəd vermiş ölüm sistemləridir.

 

Bir həftə ərzində yazdığım bu mətn təkcə atraksionlara həsr olunmayıb. Məsələn, dünyanın ən məşhur oyunlarından hesab edilən şahmat ölüm prinsipi ilə işləyir; şahlardan biri digərinin bütün qüvvəsini - ordusunu - əlindən alır, gedişlərinin qarşısını kəsir, nəhayət, son həmlə ilə onu məhv edir. Zülmət nura qalib gəlir. Xeyir şər üzərində zəfər qazanır. Güc gücsüzlüyün qətlində ittiham olunur. Eyforiya lüzumsuzdur. Deməli, şahmat birbaşa zəka oyunudur deyə hansısa bəhanəyə sığınmaq mümkünsüzdür.

 

Uduzmusunuzsa, "ölən" sizsiniz - miniatür şəklində. Qələbə məğlubiyyəti təsirediciləşdirən şey şahmatın həyata ifrat dərəcədə bənzər olmasıdır. Ancaq heç məğlubların da üzülməsinə yol vermək olmaz. Təsəlli.com saytından əldə etdiyimiz məlumatlara görə, bu oyunda məğlub edilmişlər həyatda daha çox uğur qazanır. Ətrafınızda belə bəhanələrə sığınmış kimlərsə olmalıdır axı, yaxşı axtarın. Əyləncə sığortalanmış ev kimidir. Yaşatdığı qorxu hissinin mükafatı olaraq qazandığımız ölümsüzlük duyğusu bizə qürur bəxş edir. Məktəbliykən uşaqlarla birgə mindiyimiz "vikinq"dən "xilas olduqda", mən daxil, kişiliyin astanasında dayanmış bütün oğlanlar məmnun görünürdük. Biz öz kiçik dünyamızda əsir götürülmüş ölümə qalib gəlmişdik. Əyləncə zamanı sağ qalmaq ehtimalı var. Triller janrında çəkilmiş filmlərin bir çoxunda atraksionların bədheybətliyi boşuna nəzərə çarpmır, əziz oxucu. Həmin qorxu digər həyəcan, təlaş bənzər hisslərdən daha gerçəkdir, bu, sənin mənim dərk etməmizə rəğmən, qəbul edə bilmədiyimiz ölümün carçısıdır. Bu, (şah)matlıq qorxusudur. Gedişlərimiz tükənir. Gecə gündüz. qara... Əyləncələrdən zövq alaraq bəhs edirik, bir neçə dəfə eyni oyunu sınadıqdan sonra yoruluruq. Ölümdən bezmək isə mümkün deyil. Çünki onun təxminolunmaz təhlükəli anlarını adiləşdirmə şansımız yoxdur, ölüm ehtimalından birdəfəlik qaça bilmirik. zamansa, qaça biləcəyikmi? - bunu da bilmirəm...

 

Ən azından, bacardıqca ram etməyə çalışdığımız yoxluq qorxusunu yalnız əyləncələr sayəsində unuda bilirik. Həyat ölümü unutma cəhdlərimizlə dolub-daşır. Xüsusi sonluq əlavə etməkdənsə, sizə bir cavab hədiyyə edəcəyəm: Sizcə bu ikisi arasında fərq nədir; Biri o birinə aparan yoldur, yoxsa o biri ümumiyyətlə, mövcud deyil? Cavabı məndən yadigar kimi saxlayın. Görüşəcəyimizə gümanınız varsa, bu cavabı mənə geri qaytarmağa deyirsiniz?

 

Dərinlərdən geri qayıdaq. Boğulmaq təhlükəsi var. Bura yasaq bölgədir. Həyat əyləncə deyil, daha qorxuludur həm də çox qorxulu, həm də ən qorxulu...

 

 

Mir Çingiz AĞAZADƏ

 

525-ci qəzet.- 2019.- 4 sentyabr.- S.15.