1509-cu ilin payızı - Tüdorların uğurları və bədbəxtliklər seriyası

Telman ORUCOV

(Əvvəli ötən şənbə sayımızda)

Kral bu vaxt matrimonial macəralar seriyası ilə bağlı idi, bu da onu həm monstr, həm də gülüş hədəfi etmişdi. O, tezliklə Annadan cana doydu, arvadı ona oğul varisi doğa bilməmişdi. 1836-cı ildə Anna Boleyn arvad xəyanətinə görə sarayın digər üzvləri ilə birlikdə edam edildi. Katerina Araqonlu rədd edilsə də, lakin boyun əyməməklə yaşasa da, Annadan bir az əvvəl ölmüşdü. Nəhayət, azad olan Henri qəflətən Ceyn Seymura evləndi, qadın ona 1537-ci ildə Eduard adlı oğul doğdu, lakin doğuşdan 12 gün sonra Ceyn özü öldü. O, təkcə öz sirdaşları olan arvadların taleyindən qaçmadı, həm də kralın xatırlanan bir hissi bağlılığı kimi yadda qaldı. Kral isə bundan sonra daha üç dəfə evləndi.

Sonrakı üç il Ceynin yerini doldurmaq cəhdləri edildi və gəlin kimi Kromvel siyasətinin şahmat piyadası olan Kleves hersoqunun bacısı Anna saraya daxil oldu. Lakin Henri ilk baxışdan ona nifrət etdi və nəhayət, onu boşamağa nail oldu.

Anna Kleves fiaskosu Kromveli məhv etdi, onun çox sayda düşmənləri qadına qarşı olmaqla, krala tərəf döndü və 1540-cı ilin iyulunda Kromvelin başı da edam kötüyü üstündə kəsildi. Burada heç bir şübhə yox idi ki, Henri bu vaxtdan etibarən əsl təhlükəli adama çevrildi. O, həmişə sirli və şübhəli olmağı sevirdi, heç kəsə inanmırdı və qərara almışdı ki, bütün digər adamların nə fikirləşdiklərini bilsin. Bu vaxt o, paranoyya meyllərini göstərməyə başladı. Hər bir adama nəzarət etdiyinə inanıb, onu şübhə ilə qidalandırmağı bilənlər tərəfindən faktiki olaraq kralın bu zəifliyindən istifadə olunurdu. Avropada ən yaşlı kral olmaqla, onun böyük təcrübəsi var idi və idarəçilik üsullarından baş çıxarmağı da artmışdı. O düşünürdü ki, baxışları onu böyük adam edəcəkdir. Özünün layiq olmadığı bədbəxtliyindən və pis səhhətindən onun əhval-ruhiyyəsinin qüsurları böyüyürdü. Hətta 1536-cı ildə axırıncı turnir döyüşündə yıxıldıqdan sonra da baş ağrısından əziyyət çəkirdi. 1530-cu illərin sonunda o, ayağındakı xoradan əzab hiss edirdi, bu xəstəlik qalan ömrünün əksəriyyətində onu aqoniyada saxlayırdı. Artıq o, özünün hündür boylu bədənini müxtəlif məşqlərə tabe edə bilmirdi. Həm də artıq ağrıya öyrənmişdi, çox kökəlmişdi, çəkisi 177 kq idi. Olduqca çox yeyir və spirtli içki içirdi.

XVI əsrdə 50 yaş yaxşı yaş idi, lakin hətta Henri çox sürətlə yaşa dolurdu. Lakin onun ağlı zəifləmirdi, burada heç bir qocalıq əlaməti yox idi. Lakin onun narahatlığı artırdı, çox vaxt melanxoliyaya tutulur, depressiyaya qapılırdı, daha çox səbirsiz olurdu.

1540-1542-ci illərdə 20 yaşlı Katerina Haurda evlənməklə qısa müddətə də olsa, öz cavanlığını qaytardı. Bu qız öz eşq macəralarını hətta krala ərə gələnə qədər də davam etdirmişdi və bu, onun ifşa olunmasına gətirib çıxardı. Kral onu zinakarlığına görə edam etdirdi. Edamdan əvvəl Katerina gəncliyində dəfələrlə əxlaqsızlıqla məşğul olduğunu etiraf etdi.  Lakin zərbə Henrini sona çatdırdı. Bu hadisə olmasa da, o, həqiqətən də, kədərli və qəzəblənmiş qoca adam idi, lakin buna məhəl qoymayaraq, o, bir daha yenidən evləndi ki, dinc həyatın ölçüsünü sakit və itaətli Katerina Parrla birlikdə tapsın. Katerina artıq iki dəfə ərdə olmuşdu. Krala ərə getməmişdən əvvəl sevdiyi Tomas Seymurla ailə qurmaq istəyirdi, lakin kralın izdivac təklifinə etiraz edə bilmədi. Kralın fiziki cəhətdən sıradan çıxması yekunlaşmışdı və şıltaq avtoritarizm tələsinin arxasında isə yalnız getdikcə tənəzzülə uğrayan xəstə adam vuruşurdu.  Katerina Parr kralın dul arvadı kimi qalmaqla, az sonra Ceyn Seymurun qardaşı Tomas Seymura ərə getdi.

Lakin o, hələ də kral idi və Kromvelin yıxılmasından sonra (sonralar o, özü buna peşman olmuşdu) siyasəti yeganə planlaşdıran adam özü idi. Xəstə, bədbəxt zorakı adamın əlində siyasət hiss olunan və ya çiçəklənən deyildi və beləcə də bu, sübut olundu. Özünə qaldıqda Henri səltənəti birləşmiş şəkildə saxlayırdı, baxmayaraq ki, daim fraksiyaların arasında mübarizə böyüyürdü. Bu, onu yenə də ilk məhəbbətinə - kralların idmanı olan müharibəyə və işğala çəkdi.

1542-ci ildə İmperator və Fransa kralı düşmənçiliyə başladılar. Dini müstəqillik iddiasından sonra onlara tacın keçmiş tərəfdarları qoşuldu, bu isə şotlandları öz müttəfiqlərinin - Fransanın yanına gətirdi. Bu vaxt müharibədəki uğur gözlənilən narahatlığa səbəb oldu, Şotlandlar Solvey torf bataqlığına 1542-ci ildə yürüş etdilər və onların kralı V Ceyms bir az sonra öldü. Bu, həm də ölkələrin hər iki tərəfdən olan körpə varislərinin nikah ittifaqı vasitəsilə açılan bir imkana tabe olmamalarına şərait yaratdı.

Fransada ingilis ordusu Bulonu işğal etdi, lakin şotland ordusu tezliklə iflasa uğradı. Henri bundan yapışdı ki, şotland milləti özünə aid adəti fransızpərəst partiyaya vermişdir. O, qərara aldı ki, hətta İngiltərə ilə ittifaqa müqavimət göstərsin. Henri həm müharibəni, həm də sonrakı danışıqları idarə edirdi, xəstə bir adam üçün təəccüb doğuran enerji nümayiş etdirirdi. Lakin enerji heç də kompotentlik demək deyildi. Müharibə özünün dağıdıcı olduğunu sübut etdi. Henrinin qoyduğu vergilər və aldığı borc pul müharibənin xərcini ödəməyə kifayət etmirdi. Beləliklə, monastır torpaqlarını satmaqla pulu qazanmaq olardı, bu, yaxşı gəlir verərdi və bu yolla Kromvel tərəfindən edilən maliyyə yaxşılaşmaları tezliklə itirilmişdi. Güclü inflyasiya baş verdi. Hətta imperator Fransa ilə sülh bağladıqdan sonra da Henri onun irəliləməsinə imkan vermədi. Yalnız iki il sonra o, özünün mənasız mübarizəsinə son qoydu.

1546-cı il gələndə açıqca müşahidə olundu ki, kral uzun müddət yaşamayacaqdır. O, əvvəlki tək dini ayrı-seçkilikdən şikayətlənirdi, özünün ölməz aliliyinə iddia edirdi, qüdrətli Hauard ailəsini məhv etmişdi, onlardan öz varisinə nəzarət etmək cəhdinə görə şübhələnmişdi. Demək olar ki, sona qədər öz şüurunda olmaqla o, 28 yanvar 1547-ci ildə öldü. O, idarəçiliyi azyaşlı oğluna vərəsə etmişdi.

VIII Henri həmişə əsl monarxiyanı təcəssüm etdirən kimi görünürdü. Hətta onun şər işlərində də heç vaxt onun böyüklüyü xatirəsinin hansısa bir yolla amalqama edilməsi gözə çarpmırdı.

O, millətinə onun istədiyini verdi, özü də millətçiliyin nəzərə çarpan simvolu idi. O, yaxşı idarə etmək üçün bəzi şeylər etmişdi, faydalı donanma düzəltmiş, dini islahata və sosial yaxşılaşmalara start vermişdi. Ancaq o, hansısa bir düşüncədə böyük adam deyildi. O, xalqını hara apardığını az başa düşürdü. O, nə dövlət xadimi, nə də peyğəmbər idi, o, həmçinin, qanla ləkələnmiş monstr da deyildi. Soyuqqanlı, özünə vurulmuş, daim dünyanın yolu barədə şübhəli olmaqla, o, ikinci stereotipə tərəf aşağıda yaşaya bilməzdi. O, heç vaxt tələb olunan qətldən birinci olaraq həzz almırdı. Sadə olmaqla o, heç vaxt başa düşməmişdi ki, həyat onun layiq olmadığı bir belə narahatlıqlarla əhatə olunmuşdur.

VII Henri öləndə özünü Avropanın ən qüdrətli hökmdarı hesab edirdi. Təkcə o, belə düşünmürdü. İntibah dövrü Avropasında onun müasiri olan İspaniya kralı (bu vaxt o, I Karl adlanırdı), Müqəddəs Roma imperatoru V Karl və Fransa kralı I Fransisk də eyni bir düşüncə ilə dünyanı tərk etmişdilər. Axı hökmdarların ambitsiyaları heç də taxt-taclarının böyüklüyündən kiçik olmur.

1509-cu ilin payızı

Edinburqa, Holiruudhauz (Müqəddəs çarmıxa çəkilmə evi - müəllif) sarayına Katerina və Harridən gələn kiçik qızıl məktublar K. və H. hərfləri ilə imzalanırdı, onların nar xaçı hər bir sahib daşında nəqş edilirdi. Harri arvadının tac daş-qaşlarını göstərmək üçün ondan kukla kimi istifadə edirdi. O, arvadının rəsmlə çəkilmiş portretini bütün Xristian dünyasına göndərmişdi ki görsünlər, o, necə də gözəldir.

Katerina Marqaretə göndərdiyi məktubda yazırdı: "Biz daimi bacılara malik olmuşuq və indi mən sənin bacınam və kraliça bacınam. Qardaşın və mən sevimli atanın və nənənin ölümünə görə yas keçirdik və biz birlikdə çox xoşbəxtik. Əgər sən saraya qonaq gəlsən, biz şad olacağıq. Mən hamiləyəm, qardaşına oğul və varis doğsam, çox şad olaram".

Artıq Katerinanın 23 yaşı var idi. O, ilk uşağına elə bu yaşda hamilə olmuşdu.

Marqaret oktyabrda Londona yazdı ki, mən oğlan uşağı doğmuşam. Bu, onun zəfəri idi. O başa düşürdü ki, onlar oğulları olmadan əslində heç nədirlər. 

1510-cu ilin yazı

Katerina əli ilə yazdığı məktuba öz nar möhürünü vurmuşdu. O, hamilə olduğu ilk körpəni doğulmamışdan əvvəl itirmişdi, baxmayaraq ki, uşaq dünyaya gəlsəydi, o, qız olacaqdı. Həkim onu aldatmışdı ki, sən əkiz uşağa hamilə idin, biri tələf oldusa, digərinə hamiləliyin davam edir. Qarnı köpmüş olduğuna görə Katerina buna inanmışdı. Saxta doğum anı gələndə, heç bir uşaq meydana gəlmədi. Kralı isə aldatdılar ki, uşaq ölü doğulmuşdur. Marqaret ona məktubunda özünün vicdan əzabı çəkdiyini bildirdi. O, Katerinanın kədərinə görə və qardaşı üçün dua edirdi. Onun duaları hələ də İngiltərə taxt-tacı barədə idi.

O, əjdaha tərəfindən udulmuş Müqəddəs Marqaretə öz sirrini pıçıldayırdı. Marqaret əjdahanın qarnından ziyan dəyməmiş çıxmışdı. Əgər Katerinanın oğlu olsaydı, o, Marqaretin oğlunun yerini tutacaqdı. Kim onu kiçik gizli sevincinə görə məzəmmət edə bilərdi ki, onun oğlu vardır, Katerinanın isə oğlu yoxdur.

Marqaret qərara almışdı ki, doğuş yatağında olsa da, heç vaxt həkimə müraciət etməyəcəkdir. 

1510-cu ilin yayı

Marqaret Liplisqou sarayında olanda Katerinadan may ayında aldığı məktubda deyilirdi ki, o, hələ də hamilə deyildir. Baldızı ona cavab yazdı:

"Allaha şükür, mənim oğlum möhkəm və çox sağlamdır. Sənin səhvini eşidəndə çox kədərləndim".

Əlavə edirdi: "Rəğbət çətinliklə yük ola bilər".

Əri Marqareti xəbərdar edib deyirdi ki: "Bir daha heç vaxt məni məşuqələrim olduğuna görə məzəmmət etmə". Marqaret isə bildirdi ki, "Bu, Allahın qanunlarına və kişilərə aid olanlara ziddir".

Edinburq qəsrində yaşayan Marqaretin oğlu 9 aylıq olmaqla, çox arıq idi. Körpə qızdırma ilə mübarizə aparırdı, onun bədəni isti idi. Lakin isitməni, hərarəti aşağı sala bilmirdilər. Uşaq gözlərini yumub, ağlamağını kəsdi. O, başını başqa tərəfə çevirdi, elə bil ki, yatmaq istəyirdi. Bu vaxt Marqaretin dəhşət bildirən səsi eşidildi: "O öldü". Ana olduqca bədbəxt idi, öz məğrurluğuna görə təqsirkar idi. Katerinaya yazırdı ki: "Mən peşmanam ki, nə vaxtsa sənə qarşı günah işlətmişəm. Mən dua edirəm, sənin əleyhinə nə demişəmsə, onlara görə məni bağışlayasan. Mən Meridən və səndən ötəri çox darıxıram. Mən çox aşağılanmışam. Heç vaxt buna bənzər ağrı keçirməmişəm". 

1511-ci ilin yazı

Edinburqdakı Holiruudhauz sarayına xəbər çatdı ki, Katerinanın oğlu oldu. Allah elə bil ki, Tüdorlara gülümsəmişdi. Valideynləri onu Henri adlandırdılar. Henri özü və ilk oğlu barədə düşünürdü. Axı ümumiyyətlə, heç bir Artur Tüdor yox idi, Marqaretin də nə qardaşı, nə də oğlu var idi. Londonun fəvvarələrindən varisin doğulması şərəfinə şərab axırdı.

Lakin Katerinanın da zəfəri qəddarcasına qısa müddətli oldu.

Martda Londondan xəbər gəldi ki, kralın körpəsi Henri ölmüşdür. Öləndə uşaq heç iki aylıq da deyildi.

 

(Ardı var)

525-ci qəzet.-2019.-7 sentyabr.-S.22.