Edam ərəfəsində yazılanlar

VƏ YA FƏLSƏFƏ NECƏ TƏSƏLLİ VERİR

Taleh EMİNOĞLU

 

"Günəş işığı düşməyən zindanda oturub edam ediləcəyi günü gözləyən insan edər" sualına, yəqin ki, çoxunuz "keçmişdəki xoş günlərini xatırlayar" deyəcəksiniz. Amma 475-525-ci illər arasında yaşamış romalı filosof Boesius sizinlə razılaşmazdı. Çünki özü edamını gözləyərkən düşünmüş ən məşhur əsəri olan "Fəlsəfənin təsəllisi"ni yazmışdı.

Sonuncu Roma filosofu olan Boesius dövrünün məşhur insanlarından idi. Ailəsinin nüfuzu, o dövrə görə aldığı yaxşı təhsil sayəsində Ostqot kralı Teodorikin etibarını qazanmış, Romanın konsulu təyin edilmiş ölümündən beş il əvvəl "Magister officioum" (Rütbələrin ən ucası) rütbəsinə yüksəldilmişdi. Dövlət işləri ilə yanaşı, özünün fəlsəfi düşüncələrini qələmə alan Boesius, bununla yanaşı, Platonun, Aristotelin bir çox əsərini latın dilinə tərcümə etmişdi. Boesiusun fəlsəfəsi daha çox din üzərində qurulmuşdu elə buna görədir ki, özündən əvvəlki Yunan-Roma filosofları ilə ondan sonra qərb dünyasını təsiri altına salan xristianlıq onun fəlsəfəsi arasında körpü rolunu oynamışdı.

"Fəlsəfənin təsəllisi"ndə yazdığı kimi, insanın bu gün şanslı olması, sabah da şanslı olacağı demək deyil. Onun da şansı bir gün ondan üz döndərir. Kral Teodorikə qəsddə dövlət sirrini düşmənə verməkdə ittiham olunaraq edama məhkum edilir. Öldürüləcəyi günü gözləyə-gözləyə tanrının, alın yazısının axtarışına çıxır məlum əsəri qələmə alır.

"Fəlsəfənin təsəllisi" beş hissədən ibarətdir yarışeir-yarıproza şəklində qələmə alınmışdır. Əsər Boesiusun zindanın bir küncündə qəm dəryasına batdığı zaman gözünə əynində nimdaş paltar, bir əlində hökmdar əsası, digər əlində isə kitablar olan qadının görünməsi ilə başlayır. Bu qadın fəlsəfənin obrazlaşdırılmış şəklidir. O, Boesiusa onu unutduğu üçün qəzəblidir. Onun yanına gəlmə səbəbi isə yaşadıqları qarşısında necə reaksiya verəcəyini ona öyrətməkdir. Kitabın qalan hissələri Boesius ilə qadın (fəlsəfə) arasında tanrı bəxt ilə bağlı edilən söhbət şəklində qurulub.

Fəlsəfə ona bəxtindən küsməməli olduğunu deyir. Çünki bəxt hər zaman insanın yanında olmur. Bu gün səninlə dostdursa, sabah düşmənin ola bilər. İnsanlar xoşbəxtliklərini bəxtə bağladıqları üçün özlərini tapa bilmir, həyatlarını boşa yaşayırlar. Həqiqi xoşbəxtlik insanın içindədir insan tərəfindən idarə edilə bilən şeylərdən gəlir. Pis ya yaxşı şans yoxdur. Çünki pis yaxşı deyə bir şey yoxdur. Bizim pis adlandırdığımız şeylər özlüyündə pis deyil, sadəcə biz onun haqqında elə düşünürük. Bir sözlə, xoşbəxtlik bəxt, şans məsələsi deyil.

Fəlsəfənin Boesiusdan istədiyi tək şey öz içinə qayıtmasıdır. Öləcəyini bilsə, ölümü gözləsə , xoşbəxt ola bilər. Bu günə qədər böyük vəzifələrdə işləmiş, kralın sevimlisi olan şəxs xoşbəxtliyini belə fani şeylərdə axtarmamalıdır. Xoşbəxtlik dünyəvi bir şey deyildi. Ona görə Boesius onu tanrıda ya yaxşılıqda tapmalıydı. Düşünə bilirsəniz ki, Boesius onsuz da xristian idi, tanrıya inanırdı xoşbəxtliyi onda tapması elə çətin olmayacaqdı. Amma unutmamalıyıq ki, Boesius "Fəlsəfənin təsəllisi"ndə xristianlıqdan bəhs etmir, onun Fəlsəfənin dili ilə qeyd etdiyi tanrı ya yaxşılıq anlayışları Platonun "tanrısı" idi.

Bütün dialoqlar boyu Fəlsəfə əslində, ona bildiklərini deyir, bildiklərini xatırladırdı. O, azadlığını, işini, mövqeyini, şöhrətini, etibarını itirmişdi. Bunların fani şeylər olduğunu bilirdi. Əsas məsələ bütün bunlar baş verərkən onun verəcəyi reaksiya, tutacağı mövqe idi. Bunlar isə ondan asılı idi. Həqiqətənmi ondan asılı idi?

Çünki bir xristian olaraq tanrıya sonsuz inamı olan Boesiusu bir sual düşündürürdü: Biz tanrını hər şeyi bilən və görən kimi xarakterizə edirik. O zaman bir dəqiqə sonra nə edəcəyimi bilir. Əgər elədirsə, bu o deməkdir ki, öz azadlığım daxilində atdığımı düşündüyüm heç bir addımı öz iradəmlə atmıram deməkdir. Bəs onda Boesius beş verənlər qarşısında verəcəyi reaksiyanı, tutacağı mövqeni öz iradəsi daxilindəmi edəcəkdi? O, heçnəyi boynuma almayacam, sona qədər mübarizə aparacam düşündüyü zaman, tanrı ondan öncə "Boesius heçnəyi boynuna almayacaq, sona qədər mübarizə aparacaq" deyə düşünürsə, burda azadlıqdan və azad iradədən danışmaq olarmı? Bu suallar ardınca bu gün belə aktual olan və filosofların paradoks adlandırdığı bir sualı daha gətirir: Yaşadığımız hər şey əvvəlcədən hazırlanıbsa, yazılıbsa, bizim iradəmiz xaricindədirsə, o zaman etdiklərimizə görə cəzalandırılmağımız (cəhənnəm) və ya mükafatlandırılmağımız (cənnət) nə qədər doğrudur?

"Tanrının mənim hansı addımı atacağımı bilməsi və mənim o addımı azad iradəm ilə atmağım mümkün deyil" - də deyə bilərsiniz. Bu yerdə tanrıya olan sonsuz inam meydana çıxır.

Fəlsəfənin isə Boesiusa bu suallar qarşısında verəcək cavabı var idi: İnsan həqiqətən də azad iradəyə sahibdir. Bəli, tanrı nə edəcəyimizi qabaqcadan bilir, amma bu o demək deyil ki, həyatımız boyunca yaşayacaqlarımız əvvəldən yazılıb. Sadə dillə ifadə etsək, insanlar tanrını özləri, yəni insan kimi dərk etməyə çalışırlar. Halbuki tanrı zamansızdır. Onun üçün keçmiş, indi, gələcək yoxdur. O, bunların hamısını bir görür. Bu o deməkdir ki, tanrı hər şeyi eyni anda dərk edir. İnsan üçün hadisələr zəncirvari baş verir. Tanrı üçün isə belə deyil.

"Fəlsəfənin təsəllisi"nin əsasını təşkil edən "əgər tanrı nə edəcəyimi bilirsə, mən necə deyə bilərəm ki, azad iradəm var?" sualı Aristotelidüşündürmüşdü. Boesius da əslində, əsərində bu suala cavab verməyə çalışmışdı. Əgər onun cavabını gündəlik həyatımızda baş verən hadisədən yola çıxaraq dərk etməyə çalışsaq, Borsiusun cavabda nə demək istədiyini daha rahat anlaya bilərik.

Məsələn, mən, işdə oturub, evə gedəndən sonra oxuduğunuz yazını yazmalı və ya onun əvəzinə kitab oxumalı olduğumu düşünürəm. Nəticədə, işdən sonra yazı yazmağı seçirəm. Aristotelin nəzəriyyəsindən baxsaq, mən sonda yazı yazmağı seçirəmsə, deməli, əvvəldən bunu bilirdimkitab oxumaq seçimim həqiqətdə yox idi. Boesiusa görə Aristotel nəzəriyyəsi üzərindən verdiyimiz cavab dəqiq deyil. Boesius nəzəriyyəsindən baxanda isə mənim yazmağı seçəcəyimi tanrı artıq mən işdə iki seçim haqqında düşündüyüm an bilirdi. Çünki o, zamansızdır və dünyada keçmişdə, indidə baş verənləri və gələcəkdə olacaqları eyni anda görür və dərk edir.

Bu gün belə bir çox filosof bu sual ətrafında fikir yürüdür. Onlardan ən məşhuru tanrının mənim yazı yazacağımı və ya kitab oxuyacağımı seçəcəyimi bilməməsidir. Çünki mən bu iki seçimi sadəcə düşünmüşəm, o an hələki heç birini reallaşdırmamışam. Bir sözlə, əgər tanrı varsa, hansı seçimi edəcəyimə son ana qədər qərar vermədiyim üçün ortada onun biləcəyi heçnə yoxdur.

Boesiusun cavabını qısaltsam, onu belə ifadə edə bilərəm: Tanrı bizim azad düşüncələrimizi və fəaliyyətlərimizi əvvəlcədən bilir. Çünki zamansız olan tanrı gələcəyi belə indi kimi bilirgörür. Onun işi insanların alın yazısını yazmaq deyil, azad iradə ilə atdıqları hər addımı əvvəlcədən görmək və bilməkdir.