Şəkidə Xalq rəssamı Əşrəf Heybətovun
sərgisi açıldı
Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Almaniyada yaşayan həmyerlimiz, UNESCO Beynəlxalq Rəssamlar Federasiyasının üzvü, Xalq rəssamı Əşrəf Heybətovun "Ekspress" adlı sərgisi təşkil edilib.
Sərginin açılış mərasimində Şəki
Şəhər İcra
Hakimiyyəti başçısının
müavini Zərinə
Cavadova və Azərbaycan Rəssamlar İttifaqı Şəki
bölməsinin rəhbəri
Tahir Həmidli çıxış edərək,
rəssamın yaradıcılığı
və fəaliyyəti
barədə məlumat
veriblər.
Bildirilib ki, onun əsərlərinin
əsas mövzusu doğma Azərbaycanla bağlıdır. Rəssamın indiyədək dünyanın
bir çox ölkələrində fərdi
sərgiləri təşkil
edilib.
Əşrəf Heybətov, eyni zamanda, Rusiya Rəssamlıq Akademiyasının,
Azərbaycan Rəssamlar
İttifaqının, Qərbi
Avropa Elm və Mədəniyyət Akademiyasının
üzvüdür.
Xalq rəssamı
çıxışında Şəkini çox sevdiyini vurğulayaraq, sərginin təşkilinə
göstərdikləri dəstəyə
görə Şəhər
İcra Hakimiyyətinin
və Şəki
Regional Mədəniyyət İdarəsinin rəhbərliyinə
minnətdarlığını bildirib.
Sərgidən əvvəl Əşrəf
Heybətov "Yuxarı
Karvansaray" mehmanxana
kompleksinin həyətində
Şəkinin gənc
rəssamları üçün
ustad dərslər də təşkil edib.
525-ci qəzet 2019.- 7 sentyabr.- S.21.