"Təbriz teatrı və Böyükxan Naxçıvanski" işıq üzü gördü

 

 

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil Ədəbiyyat İnstitutunun Musiqi teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun "Təbriz teatrı Böyükxan Naxçıvanski" adlı monoqrafiyası nəşr olunub.

Monoqrafiyada Təbriz teatrı haqqında aşkara çıxarılan yeni tarixi faktlar tədqiqata cəlb edilib, bu mədəniyyət ocağının görkəmli aktyor rejissorları barədə məlumat verilib, Təbrizdə teatr dəstələrinin yaranması fəaliyyətindən söz açılıb.

Yarandığı gündən xalqın mədəni intibahı, milli oyanışı maarifçilik düşüncəsinə böyük təsir göstərən Naxçıvan teatrının inkişafında tanınmış mədəniyyət xadimi, teatr fədaisi Böyükxan Naxçıvanskinin mühüm xidmətləri olub.

Yeni nəşrdə Böyükxan Naxçıvanskinin keşməkeşli ömür sənət yoluna nəzər salınıb, onun Təbriz teatrının inkişafındakı səmərəli fəaliyyəti işıqlandırılıb. Aktyorun quruluş verdiyi tamaşaların oynadığı obrazların əsas məqsəd qayəsinin maarifçilik ideyalarının xalq arasında təbliğ olunduğu göstərilib.

Qədim Naxçıvanın teatr sənətkarlarının əsrimizin əvvəllərindəki dövrünü tədqiq edən müəllif monoqrafiyada o dövr teatrına aid Təbriz arxivləri, Tiflis teatrı sənədləri Naxçıvan diyarının qədim teatr tarixini əks etdirən mənbə arxiv materiallarını üzə çıxarıb.

Qeyd edək ki, aşkar edilən o dövrə aid fotoşəkillər də nəşrdə əksini tapıb.

 

525-ci qəzet.- 2019.- 6 sentyabr.- S.9.