Zamandan bir addım öndə

 

Akademik Nizami Cəfərovun 60 Yaşına

 

 

Nəcib keyfiyyətləri, saf mənəvi dəyərləri parlaq şəxsiyyətində cəmləyən böyük insanların nurlu çöhrəsi bəzən bütöv bir dövrün obrazı kimi göz önündə canlanır.

 

Yaşadıqları dövrün real imkanlarını mənimsəyib zamanın fövqünə qalxmağı bacaran belə insanlar xalqın mənəvi-intellektual potensialını qoruyur, milli intibaha xidmət edən şərəfli yolda öz həyat ideallarını tapırlar. Fitri istedada malik novator ziyalı, pak nəcib insan, yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat mənəviyyat nümunəsi, kamillik, müdriklik məktəbi olan akademik Nizami Cəfərov da məhz belə nəcib insanlardan biri kimi milyonların qəlbində rəğbətlə qazanmış, özünə yer tapmışdır.

 

Azərbaycan dilçilik elmini dünya miqyasında tanıdan, ölkəmizin elm xəzinəsinə sanballı töhfələr verən, beynəlxalq miqyasda böyük nüfuz qazanan, məhsuldar yorulmaz fəaliyyəti ilə filologiya elminin, mədəniyyətin dinamik inkişafına qayğısını əsirgəməyən görkəmli dilçi-alim, akademik Nizami Cəfərov zamandan bir addım öndə irəliləyən alimlərimizdəndir.

 

XXI əsr Azərbaycan elmi təhsili tarixində özünəməxsus yer tutan Nizami Cəfərov bütün fəaliyyətini, yaradıcılığını mədəniyyətimizin, ədəbiyyatımızın, təhsilimizin inkişafına sərf edən dəyərli ziyalılarımızdandır.

 

Nizami Cəfərovun mühüm həyati problemlər qaldıran, vacib ictimai-siyasi mənəvi-əxlaqi məsələləri əks etdirən tədqiqatlarında əsas tədqiq inikas obyekti insan, onun mənəvi dünyasıdır. Xalqımızın gözəl, zəngin mənəvi dəyərlərinin təbliği görkəmli alimin yaradıcılığında mühüm yer tutur. Onun məqalələri, araşdırmaları monoqrafiyaları həm mövzu zənginliyinə, həm dil üslubuna görə böyük maraq doğurur. Dərin zəka sahibi olan Nizami Cəfərov həm görkəmli alim, pedaqoq, həm böyük ictimai-siyasi xadim kimi tanınmaqdadır.

 

Hələ tələbəlik illərindən dilçiliyimizin mühüm problemləri ilə məşğul olmağa başlayan Nizami Cəfərov ilk məqalələrindən diqqəti cəlb etmiş elm adamı kimi tanınmağa başlamışdır. Nizami müəllim həm müasir ədəbiyyat problemləri, həm dilçiliyimizin tarixi nəzəriyyəsi ilə intensiv sürətdə məşğul olan alimlərdəndir.

 

Akademik N.Cəfərov elmdə fədakarlığı, dil faktlarına vicdanlı münasibəti, təhlildən əldə etdiyi nəticələrə adekvat linqvistik şərh vermə bacarığı ilə digərlərindən fərqlənir. Bu görkəmli alimin elmi kadrların yetişməsində çox böyük əməyi var. Onun rəhbərliyi altında doktorluq, namizədlik dissertasiyaları müdafiə olunub olunacaq da. O, 500-dən artıq elmi məqalənin, bir çox monoqrafiyanın müəllifidir. "Füzulidən Vaqifə qədər", "Azərbaycan türkcəsinin milliləşməsi tarixi", "Eposdan Kitaba", "Azərbaycanşünaslıq məsələləri", "Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-ideoloji üfüqləri" monoqrafiyaları ilə elm tariximizə qızıl hərflərlə adını yazdıran Nizami Cəfərov elmi nəticələrinə təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.

 

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri kimi son dərəcə şərəfli məqama rəhbərlik edən Nizami Cəfərov "Qədim türk ədəbiyyatı", "Türk xalqları ədəbiyyatı", "Türkün dünyasından türk dünyasına", "Türkologiyaya giriş", "Türkologiyanın müasir problemləri", "Türkologiya" s. dərslikləri ilə bu sahədə öz sözünü demiş dəyərli mütəxəsisdir.

 

Nizami Cəfərovun tədqiqatları əsasən Azərbaycan dili tarixi, ümumi türkologiya, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan türkcəsinin milliləşməsi Azərbaycanşünaslığın əsasları inkişafı tarixinə, qədim türk türk xalqları ədəbiyyatı tarixi müasir ədəbi proseslə bağlı problemlərə həsr olunmuşdur.

 

Bu adi görünən statistikanın arxasında alim-filosofun böyük zəhməti, məhsuldar yaradıcılığı, yeni ideyalara yol açan fədakarlığı dayanır. Onun elmə verdiyi töhfə qətiyyən kəmiyyət parametrləri ilə ölçülə bilməz, burada ən vacibi alimin elmə, ictimai fikrə, təfəkkür tərzinə gətirdiyi novatorluq, yeni keyfiyyətdir, elmin inkişafı tərəqqi naminə təmənnasız gördüyü əhəmiyyətli işlərdir.

 

Nizami müəllim nədən yazırsa-yazsın, o, hər yerdə yenilikçi, novatordur dilimizi dilçiliyimizi yüksək zirvələrə daşıyan zəhmətkeş, sadə bir alimdir. O, dilçiliyimizin döyünən ürəyi, düşünən beyni istiqamətləndirici simalarındandır. Bütün varlığımla inanıram ki, qədirbilən gəncliyimiz bu böyük alimin zəngin filoloji irsini dərindən təhlil edərək öyrənəcək, onun Azərbaycan dünya dilçiliyində tutduğu layiqli yeri faktlarla açıb göstərəcəkdir.

 

Nizami müəllim öz yetirmələrinin qəlbində istedadlı alim, ziyalı şəxsiyyət kimi şərəfli yer tutur. Onun tələbələrinə öyrətdikləri zehinləri işıqlandırır, neçə-neçə sanballı elmi tədqiqat işlərinin ərsəyə gəlməsinə, gənc bacarıqlı alimlərin yetişməsinə səbəb olur.

 

Qeyd etmək lazımdır ki, yüksəkixtisaslı elmi kadrların yetişməsinə xüsusi qayğı diqqət göstərən Nizami Cəfərovun rəhbərliyi ilə alimlik dərəcəsi almış neçə-neçə fəlsəfə elmlər doktorları var onlar filologiyanın müxtəlif sahələrinin aktual elmi problemlərinin araşdırılması ilə bu gün məşğuldurlar.

 

Bundan başqa, Nizami müəllimin çoxlu tələbələri ardıcılları var, o, biliyini gənc nəslə həvəslə öyrədir.

 

Nizami müəllim Azərbaycanın humanitar fikir məkanında ən dəyərli imzalardan, mənim üçün son dərəcə qiymətli dostlardan biridir. Azərbaycan dilçiliyi, Azərbaycan ədəbiyyatı ilə bağlı tədqiqatları xüsusi vurğulanmalı sanballı araşdırmalardır.

 

Akademik Nizami Cəfərov bütün varlığı ruhu ilə Azərbaycana bağlı olan, xalqının təəssübkeşliyini daşıyan, türkçülük ideyaları ilə yaşayıb-yaradan, tükənməz enerjiyə malik nadir şəxsiyyətlərdəndir. O, qarşıya qoyduğu saf ali məqsədlərə çatmaq üçün hər cür zəhmətə qatlaşır, müxtəlif sferalardakı fəaliyyətinə baxmayaraq əsl ziyalı imicini hər şeydən üstün tutur. Yüksək alimlik tədqiqatçılıq keyfiyyəti onun fitrətindən, məqsədə doğru inamla irəliləmək, hədəfə yetişmək əzmindən qaynaqlanır. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat elmi yaradıcılıq uğurlarına möhkəm zəmin yaradır.

 

İndi - 60 illik yubileyi ərəfəsində bir çoxları kimi mən Nizami müəllimi bu münasibətlə ürəkdən təbrik edir, ona sağlam, uzun, fərəhli, uğurlu bir ömür arzulayıram! Yubileyiniz mübarək, Nizami müəllim!

 

Elnarə MEHBALIYEVA,

ADPU-nin Kimya biologiya fakültəsinin dekanı, dosent

 

525-ci qəzet.- 2019.- 6 sentyabr.- S.7.