O gün uzaq deyil...
1968-ci ildə Güney Azərbaycanın Xiyav şəhərində anadan olub. İlk və orta təhsilini doğma şəhərində alıb. Ali təhsilini isə dil və ədəbiyyat sahəsində davam etdirib. Xiyav şəhər okulunda müəllim işləyir.
İstər Bakıda, istərsə də İranda fərqli dərgi, toplu və internet portallarında yayımlanan şeirləri, eləcə də "...Və qadın danışır" adlı kitabı Səhərə geniş oxucu auditoriyasının sevgisini qazandırıb.
Qızıl
qəfəsin təkliyində kal darıxm alarım
kəndir asmış boğur məni;
göyün mavi köksündə
qiha çəkib
azad qanad çalan quşlarda həsrətli baxışlarım;
zəhər olsun bu dən, bu
su
başım azıdan
torlar, tələlər!!
Aaa...x qadir ovçu
Aç
əl-ayağımdan bu
ağır qandalları!
Gözlərimdən sonsuz axan yağmurlar
İsladıb qartallığımın qanadlarını;
elə ağırlaşmışam
ki, uça bilmirəm bunsuz da;
amma inanma dinc oturacam
mən boğaz-boğaz
al günəşi çağıracam,
işıqlığı çığıracam.
Əminəm bir gün fəryadım
yırtacaq gecənin
qara örpəyin;
boğazımdan canıxmış
qan fışqıracaq
üzünə,
günəş qonaq gələcək yurdumuza,
qurudacaq islaq qanadlarımı
və bir dişi qartalın öncül uçuşun
hamı barmaqla görsədəcək!!
O gün uzaq deyil...
Azərin iyirmi biri
Sazaqlı bir gundə Təbriz şəhərin,
Gəzirəm yadınla dolanbadolan.
Sən oldun ana dil,
vətən sevgisin
Duyğu əllərinlə könlümə
salan.
Sarı
əmniyətə gömülübdü
vay,
Çırtmak vur diksinsin pəncərəm yenə!
Könlümün sərçəsi nə
yaman uyub
Bu kor tələlərə səpilmiş dənə!
Necə mən sevincdən, sevgidən yazım?!
Doğranır dilimdə anamın dili.
Saat qabağından keçən
zamanı
Əyilir içimdə atamın beli.
Bərnovlar şaqqıldır əfsərlər
düşür,
Qar ustə
sürünür gül
yanaqları.
Ağapbaq köynəklər qana
bürünür
Baltalar doğrayır
gül budaqları.
Necə arsız yazım sarı sevgidən?!
Güllə-güllə yanır ürəyim başı.
Gördükcə bu şəhid söyüdləri mən
Kəsmədən tökülür gözümün
yaşı.
Yanılır türkücə kitablarımız,
Azər də qor çəkir
içimdən mənim.
Kitablar alışır kəlməbəkəlmə
Yoxsa sellül-sellül
bədənim mənim?!
Bir ildə qurulmuş şanlı sərgini
Xəzan tez sovurdu, apardı
külək.
Qoymadı doyunca bir tamsınaraq
Bu dilin, bu elin şanını görək.
Sevgilim bağışla, bağışla
məni!
Mən sənə
yarayan yoldaş olmadım.
Əkdinsə qəlbimdə gül-çiçəkləri
Bu bağa vəfalı bağman qalmadım!
Azərin
bu qəmli, sazaqlı günü,
İyirmi
bir gülləylə
könlümü yaxın!
Suçlayın, hovlayın bu ğirtəsizi
Asılmış gövdəmə əl
çalın, baxın!
1
Səhvən alışdım sizlərə!..
Bir yanlış kimi dünyanızın söz
dəftərində
qabarıq durdum!
Bir yanlış kimi
dövrəmə qırmızı
cızıq çəkdiniz
qara yamaq kimi,
vuruldum dünyanızın
sarı köynəyinə!
His tutmuş deyə,
saraltmaq zorunda oldunuz məni!
Mən boyda bir payızı
yaşıl yarpaqlarınız
qucaqladılar!
Çeynəyib-çeynəyib tüpürdülər
sonra
ayaqlarım başmaqlarınıza
gah böyük,
gah da kiçik gəldi!
Başmaqları buraxıb ayaqlarını
düzəlt dediniz!
Sümük kimi qalmışdım
boğazınızda əlbət;
toylarınızda həzin
səs kimi
soxulurdum mahnılarınıza!
Yanlış kimi,
söz dəftərinizdə
qabarıq durdum!
Dövrəmə qırmızı cızıq
çəkdiniz!
Beləcə doğuldum!..
Beləcə yaşadım...
Səhvən!!
2
Əllərin yamyaşıl ağac
əlini qəlbimə
əkdim,
bulud-bulud göz yaşımı
ayağın altına
tökdüm.
Budaq-budaq
qol atıbsan,
damarımda gəzir
əlin
xısın-xısın sızır
qələm
dəftərimə süzür
dilin.
Gözlərin baxır gözümdən,
çırpınır urəyin
məndə.
Sənsən məndə doğulubsan,
Yoxsa ki bu mənim
səndə
əllərindədi gilənar
gəl bu məndən "məni"
qopar
barmağının izi günəş
gəl məni bir də şeirləş...
3
Gözlərin qaranlıq gecələrdə
sehirli meşə
çək məni
içinə,
itir məni dar-dolaşıq ayaq ça tmaz yerlərində
quyla məni gözündə
gözlərin tufanlı
dəniz
mənimsə ruhum yelkənsiz gəmi
tapşır məni
dəli dalğalara
çək məni
burulğanlara
qərq et məni gözündə
qoy qəzetlər heyran qalsın
necə olduğuma
və itkin adlanım həmişə
xəbərlərdə!
4
Hanı o yüngül qanad, kəpənək kimin qız uşağı?!
O, həmişə xəyallarda
gəzən?
Gecələr ulduzaları dərmək
arzusuyla yatan qız
bəlkə bağışladı
saçlarının qaralığın
gecəyə,
baxışının işıltısın
ulduzlara,
bəhanəsiz gülüşlərin
güllərə,
gözlərinin yaşın
buludlara,
əllərinin suçsuzluğun
bulaqlara,
bəlkə uçurtmasının
quyruğunda getdi yellərə?!
Bəlkə köçüb gəlin
balasıynan
evciklər şəhərinə?!
Kimdir?
Kimdir bu qadın, tozlu güzgüdə?!
Buz bağalmış baxışla
baxır üzümə
analıq ağırlığı
çiynində,
yorğun çöküb
dizə,
çən düşüb
gözlərinə,
zaman xətti çəkilmiş alnına,
nə yad gəlir mənə!
Hanı o yüngül qanad, kəpənək kimin qız uşağı?!
İsnişmədim heç!..
Mən yuva qursam da
budaqlarında,
Qurduğum yuvaya isnişmədim
heç!..
Ruhumu qovuran duyğularımı
Səninlə bir kərə danışmadım heç!..
Qasırğa sovruldu hər gün başımda,
Kükrəyən vulkanlar qopdu içimdə,
Ovundum bu sıcaq göz
yaşlarımla,
Qurduğum yuvaya isnişmədim
heç!..
Dərdimiz baş-başa verə
bilmədi,
Duyğumuz ölçüsü arva gəlmədi,
Məhəbbət məndilin yaşım
silmədi,
Qurduğum yuvaya isnişmədim
heç!..
Küləklər qanadı oylağım
oldu,
Boşluğa dayanmaq dayağım
oldu,
Bir sirdaş arzusu son dağım oldu,
Qurduğum yuvaya isnişmədim
heç!..
Küləklər titrədir, az qalır qopa,
Bənzəyir ilgimiz bir nazik sapa,
Bu ilgi çox çətin davamın tapa,
Qurduğum yuvaya isnişmədim
heç!..
Düzləyib ağlaram talan sevgimi,
Qəlbimə yoxluğu dolan sevgimi,
Nağıla çevrilən yalan
sevgimi,
Qurduğum yuvaya isnişmədim
heç!..
Qucağın soyuqdur sazaq püskürür,
Bu evin iti də
yabancı hürür,
Duyğum
burda məslul, quru öskürür
Qurduğum yuvaya isnişmədim
heç!..
Sən başqa bir adam, mən
də birisi,
Günəşlə buzlağın nədir ilgisi!?
Tutmaz ki dəliylə aqil sevgisi,
Qurduğum yuvaya isnişmədim
heç!..
Bir sınıq yuvadır, üç ağ
göyərçin,
Dözdümsə, dözürəm tək
bunlar üçün,
Deyirdim əlimdən zinciri açın,
Qurduğum yuvaya isnişmədim
heç!..
Nə yaxşı bu qələm oldu sirdaşım,
Kitablar,
varaqlar oldu yoldaşım,
Çiyninə qoyuram ağrılı
başım,
Qurduğum yuvaya isnişmədim
heç!..
İçirəm bunlara şövqilə
ağı,
Düzlənir qəlbimdə bir
sevgi dağı,
Şeirimin bu xəzəl,
bu viran çağı,
Qurduğum yuvaya isnişmədim
heç!..
Həyat
Həyat
bir şətrənc səhfəsinə bənzər,
şayə deyilik,
qalamız yoxdur,
vəzirimiz də,
filimiz də,
atımız da,
yalnız piyada, yazıq sərbazlarıq...
Köksümüz mərmi amacı,
cəzamız dar ağacı,
suuuu...s möhürü
dodağımızda,
əmirlər selli su yanağımızda.
Sozalırıq acımızdan
çırım-çılpaq,
qovruluruq yayda,
zağ-zağ əsirik
qışda...
Suluq-suluq
ayaqlarımız,
çat-çat dodaqlarımız,
rəjə gedirik hələ arsız-arsız
və özgə dildə,
özgə dildə,
paşaların
mundar canına
dua edirik.
Səhər XİYAVİ
525-ci qəzet.- 2019.- 13 sentyabr.- S.15.