63 ildən
sonra...
Ölkəmizdə ilk televiziya verilişləri
63 il bundan
əvvəl efirə gedib. Bu sehrli aləm düz 63 ildir, Azərbaycan tamaşaçısını
ağuşuna almaqdadır.
Fəaliyyətə başladıqdan
sonra azı 30 il ağ-qara görünüşlü, hərdən
rəngsiz də deyilən veriliş və reportajların nə qədər rəng çaları olduğunu zaman ötdükcə daha dərindən dərk edirik. Bu rəngsizlik içərisində böyük rəngarənglik, ağ-qaranın saysız palitrasını yaradan Azərbaycan televiziyaçılıq məktəbinin zaman-zaman xatırlanacaq nə qədər peşəkar nümayəndələri olub. Dünya sivilizasiyasına inanılmaz təkan verən, tarixən çox qısa zaman kəsiyində bütün dünyaya məhz ondan baxmağı, ondan görməyi diktə, bəlkə də məcbur edən televiziya ən böyük idarə edəndir desək, daha konkret olardı.
Dünyada televiziya verilişlərinin
yayım fəaliyyəti
bizə qədər çox-çox əvvəl
başlayıb. Ümumi televiziya, radio dünyasına
qoşulan Azərbaycan
tamaşaçısı, dinləyicisi
xalqın min illərdir
formalaşan yazılı
və şifahi mədəniyyət nümunələrini
ekran-efirdən daha çox görüb, daha çox eşidib. Bu vasitə yazılı, şifahi ədəbiyyat və digər mətbu nümunələrindən
xalqa daha yaxın olub.
Bu gün kommunikasiya və virtual
aləmin
inkişaf
perspektivləri çox aydın görünürsə belə, yenə də sistemli televiziya verilişləri öz funksionerliyini saxlamağla davam edir. Bu mənada ölkədə fəaliyyət göstərən xeyli özəl və müstəqil televiziya kanalları peşəkarlıq baxımından böyük bir ənənənin davamçıları kimi öz auditoriyalarını
yaratmağa nail olmuşlar.
Etiraf etmək lazımdır ki, müstəqillik
illərindən sonra yaranmış televiziyalar müəyyən qədər "ata ocağı"
kimi qəbul edilən Azərbaycan Televiziyasının arxiv materiallarından
tutmuş, texniki və peşəkarlıq xüsusiyyətlərindən bəhrələnə bilmişlər.
Peşəkarlıqla yanaşı, xalqa, millətə, əsl dövlətçiliyə yaradıcı xidmətin ideologiyası keşiyində
də birmənalı olaraq dayanan məhz Azərbaycan Televiziya və Radiosu olmuşdur. İllər ərzində bu məkana ən müxtəlif peşə sahibləri rəhbərlik etmiş, əsasən ideoloji olaraq öz funksiyalarını yerinə yetirmişlər.
Azərbaycan televiziyasının, yəni Az.TV-nin əsas ideologiyası Azərbaycançılıq, dövlətçilik
prinsipləri əsasında
cəmiyyətin ən
müxtəlif tərəflərini
işıqlandırmaqla yanaşı,
onun ədəbiyyatına,
mədəniyyətinə, ictimai əxlaqının formalaşmasına
müstəsna xidmət
etmək olub. Təəssüf ki, kifayət
qədər ənənələri
olan televiziyamızda zaman-zaman xoşagəlməz
hadisələrin şahidi
də olmuşuq.
Televiziyada illərlə
can qoymuş, fədakarlıq, bəlkə də fanatiklik göstərmiş yaradıcı insanlara son dövrlərə qədər göstərilən ögey münasibət cəmiyyətdə
birmənalı qarşılanmamışdır. Nəhayət, 63 ildən sonra verilmiş bir sərəncam -
özü
də
televiziyanın tarixində ilk dəfə olaraq məhz Azərbaycan jurnalistika məktəbinin
yetirməsi haqqında
verilən sərəncam radio
və televiziyaçıların sönməkdə olan inamlarını
özünə qaytardı desək, səhv etmərik.
Sərəncam verilməzdən aylar əvvəl icraçılığı dövründə aparılmış islahatlar, sadalanmaqla qurtarmayan xeyli sayda illərlə gözlənilən yeni verilişlər, yaradıcı və peşəkarlara
göstərilən diqqət, qayğı bütün Azərbaycan Televiziya və Radio işçiləri
adından
onu deməyə əsas verir ki, hamılıqla deyək, Sizə təşəkkür edirik cənab Prezident!
Və bir də Azərbaycan Televiziyası, Radiosunun çoxsaylı kollektivi adından demək istərdik ki, sıralarımıza
xoş gəldiniz,
Rövşən
Məmmədov!
Mahəddin ƏSGƏR
525-ci qəzet.- 2019.- 13 sentyabr.- S.13.