Cümhuriyyət xadimlərinin prometeyçi polyak müttəfiqi   

 

 

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycanın ilk Ədliyyə naziri Xəlil bəy Xasməmmədov (1873-1947) 28 aprel çevrilişindən sonra mühacirətdə yaşayarkən milli oyanış istiqlal uğrunda apardığı siyasi mübarizəni öz qələmi ilə davam etdirib.

 

O, Azərbaycan SSR-, həm SSRİ Avropa məkanında gedən ictimai-siyasi prosesləri, baş verən hadisələri ardıcıl olaraq izləyib təhlil edib, müxtəlif səpkili məqalələr yazaraq coşğun siyasi-publisistik fəaliyyət göstərib. Onun siyasi məqalələri o zaman Türkiyədə Avropa ölkələrində nəşr olunan "Yeni Qafqasya", "Azəri-Türk", "Odlu Yurd", "Azərbaycan yurd bilgisi", "Prometey", "Kavkaz", "İstiqlal" "Qurtuluş" kimi qəzet jurnallarda müxtəlif dillərdə dərc edilib.

 X.Xasməmmədovun indiyədək geniş oxucu dairələrinə az məlum olan siyasi-publisistik yazılarından biri "Tadeuş Holuvkonun xatirəsinə" adlı məqaləsidir. Bu məqalə Polşanın məşhur siyasətçisi dövlət xadimi, millət vəkili, naşir publisist Tadeuş Holuvkonun (1889-1931) faciəvi ölümü münasibəti ilə yazılıb. Məqalə 1932-ci ildə Vilnüsdə polyak dilində çıxan "Rocznik tatarski" ("Tatar salnaməsi") almanaxının 1-ci sayında dərc olunub (Halil-Bej Has-Mamed. "Ku pamieci Tadeusza Holowki". Wilno, "Rocznik tatarski", 1932).

Tadeuş Holuvko prometeizm konsepsiyasının fəaliyyət strategiyasının müəllifi, həm Prometey hərəkatının ünlü rəhbərlərindən biri kimi tanınıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin mühacir həyatına məhkum olunmuş dövlət ictimai-siyasi xadimləri ilə, o cümlədən, X.Xasməmmədovla əməkdaşlıq əlaqələri saxlayıb.

Qeyd edək ki, Prometey (prometeizm) hərəkatı geosiyasi bir layihə idi onun əsas ideoloqu görkəmli Polşa siyasətçisi hərbi xadimi, 7 noyabr 1918-ci ildə müstəqilliyi bərpa edilmiş Polşanın ilk Dövlət başçısı Yozef Pilsudski (1867-1935) olub. Projenin ilk məqsədi öncə Rusiya imperiyasında, sonra isə SSRİ- yaşayan qeyri-rus xalqların milli hərəkatlarına, müstəqil olmaq arzularına dəstək vermək yolu ilə bu imperiyaları sarsıdıb çökdürmək idi.

Layihəni gerçəkləşdirmək üçün 1926-cı ildə Parisdə "Prometey" (polyakca - "Prometeusz")  təşkilatı təsis edildi onda bu quruma Azərbaycan, Gürcüstan, Ukrayna, Don kazakları, İdel-Ural, İnqriya (rusca - İjor), Kareliya, Komi, Krım, Kuban, Şimali Qafqaz Türküstan təmsilçiləri daxil oldular. Özünə mifoloji bir ad seçən bu hərəkat uzunömürlü olmuş, müxtəlif ölkələrdə yaşayan böyük nüfuz sahibi olan siyasətçiləri bir araya gətirmişdi. "Prometeyçi" adı ilə Varşavada, Berlində, Parisdə, İstanbulda, Şanxayda, Münhendə, Helsinkidə, Tokioda, SSRİ ətrafında böyük bir şəbəkə qurulmuşdu. Varşavadakı Şərq İnstitutu Vilnüsdəki Şərqi Avropa Tədqiqatlar İnstitutu bu hərəkat üçün çalışırdı. Hərəkatın əhəmiyyətli fəaliyyətini əks etdirən "Prometey" jurnalı 1926-1938-ci illər arasında Parisdə nəşr edilib.

Tadeuş Holuvkanın ölümü ilə bağlı burda kiçik bir haşiyə çıxıb qeyd edək ki, Birinci Dünya müharibəsindən sonra ərazi iddiaları səbəbindən Polşa-Ukrayna münasibətləri mübahisəli xarakter alaraq zaman-zaman kəskinləşib. T.Holuvko isə Polşa Ukrayna arasında anlaşmanın tərəfdarı idi. O, Polşada yaşayan ukraynalılar üçün mədəni muxtariyyətin verilməsi Qərbi Ukraynada axan Zbruç çayının sol sahillərindən şərqə uzanan ərazilərdə müstəqil Ukrayna dövlətinin qurulması ideyasının müəllifi idi. Polyak siyasətçisi həm Ukraynanın leqal siyasi partiyaları ilə əməkdaşlıq əlaqələrinin yaradılmasının təşəbbüskarı olub.

Lakin o zaman Qərbi Ukraynada antipolşa antisovet fəaliyyəti göstərən ultrasağ yönümlü Ukrayna Millətçilər Örgütü Tadeuş Holuvkonu gizli polyak şovinisti hesab edirdi buna görə ona qarşı terror aktı təşkil edildi. Örgütün silahlı döyüşçüləri Vasil Bilas Dmitri Danilişin 29 avqust 1931-ci ildə T.Holuvkonu güllə ilə vurub öldürdülər.

T.Holuvko Varşavadakı evangelist-reformatorlar məzarlığında dəfn olunub.

Xəlil bəy Xasməmmədovun prometeyçi polyak müttəfiqinin xatirəsinə həsr etdiyi bu məqalə ilk dəfədir Azərbaycan dilinə tərcümə olunub çap edilir.

 

Həmzəyev Mahir

 

525-ci qəzet.- 2019.- 13 sentyabr.- S.12.