"19-cu əsrdə Şuşada necə geyinirdilər?"

 

Özbəkistan Mediasinda Bu Mövzuda Məqalə Yayımlanıb

 

 

Özbəkistanın nargis.uz portalında rus dilində "19-cu əsrdə Şuşada necə geyinirdilər" sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə ümumən Qarabağda Şuşada geyinilən üst qadın kişi libasları haqqında söhbət açılır, bu paltarların oxşar fərqli cəhətləri təhlil edilir.

Yazıda deyilir ki, Azərbaycan milli geyimləri xalqın tarixi, mədəniyyəti mənəviyyatı ilə sıx bağlıdır. Belə ki, Azərbaycanın milli paltarlarında xalq yaradıcılığının etnoqrafik, bədii xüsusiyyətləri öz əksini tapıb.

Məqalədə vurğulanır ki, vaxtilə Bakıda Azərbaycan, rusingilis dillərində "Azərbaycan milli paltarları" adlı fotoalbom buraxılıb. Bu nəşrdə Azərbaycanın tarixi-etnoqrafik zonaları, o cümlədən, Şuşada istifadə olunan qadın və kişi geyimlərinin özünəməxsusluğu və elementləri haqqında da söhbət açılır.

 

525-ci qəzet.- 2019.- 13 sentyabr.- S.11.