Professor Asif Hacıyevin kitabları "Amazon"da satışa çıxarılıb

 

Azərbaycan Universitetinin professoru Asif Hacıyevin Türkiyədə nəşr edilmiş "Ahıska türk folkoru" "Rus ədəbiyyatında Qurani-Kərim" kitablarının elektron variantları beynəlxalq Amazon.com şirkəti tərəfindən satışa çıxarılıb.

Universitetdən bildirilib ki, Atatürk Mədəniyyət Mərkəzi tərəfindən nəşr olunan "Ahıska türk folkloru" "Şərq Kitabxana Yayımları"nın türk dilinə tərcümə edərək çap etdiyi "Rus ədəbiyyatında Qurani-Kərim" kitabları bu mövzulara həsr olunmuş ilk elmi əsərlər kimi Türkiyədə digər ölkələrdə böyük maraqla qarşılanıb. Ahıska türklərinin folkloru mifologiyası, etnik mədəniyyəti tarixinin tədqiqi ilə hələ 1980-ci illərin ortalarından məşğul olan Asif Hacıyev bu mövzuda Azərbaycanda xarici ölkələrdə çap olunmuş bir sıra kitabların məqalələrin müəllifidir. Bu əsərlərdə Ahıska türklərinin mədəniyyəti, mifoloji dini inancları, etnoqrafiyası, folklor ədəbiyyatı, sürgün dövründə baş verən siyasi, etnoloji proseslər, eləcə Ahıska türklərinin Azərbaycanda məskunlaşması, onlara ölkəmizdə olan dövlət qayğısı, ictimaiyyətin doğma münasibəti tədqiq olunur.

Asif Hacıyevin daha əvvəl Azərbaycanda nəşr olunmuş "Rus ədəbiyyatında Qurani-Kərim" kitabı Türkiyənin Şərq Kitabxana Yayımlarının təşəbbüsü ilə türk dilinə tərcümə edilərək böyük tirajla nəfis şəkildə çap olunub. Müəllifin bu monoqrafiyası da Türkiyə elmi ictimaiyyətinin, akademik dairələrin təhsil müəssisələrinin diqqətini cəlb edib. Kitab haqqında nüfuzlu mətbuat orqanlarında elmi məcmuələrdə müsbət rəylər çıxıb. Türkiyənin Kayseri şəhərində yerləşən Erciyes Universitetinin rektorluğu professor Asif Hacıyevi universitetə dəvət edərək bu kitabın təqdimat mərasimini keçirib.

Səfər zamanı universitetin "15 Temmuz Konqres Mərkəzi"ndə Ədəbiyyat İlahiyyat fakültələrinin müəllim, doktorant, magistrant tələbələrindən ibarət 400-dən çox iştirakçı qarşısında professor Asif Hacıyev "Rus ədəbiyyatında Qurani-Kərim" mövzusunda məruzə edib. Məruzədə Azərbaycan mədəniyyətinin rus ədəbiyyatına təsiri ətraflı şərh olunub, ədəbi əlaqələrin xalqların mədəniyyətlərin dialoqunda rolu vurğulanıb. Azərbaycanlı alimin Kayseridəki bu çıxışı, eləcə həmin universitetdə "Çağdaş Azərbaycan rus ədəbiyyatı", Türk Ocaqları Kayseri şöbəsindəki "Müstəqillik dövrü Azərbaycanda multikulturalizm" mövzusunda çıxışları Türkiyənin nüfuzlu mətbuat orqanları, internet səhifələri televiziya kanalları tərəfindən geniş işıqlandırılıb.

Filoloq, tarixçi, etnoqraf, etnoloq, ilahiyyatçı, mədəniyyətşünas mütəxəssis tələbələr üçün dəyərli məxəz olan hər iki kitabın Türkiyə nəşrlərinin Amazon.com tərəfindən satışa çıxarılması azərbaycanlı alimin araşdırmalarına bütövlükdə ölkəmizdə aparılan humanitar tədqiqatlara beynəlxalq miqyasda elmi marağı təsbitləyən göstərici kimi dəyərləndirilə bilər.

 

525-ci qəzet.- 2019.- 13 sentyabr.- S.6.