Nəsiminin 650 illiyi Berlində xüsusi konsertlə qeyd edilib
Sentyabrın 11-də Almaniyanın paytaxtı Berlində Azərbaycan Bəstəkarlar İttifaqının
təşkilatçılığı ilə böyük şair və mütəfəkkir İmadəddin
Nəsiminin 650 illiyinə
həsr olunmuş bəstəkarlarımızın əsərlərindən ibarət
“In Memoriam Nasimi – 650 Jahre
Imadeddin Nasimi” adlı konsert təşkil edilib.
Bu barədə APA-ya
Azərbaycanın Almaniyadakı
səfirliyindən məlumat
verilib.
Konsertdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov Azərbaycan Prezidenti tərəfindən “Böyük
Azərbaycan şairi İmadəddin Nəsiminin
650 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamın
imzalandığını nəzərə
çatdırıb. Eyni
zamanda, Azərbaycan Prezidentinin digər sərəncamı ilə
böyük Azərbaycan
şairi İmadəddin
Nəsiminin 650 illik yubileyi münasibətilə
2019-cu ilin ölkəmizdə
"Nəsimi ili” elan edildiyini bildirib. O, iştirakçılara
İmadəddin Nəsiminin
ömür yolu və yaradıcılığı
haqqında məlumat verib.
Səfir konsertin təşkil olunması və ərsəyə gəlməsinə
verdiyi töhfəyə
görə Azərbaycan
Bəstəkarlar İttifaqına
və onun sədri Firəngiz Əlizadəyə təşəkkür
edərək konserti açıq elan edib.
Konsertdə F. Əlizadə ilə
yanaşı digər
Azərbaycan bəstəkarlarının
– Aliyə Məmmədova,
Səid Qəni, Tahir İbişov, Firudin Allahverdi, Cəlal Abbasovun böyük şair və mütəfəkkir
İmadəddin Nəsiminin
şeir və qəzəllərinin əsasında
hazırlanmış əsərləri
ifa olunub.
Xanəndələr, “Qədim Musiqi Alətləri” Dövlət Ansamblının
solisti, Xalq artisti Teyyub Aslanov, eləcə də opera və balet teatrının solisti Mütəllim Dəmirov və soprano - Afaq Abbasova tərəfindən
əsərlər ifa edilib.
İmadəddin Nəsimi obrazını isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
balet truppasının
aparıcı solisti Anar Mikayılov canlandırıb.
Konsertdə Almaniyadakı elmi və mədəni ictimaiyyətin, Almaniyadakı
səfirliyimizin və
diasporumuzun nümayəndələri
iştirak ediblər.
525-ci qəzet.- 2019.- 13 sentyabr.-
S.11.