ADPU-nun Elmi
Şurasının iclası keçirilib
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin (ADPU) Elmi
Şurasının 2019-2020-ci tədris ili
üçün ilk iclası
keçirilib.
ADPU-nun rektoru, Elmi Şuranın
sədri, professor Cəfər
Cəfərov iclası
giriş sözü ilə açaraq bildirib ki, iclasın
gündəliyinə "Elmi
Şuranın tərkibində
dəyişikliyin edilməsi
barədə", "ADPU-nun 2018-2019-cu tədris ilinin yaz-yay imtahan sessiyalarının nəticələri
və 2019-2020-ci tədris
ilinə hazırlığın
vəziyyəti haqqında",
"2019-2020-ci tədris ili
üçün ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə
qəbulun nəticələri
haqqında" və
cari məsələlər
daxildir. Rektor Cəfər Cəfərov
Elmi Şura üzvlərini yeni tədris ili
münasibətilə təbrik
edib və onlara uğurlar arzulayıb.
Təhsil işçilərinin sentyabrın
11-də keçirilən respublika
konfransı barədə
məlumat verən rektor bildirib ki, konfransda ötən tədris ilinin yekunları müzakirə edilib,
2019-2020-ci tədris ilinin
əsas istiqamətləri
və qarşıda duran hədəflər diqqətə çatdırılıb. Konfransda
təhsil naziri Ceyhun Bayramov qeyd edib ki,
bu il
yüksək bal toplayaraq
ali məktəblərə
qəbul olunan gənclərin 4/1-i müəllimlik
peşəsini seçiblər.
Konfransda
mən Pedaqoji Universitet adından müəllim hazırlığı,
bu sahədə yeni trendlərlə bağlı çıxış
etdim. Müəllimlərin İşə Qəbulu
Müsabiqəsində 55 min nəfər namizəd iştirak edib. Onların uğur qazanan xeyli hissəsi ADPU-nun məzunlarıdır. Hazırda ADPU-da filiallar və
Azərbaycan Dövlət
Pedaqoji Kolleci (ADPK) ilə birlikdə 20480 nəfər tələbə
təhsil alır.
Bu il 365 nəfər gənc 500-dən
yüksək bal toplayaraq
ADPU-ya qəbul olunub. Cari tədris
ilində ADPU-ya qəbul planı 96,4 faiz dolub.
Yeni tədris ilindən başlayaraq ADPU-nun SABAH qruplarında
4 ixtisas tədris olunacaq. Bütün bu yüksək
göstəricilər bizdən
daha əzmlə, daha məsuliyyətlə çalışmağı tələb
edir.
"Elmi Şuranın
tərkibində dəyişikliyin
edilməsi barədə"
Tədris işləri
üzrə prorektor, dosent Eldar Aslanov
çıxış edib. Dosent E.Aslanov
Elmi Şuranın yeni tərkibi, həmçinin fakültə
və kafedraların adlarının dəyişdirilməsi
barədə məlumat
verib.
Cari məsələlər
müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Sonda rektor Cəfər Cəfərov
yeni tədris ilində qarşıya qoyulan vəzifələrin
uğurla həyata keçirilməsi üçün
öz tapşırıq
və tövsiyələrini
verib.
S.QARAYEVA
525-ci qəzet.- 2019.- 14 sentyabr.- S.7.