Ramiz Rövşənin şeirinə
Qaşqay elindən nəzirə
Azərbaycanda qaşqaylar haqqında bilgisi olanların sayı o qədər də çox deyil.
Uzun illər aramıza çəkilmiş
tikanlı məftillər
bizi eyni dildə danışdığımız,
eyni soydan gəldiyimiz, eyni inanclı insanlardan ayrı salmışdı.
1990-cı ildən sonra
gediş-gəliş asanlaşdı. Lakin əlaqələrimiz
hələ də istənilən səviyyədə
deyil. İran İslam Respublikasına
heç olmasa ildə bir dəfə
getsəm də, qaşqayların, xələclərin,
qarapapaqların, sunqur,
kuçan bölgəsində
yaşayan türklərin
yazıçı və
şairlərini, sənət
adamlarını, ziyalılarını
hələ də yaxşı tanımıram.
Şirazda yaşayan qaşqay
aydını, şair
və musiqiçi Ərsalan Mirzeyi ilə də Türkiyədə tanış olmuşuq.
2016-cı il may ayının 2-4-də Giresun
Universiteti "Beşinci
Türk Dünyası
Aşıqlar Şöləni
və Pərvin Bəhməni" Kaşkai
Halk Bilimi Simpozyum" təşkil etmişdi. Ərsalan Mirzeyi də
Pərvin xanımın
rəhbərlik etdiyi
"Hava" ansamblının
tərkibində Girəsuna
gəlmişdi. Gözəl bir
konsert verdilər.
Onunla sonra Şirazda da görüşdük. Bizi Zarqan
qəsəbəsindəki evinə
də apardı.
Ailəsi ilə, oğlu və qızı ilə də tanış
olduq. Sonrakı səfərimizdə də Şirazdan xeyli aralıda bulaq başında, eləcə də ortaq dostumuz Əminbəygildə gözəl
çalıb-oxumaqla ruhumuzu
oxşadı.
Tanburda gözəl
çalan və pəsdən oxuyan Ərsalan Mirzeyi 1977-ci ildə Şiraz yaxınlığındakı Beyza
qışlağında anadan
olub. Firuzabad şəhərindəki universitetdə dil-ədəbiyyat
ixtisasına yiyələnib.
Çörəyini kasıblara və
imkansızlara yardım
idarəsində işləməklə
çıxarsa da, günün ikinci yarısında özəl
kurslarda qaşqay uşaqlarına tanbur çalmağı öyrədir.
Hərdən şeir də yazan Ərsalan Mirzeyi indiydədək
"Uzaq yol",
"Uşaqlar, ay uşaqlar",
"Qaşqay tapmacaları"
və "Qaşqay bölgəsində Şəhriyarın
"Heydərbabaya salam"
poemasına yazılmış
nəzirələr kitablarını
nəşr etdirib.
Azərbaycan ədəbiyyatını da ardıcıl izləyən Ərsalan Mirzeyi ilə hərdən yazışır və
telefonda danışırıq. O, Ramiz Rövşənin bir
şeirinə yazdığı nəzirəni mənə
göndərmişdi. Mən də "525-ci qəzet"in
oxucularına təqdim edirəm.
Əli ŞAMİL
525-ci qəzet.- 2019.- 18 sentyabr.- S.24.