Cəlil Məmmədquluzadənin "Poçt qutusu" tacik dilində
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
"Cəlil Məmmədquluzadənin
150 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamına
əsasən, bu il görkəmli
yazıçının yubileyi
bir sıra tədbirlərlə davam etdirilir.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
akademik İsa Həbibbəylinin layihəsi
və ideya müəllifliyi ilə Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi,
böyük yazıçı
və ictimai xadim Cəlil Məmədqulzadənin əsərləri
xarici dillərə tərcümə edilərək
nəşr olunur. İsa Həbibbəyli böyük demokrat yazıçının əsərlərini
Rusiyada (1999), Pakistanda
(2004), Misir Ərəb
Respublikasında (2007), Macarıstanda
(2011), Litvada (2017), Özbəkistanda
(2018), Bolqarıstanda (2019) kitab
halında müxtəlif
dillərdə nəşr
etdirib, həmin kitablara müqəddimələr
yazıb. Bu günlərdə
Tacikistanın paytaxtı
Düşənbə şəhərində
Cəlil Məmmədquluzadənin
"Poçt qutusu"
adlı kitabı ilk dəfə tacik dilində nəşr edilib.
Akademik İsa Həbibbəyli indiyədək
xarici dillərdə çıxan bütün
nəşrlərdə olduğu
kimi, bu kitaba da "Azərbaycanın görkəmli
yazıçısı Cəlil
Məmmədquluzadə" adlı geniş həcmli müqəddimə
yazıb. Müqəddimədə
Azərbaycan ədəbiyyatının
çoxəsrlik tarixinə,
görkəmli yaradıcı
simalarına müəyyən
yer ayırmış akademik İsa Həbibbəyli "Molla Nəsrəddin" ədəbi
məktəbinin banisi
Cəlil Məmmədquluzadənin
həyatı və mühiti, zəngin yaradıcılığı haqqında
tacik oxucusuna geniş ensiklopedik məlumatlar təqdim edib. Akademik İsa Həbibbəyli müqəddimədə görkəmli
yazıçının xidmətlərini
aşağıdakı kimi
səciyyələndirib: "Cəlil Məmmədquluzadə
Azərbaycan ədəbiyyatında
"Molla Nəsrəddin"
ədəbi məktəbinin
yaradıcısı və
tənqidi realizm ədəbi cərəyanının
banisi kimi böyük şöhrət
qazanmışdır. Böyük demokrat
ədib kimi tanınan Cəlil Məmmədquluzadə ədəbiyyatda
kiçik hekayə janrının və satirik publisistikanın da əsasını qoymuşdur. Ustad Mirzə
Cəlil Məmmədquluzadə
Azərbaycan ədəbiyyatında
milli istiqlal ədəbiyyatının sərkərdəsi
kimi qəbul olunur. Cəlil Məmmədquluzadənin adı dünyada realist-satirik ədəbiyyatın
görkəmli yaradıcıları
ilə eyni sırada dayanır".
Əsərləri tacik dilinə çevirmiş Tacikistanın
tanınmış ədəbiyyatşünas
alimi, professor Muxammadsalom
Maxşulovun "Tərcüməçidən
ön söz" başlıqlı yazısında
Cəlil Məmmədquluzadənin
həyat və yaradıcılığından, əsərlərinin ideya-bəıdii
xüsusiyyətlərindən ətraflı bəhs edilir.
Kitaba Cəlil Məmmədquluzadənin
"Poçt qutusu",
"Usta Zeynal",
"Nigarançılıq", "Molla Fəzləli",
"Xanın təsbehi",
"Qəssab", "Quzu",
"Qurbanəli bəy",
"Məşrutə", "Bəlkə də qaytardılar", "Yuxu",
"Pirverdinin xoruzu",
"Saqqallı uşaq"
və "Baqqal" kimi məşhur hekayələri daxil edilib.
"Poçt qutusu" kitabı Azərbaycan
Respublikasının Tacikistan
Respublikasındakı Səfirliyinin dəstəyi ilə
Düşənbənin "ER-Qraf" nəşriyyatında
işıq üzü görüb.
525-ci qəzet.- 2019.- 18 sentyabr.- S.14.