Tanınmış ziyalılardan Mədəniyyət nazirinin mövqeyinə dəstək

 

"Yaratdıqları əsərlərlə, gördükləri işlərlə əfsanələşmiş insanlara qarşi neqativ münasibət göstərmək bütünlüklə milli mədəniyyətə zərbədir"

 

 

Sentyabrın 12-də Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərlə söhbətində mədəniyyət incəsənətin bir xalqın taleyində, tarixində oynadığı mühüm roldan danışmış, cəmiyyətimizdə mədəni sahəyə yeni münasibət formalaşmasının vacibliyini vurğulamışdı.

 

"Tarixi mirasımıza, mədəni sərvətlərə olduqca diqqətli yanaşmalıyıq. Mədəniyyət elə bir sahədir ki, insanların bütünlüklə yaşayış tərzinə, ictimai mühitə önəmli təsir göstərir. İnformasiya texnologiyaları vasitəsilə bütün mahnılar, rəssamlıq nümunələri, digər əsərlər dünyaya yayılır. Bu məsələyə son dərəcə həssaslıqla yanaşılmalıdır. Çünki bu gün bədnam qonşularla mübarizəmiz daha çox bu səpkidədir. Hamımız dərk etməliyik ki, bizim bu yöndəki gündəlik mübarizəmiz əslində, görünməyən bir cəbhədə gedir. Çünki mədəni irsimiz, mətbəximiz, sənət nümunələrimiz maddidən daha çox mənəvi xarakter daşıyır, yəni görünməyən incilərdir. Biz bədnam qonşularımızın niyyət əməllərinə öz yaradıcılığımızla da cavab verməliyik inanıram ki, belə olacaq".

Brifinqin əsas hissəsində nazir jurnalistləri daha obyektiv olmağa, insanların mədəniyyət müəssisələrindəki etik davranışlarıyla bağlı nümunə sərgiləməyə səsləmişdi. O söhbətdə Ə.Qarayevin media nümayəndələrinə bir çağırışı da vardı. Nazir demişdi ki, sensasiya xatirinə kiminsə haqqında neqativ, xoşagəlməz fikir səsləndirməklə təcavüzkar ölkəyə mövzu verilmiş olur: "Sənət insanları xalqımızın mənəviyyatı üçün çalışırlar. Misal olaraq, məgər rəssamlar eyni cür əsər çəkirlər? Axı kiməsə "pisdir" deməklə əldə olunur? Hər musiqiçi məgər eyni tərzdə ifa edir? Hər kəsin yaradıcılığı da, zövqü fərqlidir. Tənqid peşəkarlığa əsaslanmalıdır. Daxili, mənəvi etik senzuranı dinləmək lazımdır. Kiminsə dediyini olduğu kimi yazmaqla bitdi demək olmaz. Bizi istəməyən qüvvələr bizi öz silahımızla vurmağa çalışırlar. Heykəllər, sərgilərdə nümayiş olunan böyük rəsmlər, Azərbaycan musiqisi-hamısı bizim sərvətimizdir. Biz onları qorumalyıq, əks təqdirdə əcdadlarımıza, milli varlığımıza hörmətsizlik etmiş olarıq".

Bu məsələlərlə bağlı tanınmış ziyalıların, mədəniyyət nümayəndələrinin mövqeyi nazirin fikirlərilə səsləşir. 

 

Millət vəkili, yazıçı publisist Aqil Abbas deyir ki, onun rəhbərliyilə yaranıb fəaliyyət göstərən "Ədalət" qəzeti ilk gündən indiyədək daima bu məsələlərə çox ciddi yanaşıb: "Kimsə hansısa tarixi şəxsiyyətimizə, tanınmış mədəniyyət xadimimizə qarşı xoşagəlməz sözlər ünvanlayanda ona ilk cavab verənlərdən biri "Ədalət" qəzeti olur. Amma bu əlbəttə ki, lazımınca aparılmır. Bəzi media orqanlarında, xüsusən saytlarda bu məsələlərlə bağlı çox pis hallar var. Görürük ki, böyük şəxsiyyətlərimizə, müəyyən əxlaqi dəyərlərimizə qarşı olan, yalnış fikirlər aşılayırlar. Ciddi mətbuat orqanlarımız isə adətən daha həssas yanaşır, bu sahədə düzgün münasibət göstərirlər. Belə məsələlərdə biz - mətbuat orqanları birləşməli, bir-birimizi dəstəkləməliyik. Çünki çox zaman hansımızsa danışırıq, digərləri susur, dəstəkləmir, ya da əks mövqedə dayanır. Yaxşı olardı ki, Mədəniyyət Nazirliyi özü bunu müəyyən qədər koordinasiya eləsin, lazımlı, layiqli yazıların fərqli mətbuat orqanlarında yayılmasına çalışsın".

A.Abbasın teatrların hazırkı durumu, tamaşaların mediada işıqlandırılması, insanların teatrlarda etik qaydalara riayət etməsiylə bağlı məsələlərə münasibəti də maraqlıdır: "Mən tez-tez Akademik Milli Dram Teatrında, OperaBalet Teatrında, digər teatrlarımızda oluram. Deyim ki, tamaşaçıların qeyri-etik davranışlarıyla bir elə rastlaşmamışam. Qaldı ki, tamaşaçıları teatrlara cəlb etmək məsələsi, bu sadəcə Mədəniyyət Nazirliyininişi deyil, qəzetlərin də. Bəzən qəzetlərin üzərinə çox yük qoyuruq. Bu, tamaşanın zamanın tələblərinə, insanların maraqlarına cavab verməsiylə bağlı prosesdir. Qoyulan tamaşa günü qabaqlamalıdır. Elə klassik əsələrimiz var ki, həmişə müasirdirinsanlar da o tamaşalara məmnuniyyətlə gedirlər. Bizim üzərimizə düşən odur ki, həmin tamaşalarla bağlı informasiyaları, yazılan resenziya və rəyləri tamaşaçılara çatdıraq. Ən böyük isə televiziyaların üzərinə düşür. Onlar səhnə əsərlərinin qısa icmalını çəkib göstərsələr, anons kimi, elan kimi xalqa təqdim etsələr, onlarda da maraq yaranacaq. Televiziyanın bir işi də mədəniyyətin təbliğidir. Hazırda bu işi ən yaxşı icra edən "Mədəniyyət" kanalıdır, məncə. Amma bir kanalla da düzəlmir".

Tanınmış rəssam Yusif Mirzə nazirin çox ciddi məsələyə toxunduğu qənaətindədir: "Əbülfəs müəllim ölkəmizin mədəni inkişafına, mədəniyyətimizin təbliğinə hər zaman dərin həssaslıqla, məsuliyyətlə yanaşan dövlət adamıdır. Bu dəfə  toxunduğu məsələlər də çox vacibdir. Həqiqətən də sənətdə, cəmiyyətdə vacib olan əsas amillərdən biri ənənələrin qorunması və onun gələcək nəsilə ötürülməsidir. Ənənəni bilmədən, ənənə üzərində qurulmayan heç nə yaxşı ola bilməz. Bu, vacib deyilsə, bəs niyə muzeylər var, tarixi abidələr qorunur? Düzü, son zamanlar cəmiyyətimizdə bəzən bunlara qarşı laqeydlik, soyuq münasibət, əhəmiyyətinə varmamaq hallarını görürəm. Dövlət bu işdə lazım olan hər şeyi etsə də, bircə onunla yekunlaşmır. Tarixi şəxsiyyəti, yazıçı, şairləri, mədəniyyət xadimlərini mənasız, əsasssız tənqid etmək tendensiyası son zamanlar geniş yayılıb. Bu yaxınlarda "Nəsimi" filminin yaradıcı heyəti ilə bağlı eyni halın şahidi olduq. Başqa xalqlar onun-bunun mədəniyyətini, tarixini öz adına çıxdığı halda, biz öz mədəniyyətimizə belə layiqincə sahib çıxmaq istəmirik. Ənənələri qorumaq, inkişaf etdirmək lazımdır".

Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev düşünür ki, əvvəllər tarixi abidələrin, mədəni dəyərlərin qorunmasına daha ciddi münasibət vardı: "Sonralar isə bu işdə biganəlik yaranmağa başladı. Bu isə xoşagəlməz haldır. Abidələrimizə, milli dəyərlərimizə hər zaman diqqət göstərilməlidir. Məsələn, misgərlik sənəti YUNESKO-nun Mədəni İrs siyahısına daxil edildi. Bu gün o sənət davam etdirilmir. Halbuki bu sənətin xalqımızın taleyində çox böyük əhəmiyyəti olub. Düşünürəm ki, nazirin narahatlığı heç də səbəbsiz deyilbu məsələlərlə bağlı daha geniş təbliğat işləri aparmaq lazımdır. Bu də əsasən mətbuatın, televiziyaların üzərinə düşür. Valideyn övladını kiçik yaşlarından teatra, muzeyə, mədəniyyət müəssisələrinə yönləndirməlidir. Bunlar ailədən, məktəbdən başlayır".

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin fikrincə, xalqımızın mədəniyyətində önəmli xidmətləri olan, artıq müqəddəs dəyərlərə, əfsanəyə çevrilən şəxsiyyətlərə toxunmaq olmaz: "Məsələn, ədəbiyyat adamları qismində Səməd Vurğuna, Bəxtiyar Vahabzadəyə iftiralar atılanda gənclərə tövsiyə kimidemişik ki, onlar artıq əfsanələşib. Onlara toxunmaq, ədəbi dəyərləri hörmətdən salmaq ümumən ədəbiyyatımızın, incəsənətimizin ziyanınadır. Bu baxımdan mədəniyyətin digər sahələrində də xidmətləri olan, yaratdıqları əsərlərlə, gördükləri işlərlə əfsanələşmiş insanlara qarşı neqativ münasibət göstərmək bütünlüklə milli mədəniyyətə zərbədir. Buna görə mən jurnalistlərimizə, gənclərimizə də demək istərdim ki, belə insanları hörmətdən salmağa çalışmaq öz gələcəyimizi baltalamaq deməkdir".

 

Şahanə MÜŞFİQ

 

 

525-ci qəzet.- 2019.- 18 sentyabr.- S.12.