Teleradio Akademiyası yeni tədris ilində...

 

 

Kütləvi kommunikasiya vasitələri, xüsusilə televiziya radio kadrlarının hazırlığı məsələsi hər zaman olduğu kimi, bu gün aktualdır.

 

Bu mövzu ətrafında vaxtaşırı müzakirələr gedir. Televiziya radio məkanı dinamik, daim yenilənən bir məkandır. Yeni texnologiyalar şəraitində bu məkanda çalışan peşəkar teleradio işçilərinin hazırlığı ilə bağlı  "universal jurnalist" anlayışına tez-tez rast gəlirik. Sual oluna bilər: bu gün "çoxfunksiyalı (hərtərəfli) jurnalistə" ehtiyac varmı? Əlbəttə, fikirlər müxtəlifdir.

Məsələn, bir çox praktik-jurnalistlərin mülahizələrinə görə, televiziya radio jurnalisti mətn yazmağı redaktəni bacarmalı, onun lazımi təqdimat formatını müəyyənləşdirməli, çəkiliş texnikasını, montajı bilməlidir. Bununla yanaşı, müəyyən ixtisaslaşmada da peşəkar olmalıdır. Lakin belə fikirlər söylənilir ki, vacib deyil jurnalist bir əlində qələm, digərində isə kamera ilə çəkiliş etsin. Bunlar müxtəlif ixtisaslaşmalardır, hərənin öz mütəxəssisi var. Beləliklə, teleradio yayımın universal xüsusiyyətləri olan, dinamizm dəyişkənlik mühitində işləyən jurnalist yeni informasiya dövrünün tələblərinə uyğunlaşmalı, hazır olmalıdır.

Azərbaycanda jurnalist hazırlığı... Tarixə nəzər...

Azərbaycanda jurnalist kadrlarının hazırlığı məsələləri daim diqqət mərkəzindədir. Hələ XX əsrin 20-ci illərindən fəaliyyət göstərən jurnalist hazırlığı, qəzet işi stenoqrafiya kurslarının əsas məqsədi respublikada onun hüdudlarında ixtisaslı jurnalistlərin yetişməsi idi.

1981-ci ildə jurnalistika fakültəsində "Tərcümə, televiziya radio jurnalistikası kafedrası" (1998-ci ildən Televiziya radio jurnalistikası kafedrası) açıldı. Jurnalistika fakültəsinin qəzetçilik, tərcümə, kütləvi ədəbiyyatın redaktəsi ilə yanaşı, televiziya radio jurnalistikası sahəsində ixtisaslı kadr hazırlanması məsələsinə xususi fikir verilirdi.

BDU jurnalistika fakültəsində (bakalavr pilləsində) əksər jurnalistika fakültələrində universal jurnalist hazırlığına üstünlük verilir.

Müasir dövrdə yaradıcılıq bacarığını texniki vərdişləri özündə birləşdirən  peşəkar kadrlara (operator, rejissor, işıqçı s.) böyük ehtiyac var. Jurnalist ixtisaslı təhsil müəssisələrindən fərqli olaraq Teleradio Akademiyasının əsas məqsədi açıq informasiya mühitini mədəni məkanı inkişaf etdirmək, peşəkarlığı artırmaq, professionallığı yüksəltməkdir.

Bu il Teleradio Akademiyası fəaliyyətinin yeni mərhələsinə başladı. Azərbaycan Televiziya Radiosu  rəhbərliyinin təşəbbüsü dəstəyi ilə ümumi teleməkan üçün kadr hazırlığına start verildi, teleradio işçiləri ilə birgə alitəhsilli, televiziya radioda işləmək həvəsi olan hər kəs üçün belə imkan yaradıldı.

Teleradio Akademiyasına qəbul müsabiqə yolu ilə, üç mərhələli seçimə əsasən keçirilir. Burada təhsil ikili prinsipə əsaslanır: ənənələrin saxlanılması innovasiyaların tətbiqi. Nəzəri dərslərdə dinləyicilər televiziya radio aparıcılığının sirlərini mənimsəyir, düzgün danışıq texnikasını, ünsiyyət qurmağı, müsahibə almağı, bu işin bir çox incəliklərini öyrənirlər. Bununla yanaşı, tədris prosesində müdavimlərin praktik qabiliyyətinin inkişafı, peşəkarların təcrübəsindən bəhrələnərək teleradio işinin vacib məqamları ilə tanışlıq, yazı redaktə bacarığı, kadrda işləmək, çəkiliş prosesində müxbir, operator rejissor işbirliyi vərdişlərinə xüsusi diqqət verilir. Seçilən ixtisasa uyğun təlimlər keçirilir. Tədrisdə Azərbaycan Televiziyasının pedaqoji sahədə təcrübə qazanan peşəkarları, nəzəriyyəçi mütəxəssisləri, tanınmış teleradio aparıcıları, təcrübəli telerejissorlar, operatorlar, mədəniyyət, incəsənət xadimləri illərlə qazandıqları praktik bilik bacarıqları ilə bölüşüblər. Dinləyicilər televiziya radio verilişlərinin, xəbər buraxılışlarının hazırlanması proseslərində iştirak edir, illərlə tamaşaçı sevgisi, dinləyici rəğbəti qazanan peşəkarlarla ünsiyyətdə uğur düsturunu öyrənirdilər. Müxbir, redaktor, aparıcı, operator rejissor işbirliyində hazırlanan materialların ən yaxşısı Azərbaycan Televiziya Radiosunda yayımlandı. 

Tədris müddətində müdavimlər "AzTv", "Mədəniyyət" və" İdman Azərbaycan" kanallarında təcrübə proqramları keçiblər. Bu, onlara teleradio məkanı ilə bir daha yaxından tanış olmaq, istehsalat prosesini izləmək və iştirakçısı olmaq imkanı verdi. "İnformasiya proqramları", "İctimai-siyasi proqramlarxarici xəbərlər" studiyasında, televiziyaradionun səhər musiqi-informasiya proqramı redaksiyalarında ustad dərsləri alıblar. Onların bəziləri artıq Azərbaycan televiziyasının əməkdaşlarıdır. 

Akademiyada  təchiz olunmuş auditoriyalar, tədris studiyası, montaj otaqları, kitabxana var. Gələcəkdə akademiyanın texniki bazası daha da təkmilləşdiriləcək.       

Fəaliyyətin əsas istiqamətləri...

Teleradio Akademiyasının əsas üstünlüklərindən biri də dinləyicilərin ixtisasartırması və təcrübə mübadiləsində televiziya, radioyeni medianın aktual problemləri çərçivəsində konfrans, seminar, müxtəlif tədbirlərin keçirilməsidir. Məsələn, tədris prosesində yerli və xaricdən dəvət olunan televiziya işçiləri, tanınmış incəsənət adamları, siyasi xadimlər və məşhur şəxslərlə görüşlər təşkil olundu. Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Azərkosmos cəmiyyətinin nümayəndələri Akademiyanın qonağı oldular. Teleradio Akademiyasında elmi yaradıcılığa da xüsusi diqqət yetirilir. Televiziyaradionun müasir problemlərinə dair elmi seminarlar təşkil olunur. BDU-nun jurnalistika fakültəsinin professor və müəllim heyəti ilə görüşdə "Qloballaşma dövründə TeleviziyaRadionun inkişaf tendensiyası və perspektivləri" mövzusunda maraqlı müzakirələr keçirildi. Televiziyaradio jurnalistikasının müxtəlif aspektlərinə dair elmi-nəzəri məqalələr hazırlanır. Yaxında Teleradio Akademiyasının xüsusi elmi məqalələr toplusu çap olunacaq.

Yeni tədris ilində Teleradio Akademiyasında aparıcı, reportyor, redaktor, rejissoroperator peşələrinə növbəti qəbulla bağlı hazırlıq gedir. Montaj rejissoru, səs rejissoru, onlayn jurnalistika, vətəndaş jurnalistikası, idman jurnalistikası, reklam və PR mütəxəssisi, fotojurnalistika, televiziya prodüsserliyi, fond materiallarının bərpası işinin təşkili kimi mövzularda seminarların keçirilməsi də nəzərdə tutulur.

Ümumilikdə, Teleradio Akademiyası  fəaliyyət sahəsinin genişlənməsi və inkişafı istiqamətində yeni layihələr üzərində müzakirələr aparır, teleradio işçilərinin ixtisaslı kadr hazırlığı, peşəkarlığın  artırılması istiqamətində tutduğu yolu uğurla davam etdirir.      

Teleradio Akademiyası...

14 iyun 2010-cu ildə Azərbaycan Televiziyaradio verilişləri Qapalı Səhmdar cəmiyyətinin nəzdində  Teleradio Akademiyası açılıb. Akademiyanın ilk rektoru sənətşünaslıq namizədi Etibar Babayev olub. Fəaliyyəti dövründə Akademiyada Azərbaycan televiziyasının əməkdaşları üçün yerlixarici mütəxəssislərin iştirakı ilə ixtisasartırma təlimləri, ustad dərsləri keçirilib, uzunmüddətli ingilisrus dili kursları təşkil olunub. Hazırda Teleradio Akademiyasının rektoru fəlsəfə doktoru Faiq Hüsiyevdir.

 

Sevinc MƏMMƏDOVA

BDU-nun dosenti, Teleradio Akademiyasının prorektoru

 

525-ci qəzet.- 2019.- 18 sentyabr.- S.10.