Əjdər Olun kitabı Serbiyada

 

Tanınmış şair, nasir Əjdər Olun "Səhra komandirinin meymunu" adlı hekayələr kitabı Serbiyada işıq üzü görüb.

Hekayələri serb dilinə tanınmış mütərcim, ədəbiyyatşünas Nina Smiç tərcümə edib.

Nüfuzlu "CompuTech" nəşriyyatında işıq üzü görən kitabda müəllifin 10 hekayəsi "Qəzənfər müəllimgilin Şuşaya yürüşü", "Böyürsoy", "Qrafoman", "Ölümlə zarafat", "Usta Yusifin kamançası", "Səhra komandirinin meymunu" və digərləri çap olunub.

Qeyd edək ki, sentyabrın 23-də Belqrad şəhərində Serbiya Yazarlar Assosiasiyasında kitabın təqdimat mərasimi keçiriləcək.

 

 

525-ci qəzet.- 2019.- 20 sentyabr.- S.8.