Nigar Rəfibəylinin şeirləri
Finlandiyada səslənib
Sentyabrın 11-də Finlandiyanın Tampere şəhərində Beynəlxalq incəsənət festivalı çərçivəsində Poeziya klubunun tədbiri keçirilib.
Ən yaxşı şeir örnəkləri sırasında Azərbaycan Xalq şairi Nigar Rəfibəylinin bir neçə şeiri də səsləndirilib.
Tahirə Cəfərovanın fin dilinə çevirdiyi "Azərbaycanın qadın şairləri" kitabından alınıb, ölkənin məşhur aktrisası Pirkko Muttonun ifa etdiyi bu şeirləri qonaqlar və tədbir iştirakçıları böyük coşquyla qarşılayıblar.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 20 sentyabr.- S.8.