Oduma odlar
qarışıb, tüstüm göyə sovrulub, Mənim
külümün içində neçə canlar qovrulub
Sevəndə elə sevirəm ki,
Heç nə gözümdə batmır,
Ürəyimə düşür,
Qanımdan keçir.
Sevəndə, elə sevirəm ki...
Bağrımda uyuduram nadinc hissləri,
Qucağımda yırğalayıram nənnisini,
Ovuclarımda gəzdirirəm dünyasını,
Başına dolanıram havasının,
Dodaqlarımla isidirəm buz kəsən savaşını,
Nəfəsimə bələyirəm titrəyişləri.
Sevəndə, elə sevirəm ki...
Unudulmaz sakinim olur,
Toxunulmaz edirəm kimliyini,
Bütün rəngləri çəkirəm gözünün üstünə,
Çiyinlərim yuva olur yaşaya biləcəyi.
Sevəndə, elə sevirəm ki...
Yol, dəniz, səma var gizlinimdə,
Qatarında get də,
dənizində üz də, göyündə uç da,
Azadlığa aşiq olmaq var, aşiqə hüzur kimi.
Vətənsizlik unudulur vətən olmağımda,
Gözlərimdən su içir özündən köçən də.
Sevgim elə bir gücdədir
ki,
Ölümə də, ölənə də həyat verir içimdə.
Sevəndə, elə sevirəm
ki...
Küçələrin uşaqlarını,
yalqız qocalarını,
Ağacların damarlarını, quşların
dodaqlarını,
Şəhərlərin, kəndlərin,
yaxınların, uzaqların
qanadlarını,
Bu aləmin bağlı və açıq həyatlarını,
Kimsəsizlərin yollarını, məscidlərin
azanlarını,
Kilsələrin şüalarını, gözlərin dualarını,
Qürbətin doğmalarını, doğmaların yadlarını,
Bütün gözəlliklərin adlarını, dadlarını,
Nakamların həyatlarını
Sevəndə, elə sevirəm
ki...
Sevəndə elə sevirəm
ki,
Heç
nə gözümdə
batmır,
Ürəyimə düşür,
Qanımdan keçir.
Sevəndə, elə sevirəm
ki...
Sevgi canından keçir...
***
İstəyirsən bütöv qal, istəyirsən xırdalan,
İstəyirsən dövrə vur, istəyirsən çalxalan.
İstəyirsən yaxana həsrətini iynələ,
Arzunun ilməsini
ürəyinə düymələ.
İstəyirsən başına ayı tax papaq kimi,
Altına və üstünə yorğan at torpaq kimi.
İstəyirsən çal-oyna, canın riqqətə gəlsin,
Hər döngədən
sola dön, sağın
diqqətə gəlsin.
İstəyirsən hirsini kəs tulla arşın-arşın,
Yoxluğun gicgahına salam ver qurşun-qurşun.
İstəyirsən adını içindəki ada qaz,
Fitilinin sonunu daşa deyil, oda qaz.
İstəyirsən yığışdır
hisslərini xurcuna,
Qazancını səpələ bir ömürlük borcuna.
İstəyirsən Tanrınla bir də ucal
saflığa,
Hər tərəfdən
nəfəs at çoxluğa
və azlığa.
İstəyirsən bətninə ruhun əliylə su ver,
Dünyanın qucağına İlahi yavrusu ver.
***
... Yolundan çıxmısan
və harasa getmisən...
Bilmədiyindən qaçıb bildiyinə çatmısan...
Adını nə qoyursansa qoy...
Görüntüsü görünməzlikdi...
Çox adı var bu gedişlərin...
Haqq dünyası da deyilir...
Allahın qucağı da...
Bizim üçün yoxluqdu...
Adam yox olur birdən-birə...
Var imiş və yox imiş...
Səsin
artıq gülmür,
canın ağrıya
bölünmür...
Gözündə heç kim daha sürünmür...
Nəfəsin alınmır, ürəyin
döyünmür...
Ruhun onsuz da heç
kimə görünmürdü...
Yenə
də görünmür...
...Telefonun da zəng
çalır uzun-uzadı...
Cavabsız zənglər ağı
deyir...
Qapın
da, pəncərən
də,
divarların da susur...
Əşyaların da səninçün
ağlayır
kiminsə əllərində...
Mənzilində kimlərsə baş-başa
verib danışır...
Evin havası tamam pozulub...
Tünlükdü otağın...
Beləcə hamıdan və
hər şeydən
çəkilib-gedirlər...
İndi
heç kim
səndən küsmür...
Heç
kim səni
üzmür...
Kim nə deyirsə desin...
Vecinə
deyil artıq...
Özündən çıxmısan və
harasa getmisən...
Adını nə qoyuruqsa qoyaq...
Görüntüsü sənsizlikdi...
Bu dünyanda nə hesabın qalıb,
nə də hesabatın...
Çox
adı var bu gedişlərin...
Biri də Azadlıqdı...
Həmişə Azadlıqda....
***
Xəyalımın qapısında
Gözüm gözünə tuş gəldi.
Elə baxdın, elə baxdın,
Ömrüm, ruhuma xoş gəldi.
Ürəyim göynəyib qaldı,
İçimi çeynəyib qaldı,
Qanım
da qaynayıb qaldı,
Əlin əlimə boş gəldi.
Gözəl gülüşündən tutdum,
Təzə qəhərimdən uddum,
Nə var, nə yoxdu
unutdum,
Yaşın üstünə yaş gəldi.
Dəli
kimi rəqs elədim,
Həsrətimi güllələdim,
Xatirəni şillələdim,
Göydən başıma daş gəldi.
Olub-qalanıma dəydim,
Bir də nəfəsimi geydim,
Yenə
gözlərimi döydüm,
Yayda üstümə
qış gəldi.
Dua ağacına döndüm,
Yandım,
közə düşdüm,
söndüm,
Kül-kül oldum, yerə qondum,
Dənləməyə bir quş gəldi.
...Xatirəmin qapısında
Gözüm gözünə tuş gəldi.
Elə baxdın, elə baxdın,
Öldüm... Yanıma xoş
gəldin...
***
Mənim
adım Siqaretdi, hər dərdə qatılıram,
Bəzi
adamlar kimiyəm, hamıya satılıram...
...Mən də torpaqdan yarpaqtək yetişib bütün oldum,
Ovuclarda sığallandım, quruyub
tütün oldum.
Məni
də ağa bələyib beşiklərə
yığdılar,
Gözəl-gözəl adlar verib, üzü
üstə yıxdılar.
Bağladılar əllərimi, ağzımı
və dilimi,
Zərli bir kəmər ilə də sarıdılar belimi.
Gəmilərdə, qatarlarda, təyyarədə
süzdüm mən,
Gizli-gizli, xəlvət-xəlvət sıxıntıya
dözdüm mən.
Həm duruldum, həm bulandım yasaqların içində,
Azadlığı axtarırdım dustaqların
içində.
Əldən əllərə də
düşdüm, ciblərdə
yerim oldu,
Bəzənib-düzənsəm belə, qəmdən xəbərim oldu.
Kimlərsə məni oynadıb,
adımla lovğalandı,
Mənimlə şəkil çəkdirdi,
şəkilə damğalandım.
İki barmaq arasında dodaqlarla öpüşdüm,
Bütün nəfəslərə qonub,
ehtirasla görüşdüm.
Kimin içində nəyi var, nəyi yoxdu - bilirəm,
Mən ki, bütün adamların ciyərini görürəm.
Sinəmə dağlar çəkdilər,
həvəsimə çatdılar,
Ömrümü heçə göndərib,
kötüyümü atdılar.
Oduma odlar qarışıb, tüstüm göyə sovrulub,
Mənim
külümün içində
neçə canlar qovrulub...
...Mənim adım Siqaretdi, hər dada qatılıram,
Bəzi
adamlar kimiyəm, hamıya satılıram...
***
Balıq
qardaşım, balıq
bacım...
Bir az söhbət
edim sizinlə...
Söhbət əlacsızlığın əlacı...
Olsun şirin, olsun acı...
Sizin diliniz olsaydı,
Hansı dildə danışardınız?
Sudan diri çıxardınızmı?
Göydən yuxarı qalxıb,
Yerdən
aşağı axardınızmı?..
Ayaqlarınız olsaydı,
Hara gedərdi niz
daha çox?
Özünüzü hara çatdırardınız?
Əl atardınızmı
ürəklilərin əlinə?
Qoşulardınızmı adamların selinə?..
Qanadlarınız olsaydı,
Uçmağa həvəs olardımı?
Yoxsa bir ağac budağında yuva salardınız?
Orda ölərdiniz
Tanrı xəbər tutanacan?
Bəlkə yatardınız oyananacan?..
Səsiniz olsaydı əgər,
Susqunluqdan partlayan ilk söz nə olardı?
Axı Söz Tanrının əzəlidi...
Sözü səsə vurarkən
və bölərkən,
Səsi
sözə toplayıb,
Sözdən səsi çıxarkən,
Sonra sözsüz qalarkən,
Anlayardızmı ki, dənizin dibi,
Dünyanın dibinin ən gözəlidi?..
Sizin əlinizdə olsaydıq,
Yeyərdinizmi adamları?
Döyərdinizmi adamları?
Əyninizə geyərdinizmi adamları?
Söyərdinizmi adamları?..
Qızıl balıq dünyaya tor atardımı?
Qızıl Adam tapardımı?
Sonra onu satardımı?
Arzusuna çatardımı?..
Balıq
qardaşım, balıq
bacım...
Sudan quru çıxmaq çətin...
Canlıların arasından
Canı
sulu çıxmaq
çətin...
... Ömrü duru çıxmaq... Çətin...
***
Onsuz da gözün içinə
Hər gedən
şəkil taxır.
Mənim
üçün də
yer saxla,
Şəkiləm əvvəl-axır.
Yığışdırma yaddaşını,
Necə var, elə qalsın.
Ürəyini yükə salma,
Asılmaq dilə qalsın.
Çoxluğa yol almasam da,
Tək aşıb-daşa
bilim.
Mən yaşaya bilməsəm də,
Tə ki sən yaşa, bilim.
***
Bu ev də
öz evin deyil,
Nə də ruhun sənindi...
Yuyub asaq ürəkləri,
Havalar da sərindi...
Tozunu, pasını silək
İçimizə çökənin...
Beynimizdən yaxalayaq
Yuxumuzu çəkənin...
Dilimizi fırçalayaq,
Söz təmizliyə çıxsın...
Əlləri salavatlayaq,
Müqəddəsliyə çıxsın...
Qobustan qoruğunda
Xanım İSMAYILQIZI
525-ci qəzet.- 2019.- 21 sentyabr.- S.23