Tüdor sülaləsinin uğurları və
bədbəxtliklər seriyası
(Əvvəli
ötən şənbə sayımızda)
Xəbər
gətirən dedi:
"Onlar onun cəsədini götürdülər. Qiymətli cəsədini
palçıqdan qaldırdılar, onun xeyli yarası var idi və
bədənindən qan axırdı. Onlar
onu Londona, kraliçaya göndərdilər. İngilis kraliçası Katerina demişdi ki, o, qənimət
kimi kralın cəsədini istəyir. Onun
paltarlarını soyundurdular, ölü dilənçi kimi o,
ayaqyalın idi. Müharibə çirki
kimi onu sürüyürdülər və onun cəsədini
sonra arabaya qoydular. İngilis
kraliçası onun ölü cəsədini qənimət
kimi istəmişdi və indi bu qənimətə artıq
malikdir".
Kraliça Katerinaya həlak olmuş Şotlandiya
kralı Ceymsin paltarlarını gətirdilər. O, hirslə demişdi ki,
kralın başının gətirilməsi göstərişini
vermişdi, əvəzində isə onun paltarlarını gətiriblər.
Katerina IV Ceymsin qanlı köynəyini Fransada olan ərinə
göndərdi.
Şotlandiya üzəridəki qələbə xəbəri
barədə Katerinanın məktubunu Fransada olan kral ikili hisslə
qarşıladı. Birincisi, onun tacı xilas olunmuşdu, buna
sevinirdi, ikincisi isə Katerina köhnə düşmən
üzərində qəti qələbə
çalmışdı, onun özünün nail olduqları
isə elə bir təsir bağışlamırdı və
Şotlandiya üzərindəki qələbə ilə
müqayisədə xeyli kiçik görünürdü, bu
isə onda qısqanclıq yaratmaya bilməzdi.
IV Ceyms (1473-1513-cü illər) 1488-1513-cü illərdə
Şotlandiya kralı olmuşdu. O, özündən əvvəlki
kral III Ceymsin oğlu idi. 1503-cü ildə
İngiltərə kralı VII Henrinin qızı Marqaretə
evlənmişdi, bu ittifaq Styuart sülaləsinin
üzvünü ingilis taxt-tacına gətirib
çıxarmışdı.
IV Ceyms VIII Henri ilə mübahisədən sonra ordu
toplayıb, İngiltərəyə müdaxilə etmişdi,
bu vaxt məğlub olmuş və Flodden təpəsində 9
sentyabr 1513-cü ildə öldürmüşdü.
Marqaret heç vaxt Katerinanı buna görə
bağışlamayacaqdı, bu dəhşətli hadisəni
heç vaxt unutmayacaqdı.
Fransada da Harri döyüşü udmuşdu, buna cavab
olaraq Katerina ona yazırdı ki, onun özünün zəfəri
kimi, o da döyüşdə qalib gəlmişdir. Əslində,
Katerinanın qələbəsi kral Henrininkindən daha əhəmiyyətli
və böyük idi. Kraliça
lovğalanırdı ki, o istəyirmiş ki, Marqaretin ərinin
kəsilmiş başını Henriyə göndərsin,
lakin onun ingilis məsləhətçiləri bu hərəkətin
qarşısını almışdılar. O, Ceymsin
beyninə duz doldurub, hədiyyə kimi ərinə göndərmək
istəyirmiş. Deyəsən, bu qadın qədim misirlilərin
faraonların cəsədinin mumiyalaşdırılması
texnologiyası ilə səthi də olsa, tanış
imiş.
Katerina Marqaretə görə daha artıq barbar idi,
barbardan da pis idi. Bu, onun yeznəsinin cəsədi idi,
kralın müqəddəs cəsədi idi. Marqaret artıq bir dul qadın kimi
qalmışdı. Yalnız qəddar adam
kralın meyitini öz xalqına göndərməz ki, ona
layiq olduğu şərəfli bir matəm keçirilsin. Yalnız vəhşi heyvan ovunu yeyir. Katerina artıq Marqaret üçün bacı
deyildi. Ölü cəsədini
parçalayan bir monstr idi. O, onun vaxtilə qardaşı
olan bir adamı və onun arvadı olan bu quzğunu nə vaxtsa
görəcəkdir. Əgər Marqaret
kraliça olsa və onun oğlu taxt-tacı əldə etsə,
güman ki, o, yenə də onların dəstəyinə və
köməyinə ehtiyac duyacaqdır. Əri ona məhz
belə göstəriş vermişdi: "Böyük
qadın ol və heç də ağılsız qız
olma". Katerina isə onun qardaşının
ölüm yatağından kənarda oturub,
bacısının, baldızının ərinin
öldürülməsinə göstəriş vermişdi.
Marqaret ona nifrət edirdi.
Tomas Hauard əvvəllər Marqaretin böyük dostu
olsa da, indi onun ölümcül düşməni idi, onun
yazıq ölkəsinə müdaxilə etməklə qələbə
çalmışdı. Onlar Hauardın qalib ordusunun
qarşısını necə kəsəcəkdilər, o,
Liplisqoudakı kraliça sarayına da yürüş edə
bilərdi. Tomas Hauard həm də şotland ənənələrini
yaxşı bilirdi, bacardığı qədər tez gələ
bilərdi ki, onun kiçik şotland kralını hələ
tac qoyulmamışdan əvvəl
anasının əlindən alsın.
Nəhayət, Marqaretin dəstəsi Stirlinqə
çatdı, burada otu və suyu olan at damı onları
gözləyirdi. Şəhərdə komendant saatı
qoyulmuşdu və şəhər qapıları
bağlanmışdı. Barabançılar
kralı salamlamaq marşını səsləndirdilər.
Qapılar açıldı və onlar
atlarını içəri sürdülər. Marqaret jestlə məğlubiyyəti və Ceymsin həlak
olmasını adamlara bildirdi. "Bu, sizin
kralınızdır" deyə kiçik oğlan
uşağını onlara göstərdi. Körpə isə mühafizəçinin
qolları üstündə yatırdı. "Kral V Ceyms".
Hər bir kəs Marqaretə baxırdı, lakin o,
heç nə deyə bilmirdi. O, elan etdi ki, "Məğlubiyyət
ümidsizlik demək deyildir, ölüm hər şeyin sonu
demək deyildir. Şotlandiya böyük gələcəyə
malikdir. Bu, həqiqət olmaya bilər.
Biz ümidsizləşmişik, bu, hər
şeyin sonu deməkdir və mən gələcəyi necə
qurmaq olduğunu bilmirəm. Kral
ölmüşdür. Allah kralı hifz
etsin".
Onlar Şotlandiyanın nə vaxtsa malik olduğu ən
böyük döyüşçü krallardan birini
itirmişdilər.
1513-cü
ilin payızı
Marqaret Stirlinq qəsrindən böyük lordların ailələrinə
dəvətnamə göndərdi ki, onlar Ceymsin taclanmasına
gəlsinlər. Onların
yarısı artıq həyatda yox idi. Bütöv
krallıqda yalnız 15 lord sağ qalmışdı. Şotlandlar ölkə əhalisinin
yarısını itirmişdilər.
Bu körpənin yalnız 2 yaşı var idi.Lakin tale
Marqaretin oğlu Ceymsin üzərinə ağır əlini
qoymuşdu.
Adamlar sakitcə deyirdilər: "Allaş kralı hifz
etsin". Atası haqqında isə deyirdilər
ki, "Allah ona mərhəmət göstərəcəkdir,
onu öz səltənətinə aparacaqdır". Kiçik uşağın üzərinə
ağır yük qoyulsa da, Marqaretin əri Ceyms ölü
kral idi və onun cəsədi oğurlanıb, çox uzaqlara
aparılmışdı.
Marqaret dişini dişinə sıxıb, iki vərəq
kağızda Katerinaya - İngiltərənin regentinə və
onun bədbəxtliyinin yeganə müəllifinə məktub
yazdı. Marqaret ona nifrət edirdi, onu öz qardaşı
Arturun ölümünə görə təqsirkar hesab edirdi.
Marqaret inanırdı ki, Katerina onun
atasını da şirnikləndirmişdi ki, ona ərə
getsin. İndi isə o, qızın
kiçik qardaşı olan kralı əsir
götürmüşdü və onu öz doğma bacısının
əleyhinə hərəkətə sövq edirdi. Marqaret onu İngiltərə və Fransa
arasındakı, İngiltərə ilə Şotlandiya
arasındakı müharibələrə görə və hər
şeydən əvvəl öz ərinin ölümünə
görə təqsirləndirirdi. O, Marqaretin dinc həyatının
və ölkəsinin düşməni idi.
Katerina isə Marqaretə yazırdı ki, "İngiltərəyə
göndərilən cəsəd kralınkı deyildir". Marqaretin
xahiş barədəki məktubu ümidsizlikdən xəbər
verirdi. Şotlandiyanın yeni kralı V
Ceyms öz ölkəsində anası ilə birlikdə
qalacaqdı, atasının meyiti oğurlansa da, onun oğlunu ələ
keçirə bilməyəcəkdilər. Krallığı bir yerdə saxlayan Ceymssiz ölkə
lord ərazilərinə və tayfa torpaqlarına
parçalanacaqdı, onlar bir-birinə təhlükə
nişanəsi olacaqdı.
Marqaret haqqında kraliça kimi düşünməsələr
də, o, toxunulmaz ingilis printsessası idi. O, beşikdə
uşaqları olan və körpələri bətnində
olan çox sayda şotland dul qadınlarından biri idi və
heç bir ər gəlib, onlara bir daha kömək etməyəcəkdi.
1513-cü
ilin Milad bayramı
Milad bayramını Marqaret Stirlinq qəsrində sakit
keçirdi, onun bayram təntənəsi keçirməyə
və rəqs təşkil etməyə pulu yox idi. Çox sayda
şotland öz itkilərinə görə təhlükəli
qonşuları olan ingilisləri heç vaxt
bağışlamayacaqdı. Keşiş
Marqaretə gəlinlərindən başsağlığı
gətirdi, elə bil ki, bütün bu narahatlıqları o,
özü yaratmamışdır. Marqaret
isə təhlükəli krallıqda kiçik oğlu ilə
birlikdə tək idi, onun bir qəpik də pulu
olmadığından və ürəyindən yara
aldığına görə bütün günahı öz
gəlinlərində görürdü. İngiltərədə
isə belə şayiə gəzirdi ki, şotland kralı
sağdır. Kraliça bunu bilməli
idi, axı o, öz ərinə vəd etmişdi ki, həqiqəti
hökmən açacaqdır. Katerina
Marqaretin ərini və Şotlandiya
kübarlığının yarısını
öldürtmüşdü. Kral, həqiqətən
də, ölmüşdü.
1514-cü
ilin yazı
Stirlinq qəsrində yaşayan Marqaret qardaşı
Harriyə, kral Fransadan qayıtdıqdan sonra
yazmışdı ki, o, öz arvadı Katerinanın kralı
öldürtdüyünü və onun cəsədini
oğurladığını bilsin. Allah onun vəhşiliyini,
görən, necə bağışlaya bilər. Qardaşı qatildən daha çox dul
qadını sevməlidirmi? Marqaretin əri
arvadını regent təyin etmişdi və ona demişdi ki,
sən Şotlandiyanı tək idarə edəcəksən.
O, bir il ərzində ərə gedə
bilməzdi. Fransa kralı da yenicə
arvadını itirmişdi. Marqaret yenidən
ərə getməyini gözləməli idi.
Bacısı Meri kastiliyalı Karla ərə getsəydi,
o, özü fransalı Luiyə ərə gedə bilərdi. Bu, baş versə,
o, daha böyük kraliça olacaqdı. Həm
də əgər o, Fransa kraliçası olsa, Katerinaya bərabər
olacaqdı.
Dağlılar (şotlandlar, adətən belə
adlanırlar, dünyada onlardan başqa yalnız Şimali
Qafqazlılar dağlılar adlanırlar. Dağlarda yaşayan xalqlar
isə həddən artıq çoxdur) öz
qidalarını xəncərlə kəsir və bıçaqları ilə
yeyirdilər. Bu adamlar vəhşiliyin və mədəniliyin
qarışığı idi.
Tezliklə Marqaretə evlənmək təklifləri gəldi. O, bir daha qənimət kimi
udulmalı idi, printsessa olduğundan, özü ərini
seçməli idi. Katerina İngiltərə
tacını daşıya bilərdi, lakin onun beşikdə
heç bir körpəsi yox idi, Marqaretin isə iki
uşağı var idi. O, Müqəddəs Roma imperatoru
I Maksimilianı və ya Fransa kralını seçməkdə
tam aciz idi. Onun ambitsiyası da yüksəlirdi.
Onun öz ölkəsi Şotlandiya
üçün ən yaxşısı özünün
İngiltərədəki evi və öz gələcəyi
idi.
O, kimi
seçsəydi, ölənə qədər onunla
yaşamalı idi, boşanma perspektivi heç də
ağılabatan deyildi. Axı o, uşaq da
doğa bilərdi. Harri
düşünürdü ki, imperatorla ittifaq daha yaxşı
olardı. Katerina da ona yazırdı ki, mənim
dayım (əslində, xalasının ərinin atası, V
Karlın babası) I Maksimilian səni təhlükəsiz və
varlı saxlayacaqdır. Ümid edirəm
ki, sən Fransa barədə fikirləşməyəcəksən.
Həqiqətən də, Marqaret böyük ər istəyirdi,
yataqda tək yatmaqdan onun zəhləsi gedirdi. O, həqiqətən də,
fransalı Luiyə ərə gedə bilməzdi. O da təqribən
İ Maksimilian yaşda idi. Həm də o, monstr
idi. Bu vaxt iki şərdən birini
seçmək lazım idi.
1514-cü
ilin yayı
Mestven qəsrində Arçibald Duqlas Marqaretə deyirdi ki,"Sən heç vaxt ərə getməməlisən". Marqaret isə bildirdi ki, yox, ərə getməlidir. Bizim aramızda heç bir müqayisə ola bilməz. Mən iki uşaq anasıyam və 24 yaşındakı qoca anayam".
Duqlas dedi: "Qoca yox. Mən də sənin
yaşındayam. Sənin kimi mən də dulam. Mən Anqus
qrafıyam, böyük bir ailənin
başçısıyam. Sən mənim
kraliçamsan, indi isə həmişəlik".
Marqaret azacıq ona tərəf əyildi: "Beləliklə,
Arçibald, sən məni tərk etməyəcəksən.
Sən hətta öz uşaq
yaşındakı nişanlına evlənsən belə".
"Məni "Ard" deyə çağır" -
deyə o pıçıldadı. "Sevənlər, adətən,
məni Ard deyə çağırırlar".
Ardın məhəbbət vədi barədə
pıçıltıları saxta və yalan idi. Marqaret
Fransadakı Şotlandiya səfirinə yazdı ki, mən
artıq seçimimi etmişəm və monstr adlandırdığım
qoca krala bunu bildirə bilərsən. O, krala əvvəlcə
deməli idi ki, mən ona ərə getməyə hazıram. Marqaret düşünürdü ki, ona ərə
gedəcəkdir, baxmayaraq ki, o, qoca, vəhşi heyvandır.
Ona ərə getsə, Fransa kraliçası,
İngiltərənin düşməni və Katerinadan
üstün olacağı perspekivini də nəzərə
alırdı.
1514-cü
ilin yayı
Metyü
qəsrində yaşayan Marqaretə dəhşətli bir
hadisə üz verdi və o, bunu anlaya
bilmirdi. O, öz bacısının
saxtakarlığını başa düşə bilmirdi. Bacısı da, qardaşı da ona xəyanət
etmişdilər. Onlar nifrətdən də
aşağı idilər. Onlar Marqaretin
özünü və onun gələcəyini məhv etmək
istəyirdilər. İlk öncə onlar
onu dul qoydular və indi isə onu məhv etməyə
çalışırlar. Meri
kastiliyalı Karl ilə nikah müqaviləsini pozmuşdu,
axı o, həmin Karla ərə getməyə
hazırlaşmışdı. İlk dəfə
irəli atılmaqla Marqaretin əvəzinə ərə getmək
üzrə idi, böyük bacısının yerini
tutacaqdı. Meri Harri və Katerinanın əlində
marionetka rolunu oynayırdı. Harri buna
çalışırdı ki, bacısı Marqaretdən
uzaqda olsun, ona görə də onu Fransa kralı XII Luiyə ərə
vermək istəyirdi. Lui isə onun çoxdankı
düşməni idi. Onun ispan arvadının da
və onun bütöv ailəsinin də bütün həyatı
boyu düşməni idi.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2019.- 21 sentyabr.- S.22.