"Azərbaycan musiqi tarixi"nin növbəti cildi təqdim olunub

 

 

Sentyabrın 20-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas alim, Əməkdar elm xadimi, akademik Zemfira Səfərovanın layihəsi elmi redaktorluğu ilə hazırlanan "Azərbaycan musiqi tarixi" (IV cild) kitabının təqdimatı keçirilib.

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbir Bəstəkarlar İttifaqı Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşib. Təqdimat mərasimini Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq kitabın musiqi ictimaiyyətimiz üçün əhəmiyyətindən danışıb: "Bu dəyərli kitabda ötən əsrin 50-60-cı illərdən sonra formalaşmış bəstəkarlarımızın yaradıcılığının bu dövrün musiqi həyatının ümumi mənzərəsi, mövcud janrların təhlili inkişaf təmayülləri yer alıb. Gərgin zəhmətin, əməyin bəhrəsi olan bu cilddə 40 bəstəkarın həyatı əsərləri haqqında dolğun məlumat var. Biz burada musiqi tariximizi əyani sürətdə görə izləyə bilirik. Zemfira xanım böyük bir kollektivə rəhbərlik edir musiqi tariximizi işıqlandırır, eyni zamanda, bu istiqamətdə gözəl tədqiqat əsərlər ortaya qoyur".

Vurğulanıb ki, Qara Qarayevin, Cövdət Hacıyevin digər görkəmli bəstəkarlarımızın sinfində təhsil almış bu bəstəkarların yaradıcılığında opera, balet, simfoniya, kantanta-oratoriya, vokal-instrumental digər janrların inkişafı ilə bahəm yeni janr forumların yaranması qeyd olunub. Cilddə hər bəstəkarların yaradıcılığına ayrıca fəsil ayrılıb, onların yaradıcı problemləri portretləri doğum illərinin xronologiyasına əsasən verilib.

Əsərdə simfoniya, balet operetta kantata-oratoriya, mahnı janrlarının inkişaf təmayüllərinə həsr edilmiş fəsillər yer alıb, fotolar, not nümunələri, Azərbaycan xarici dillərdə ədəbiyyat təqdim olunub.

AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli ölkəmizdə elm, ədəbiyyat, mədəniyyət incəsənət xadimlərinə göstərilən diqqət qayğıdan danışıb bu günlər ölkəmizdə keçirilən Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalından söhbət açıb.

Akademik Milli Musiqi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək Azərbaycanın musiqisinin qədim tarixə malik olduğunu söyləyib: "Bu gün bu zəngin tarixin araşdırılması mühüm əhəmiyyət kəsb edir ki, bu baxımdan bu kitab musiqişünaslıq elminə böyük töhfədir".

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ertəgin Salamzadə bildirib ki, kollektiv əməyin məhsulu olan bu dörd cild musiqi mədəniyyətimizin tarixinin öyrənilməsində böyük əhəmiyyətə daşıyır. Bu tədqiqatlar xalqın mədəniyyətinin ən geniş mənzərəsini əhatə edir. Bu böyük məsuliyyət tələb edir, kollektiv bu işin öhdəsindən layiqincə gəlib. Tədbirdə daha sonra professorlar Tariyel Məmmədov, Zemfira Qafarova, İmruz Əfəndiyeva, Həcər Babayeva, Zümrüd Dadaşzadə, Bakı Musiqi Kollecinin müəllimi Raya Abbasova və başqaları çıxış edərək kitab barədə öz fikirlərini bölüşüb, nəşrin elmipraktiki əhəmiyyətindən bəhs ediblər.

Sonra tədbir bədii hissə ilə davam edib.

Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi Sevda Hüseynovanın aparıcılığı ilə keçirilən bədii hissədə Aqşin Əlizadənin "Bayatılar" - akapella xor silsiləsindən "Dağlarda", Nazim Əliverdibəyovun "Bayatı-Şiraz", Vasif Adıgözəlovun "Qərənfil" Tofiq Bakıxanovun "Azərbaycan" sonatası, Emin Sabitoğlunun "Nə danışdın, nə dindin", Elza İbrahimovanın "Mən sənin yanına qışda gəlirdim", Arif Məlikovun "Qızların rəqsi" və digər əsərlər ifa olunub.

Sonda kitabın elmi redaktoru, akademik Zemfira Səfərova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına, nəşr haqqında fikirlərini bölüşən hər kəsə təşəkkürünü bildirib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 21 sentyabr.- S.13.