Milli Musiqi Günündə konsertlər təşkil olunub

 

 

Sentyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Milli Musiqi Gününə həsr olunmuş "Xəlqilik, millilik, beynəlmiləllik" mövzusunda tədbir keçirilib.

Mərkəzin foyesində sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunan "Akademik Üzeyir Hacıbəylinin elmi fəaliyyətindən səhifələr" kitabı nümayiş edilib, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim musiqi alətləri ansamblının ifasında musiqi nömrələri səsləndirilib.

Mədəniyyət naziri Əbülfəs Qarayev yeni nəşr olunan kitabla tanış olub ansamblın ifasını dinləyib.

Sonra böyük bəstəkarın əsərlərindən ibarət musiqi nömrələri səslənib. Konsert proqramında Əməkdar artistlər Səbuhi İbayev, Bəyimxanım Vəliyeva, Nərgiz Kərimova Anar Şuşalı, xanəndələrdən Rəvanə Qurbanova Səbinə Ərəbli Üzeyir Hacıbəylinin "Leyli Məcnun", "Arşın mal alan" operalarından müxtəlif musiqi əsərlərini ifa ediblər. Solistləri tarzən Rövşən Qurbanovun rəhbərlik etdiyi "Buta" instrumental ansamblı müşayiət edib.

Həmin gün Milli Musiqi Günü dahi bəstəkar, professional musiqimizin banisi Üzeyir Hacıbəylinin doğum günü münasibətilə konsert proqramları da keçirilib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi Fəvvarələr meydanında konsert proqramı ilə çıxış edib.

Azərbaycan Mədəniyyət Nazirliyinın dəstəyi Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konsertdə 110 yaşlı qocaman mədəniyyət ocağının böyük kollektivi - balet, xor truppası, orkestr aktyor heyəti şəhər sakinlərinin zövqünü oxşayan musiqi nömrələri təqdim edilib.

Bayram əhval-ruhiyyəsində təşkil olunan tədbirdə dahi Üzeyir Hacıbəylinin ölməz əsərləri, eləcə dünya klassiklərinin, müasir bəstəkarların musiqiləri səsləndirilib, teatrın repertuarında xüsusi yer tutan tamaşalardan parçalar nümayiş olunub.

Qız Qalasının önündə təşkil olunan konsert isə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Mədəniyyət" kanalının birgə layihəsi əsasında reallaşıb.

Konsertdə Üzeyir Hacıbəylinin digər tanınmış bəstəkarların əsərləri Azərbaycan Televiziyası Radiosunun solistləri, eyni zamanda, başqa sevilən müğənni musiqiçilər tərəfindən ifa olunub.

Milli Musiqi Günü Ağcabədidə təntənəli şəkildə qeyd olunub. Mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, böyük bəstəkarın musiqisinin pərəstişkarları Üzeyir Hacıbəylinin Qarabağ Muğam Mərkəzinin həyətindəki büstünü ziyarət edib, önünə çiçək dəstələri düzüblər.

Sonra Qarabağ Muğam Mərkəzində dahi bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Milli Musiqi Günü münasibətilə Ağcabədi Şəhər Uşaq İncəsənət Məktəbində tədbir keçirilib. İştirakçılar Ü.Hacıbəylinin İncəsənət məktəbinin qarşısında yerləşən abidəsi önünə tər çiçəklər düzərək dahi bəstəkarın xatirəsini yad ediblər.

Tədbirdə çıxış edənlər Ü.Hacıbəylinin milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi xəzinəsinə verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, mədəniyyət tariximizdə xüsusi yeri olan dahi bəstəkar, həm musiqişünas alim, publisist, dramaturq, pedaqoq ictimai xadim idi.

Bayram tədbirində dahi bəstəkarın "Arşın mal alan" operettasından "O olmasın, bu olsun" musiqili komediyasından səhnələr göstərilib, mahnı romanslar ifa olunub. Konsert proqramı tamaşaçılarda xoş ovqat yaradıb.

Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində "Üzeyir Hacıbəyli günləri" sentyabrın sonunadək davam edəcək.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 21 sentyabr.- S.13.