Görkəmli şəxsiyyət, dəyərli alim  

 

 

İnsan ömrünün hər dövrünün öz şirinliyi, öz gözəlliyi özəlliyi var. Yetər ki, ömrün hər kəsimini elə yaşayasan ki, hər anın şirin bir xatirəyə çevrilə bilsin, aradan illər keçəndən sonra dönüb arxaya baxanda peşman olmayasan.

 

Bununla belə, mənə elə gəlir ki, gəncliklə qocalığın arasında bir növ keçid mərhələsi olan 60 yaş ömrün ən yaxşı dövrüdür. Bunu ona görə demirəm ki, özüm artıq ömrün bu mərhələsini arxada qoymuş, 60-ın şirinliyini yaşamışam. Ona görə deyirəm ki, 60 yaş ömrün elə bir məqamıdır ki, insan arxada qoyduğu onilliklər barədə cəmiyyətə, yaxın ətrafına ən azından özü özünə hesabat verir, qarşıda görəcəyi işləri götür-qoy edir. Yəni bu yaş hələ əli işdən soyutmaq vaxtı deyil, əksinə, hər şeyə daha kamil, daha müdrik yanaşma vaxtıdır.

Bugünlərdə Millət vəkili, akademik, Azərbaycan filoloji elminin sütunlarından biri, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, əməlində sözündə bütöv olan şəxsiyyət, böyük alim, ən başlıcası isə həmişə göründüyü kimi olub, olduğu kimi görünən səmimi insan Nizami Cəfərovun 60 yaşı tamam olur. Nizami müəllimlə həmyaşıd olsaq da, o, həmişə mənim gözümdə ağsaqqal ucalığında, müdriklər mərtəbəsində olub bu gün mənə elə gəlir ki, 60 rəqəmi sadəcə təqvim hesabıdır onun yaşı daha çoxdur - xalqımızın əxlaqının, mənəviyyatının mədəniyyətinin yaşı qədərdir. Eyni zamanda, o, həm gəncdir - tükənməz enerjisi, coşqun əhval-ruhiyyəsi gəncliyə xas yaradıcılıq əzmi ilə.

Nizami Cəfərovdan söz düşəndə, ölkəmizdə onun hüdudlarından kənarda böyük hörmət nüfuz sahibi olmasının səbəbləri haqda düşünəndə  alman filosofu Şopenhauerin bu sözlərini xatırlayıram: "Böyük zəkalar bəşəriyyətə verməlidirlərsə, onlar onu artıq gənclikdən toplamağa başlayırlar".

Bəli, Nizami Cəfərov istər elm aləmində, istərsə cəmiyyətdə ilk gündən kimsəni yamsılamayıb, tapdanmış yolla getməyib, həmişə hər yerdə özü olub, öz sözünü deməyi bacarıb, özü cəsarətlə deyib: vətəndaş kimi , ziyalı kimi , alim kimi , Millət vəkili kimi .

Nizami Cəfərov sözün əsl mənasında şəxsiyyət alimdir, ictimai xadimdir. Şəxsiyyət kimi bütövdür, alim kimi zəngin dərin biliyə malikdir, ictimai xadim kimi cəmiyyətdə özünəməxsus çəkisi yeri var.

Onunla söhbətdən, daha doğrusu, onu dinləməkdən adam doymur. O qədər şirin məntiqli, tutarlı dəlillərlə danışır ki, saatlarla dinləmək istəyirsən. Sanki Həzrəti Əli "gözəl aydın danışanlar sehr kimi əsrarəngizdir" deyəndə məhz Nizami müəllim kimi şəxsiyyət-alimləri nəzərdə tutubmuş.

Hərtərəfli dərin biliyə zəngin həyat təcrübəsinə malikdir Nizami müəllim. Bir neçə il bundan əvvəl "Ozan dünyası" jurnalı üçün müsahibə götürəndə mən onun həm aşıq sənətini bütün incəliklərinə qədər dərindən bilməsinin şahidi oldum.

Azərbaycan poeziyasının qüdrətli söz ustadlarından olan Zəlimxan Yaqub haqqında danışanda deyir: "Zəlimxan Yaqub Azərbaycanın, ümumən türk dünyasının dünyaya bəxş etdiyi o böyük şairlərdəndir ki, onun yaradıcılığının cövhərində, mayasında ilahi istedadın enerjisi, Tanrıdan gələn güc, qüdrət var, əgər belə olmasaydı o, Zəlimxan Yaqub olmazdı!.." Akademikin bu sözlərini mən tam məsuliyyətlə onun özünə şamil edərək deyirəm ki, elə Nizami Cəfərov da mayasında ilahi istedadın enerjisi Tanrının verdiyi güc qüdrət sahibi olan böyük aydınımızdır.

Ömrünün altıncı onilliyinin tamamında Nizami müəllimi təbrik edir, uzun sağlıqlı ömür arzulayır fikrimi C.Ruminin sözləri ilə tamamlamaq istəyirəm: " qədər ki, sağlam qüvvətlisən işlə. İşindən qalma!"

 

Musa NƏBİOĞLU

Əməkdar mədəniyyət işçisi

 

525-ci qəzet.- 2019.- 21 sentyabr.- S.12.