"Əsrin müqaviləsi": müstəqilliyimizin
qarantı olan tarixi
layihə
20 sentyabr 1994-cü ildə gənc və yenicə müstəqillik
əldə etmiş ölkəmzin tarixində
mühüm əhəmiyyət
kəsb edən əlamətdar hadisə baş verdi.
Müstəqilliyin demək olar ki, üçüncü ildönümündə nəhəng
bir layihə "Əsrin müqaviləsi"
imzalandı. Həmin dövrü göz
önünə gətirəndə,
bu müqavilənin imzalanması, həyata vəsiqə alması indi də çoxlarına
əfsanə kimi görünür. Amma Ümummilli
lider Heydər Əliyev bu əfsanəni reallığa
çevirə bildi, dünyanın nəhəng
dövlətlərinin neft
şirkətlərini inandırmağı
bacardı. Ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli
fərmanı ilə
20 sentyabr həm də Azərbaycanda Neftçilərin günü
peşə bayramı
kimi qeyd edilir.
1994-cü
il sentyabrın
20-də "Əsrin müqaviləsi"nin
imzalanması təkcə
ölkəmizin iqtisadiyyatı
üçün mühüm
bir addım olmadı, həm də siyasi əhəmiyyətli hadisə
oldu. Çünki yuxarıda qeyd etdiyimiz kimi, 1994-cü ildə Azərbaycan cəmi üç il idi ki, dövlət müstəqilliyini əldə
etmişdir. Ölkəmizdə siyasi, iqtisadi,
sosial durum çox ağır idi, büdcədə heç
bir vəsait qalmamışdı. Üstəgəl, Ermənistanın başladığı
müharibə, ərazilərimizi
işğal etməsi
nəticəsində bir
milyona yaxın insanın qaçqın və məcburi köçkün vəziyyətinə
düşməsi durumu
daha da ağırlaşdırırdı.
1993-cü ildə xalqın istəyi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra
ölkənin ağır
durumdan qurtarması üçün böyük
işlərə başlanıldı.
1994-cü ilin may ayında
Ermənistanla atəşkəs
haqqında razılaşma
əldə olunur, təbii ki, cəbhədə silahların
susması digər sahələrdə islahatlara
başlanmasına imkan
yaradır. Heç şübhəsiz ki, bu addımlardan ən birincisi "Əsrin müqaviləsi"nin imzalanması idi. Bu, təkcə ölkənin
neft-qaz sənayesinin dirçəlməsinə, Azərbaycanın
gələcək rifahına
və çiçəklənməsinə
başlanğıc olmadı,
həm də dünyanın aparıcı
dövlətlərinin yenicə
müstəqillik qazanmış
bir ölkəyə inamının, etimadının
nəticəsi idi.
Bu inamı, etimadı
yaradan isə Heydər Əliyev oldu.
Ulu öndər
müharibə şəraitində
olan bir ölkəyə böyük
şirkətləri investisiya
qoymağa inandırdı. Ümummilli
lider Heydər Əliyevin böyük səyləri nəticəsində
"Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın güclü
iqtisadi potensialının
formalaşdırılmasında müstəsna rol oynadı, regionun və Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsinə
böyük töhfə
verdi. Qərbin neft şirkətləri
ilə bağlanmış
neft sazişi yenicə müstəqillik
qazanmış Azərbaycanın
yeni tarixinin şanlı səhifəsini
açdı.
Ulu öndər Heydər Əliyev tərəfindən
əsası qoyulmuş
və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında
uğurla davam etdirilən neft strategiyası ölkəmizi
lider dövlətlər
səviyyəsinə yüksəldib. Azərbaycanın
neft ehtiyatlarının
dünya bazarına çıxarılması ilə
bağlı məsələlər
həll edildikdən və 2006-cı ildə Bakı Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildikdən
sonra Azərbaycan
qazının Avropa qitəsinə nəqli ciddi müzakirə mövzusuna çevrilmişdir.
Bu layihələr sayəsində
Azərbaycanın regionda
və Avropada əhəmiyyəti artıb. Azərbaycan Avropanın
və dünyanın enerji təhlükəsizliyində
mühüm rol oynayan ciddi beynəlxalq
tərəfdaşdır. Neft müqavilələrindən əldə
edilən gəlir isə Azərbaycanın simasını büsbütün
dəyişib, yeni sosial və infrastruktur layihələr
həyata keçirilib.
Bu gün regionlarımız
öz inkişafı,
yaradılmış infrastrukturu
ilə paytaxt Bakıdan heç də geri qalmır.
Əldə edilmiş gəlir sosial layihələrə,
elm, təhsil, mədəniyyətin
inkişafına yönəldilmiş
qara qızıl "insan kapitalı" naminə istifadə edilib.
Qeyd edək ki, dəyəri
7,4 milyard dollar olan
"Əsrin müqaviləsi"ndə
dünyanın 7 ölkəsini
(Azərbaycan, ABŞ, Böyük
Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil
edən 11 beynəlxalq
neft şirkəti
(Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil,
Statoil, Türkiyə Petrolları,
Pennzoil, Ramco, Delta) iştirak
edib. Onlar tezliklə işçi
strukturlar - Rəhbər
Komitə, Azərbaycan
Beynəlxalq Əməliyyat
Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar.
Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni
1994-cü il dekabrın 2-də Azərbaycan
Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də
Milli Məclis "Əsrin müqaviləsi"ni
ratifikasiya etdi.
İlkin
hesablamalara görə,
"Azəri", "Çıraq"
yataqlarının və
"Günəşli" yatağının dərinlikdə
yerləşən hissəsindən
çıxarıla bilən
neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni
qiymətləndirmələrə əsasən neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən
edilib.
"Əsrin müqaviləsi"ndən
sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanıb. Müqavilənin müddəalarını nəzərdə
tutulan müddətdə
icra etmək və artan neft
hasilatını beynəlxalq
bazarlara daşımaq
üçün yeni neft kəmərləri tikilib istifadəyə verildi.
Belə ki, 1997-ci ilin sonlarında neft Bakı-Novorossiysk kəməri
ilə Qara dənizə ixrac edilməyə başlayıb,
1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib
istifadəyə verilib. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk
tanker dünya bazarlarına
çıxarılıb.
2002-ci ildə Ümummilli
lider Heydər Əliyevin davamlı səyləri nəticəsində
"Əsrin müqaviləsi"ndə
nəzərdə tutulan,
lakin çoxlarının
əfsanə və ya kağız üzərində kəmər
hesab etdiyi əsas neft kəməri Bakı-Tbilisi-Ceyhanın təməli qoyuldu. Bununla da, Ümummilli
lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissələrindən olan
Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa
çevrilməsinə başlanıldı.
Qlobal əhəmiyyət kəsb
edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi
istiqamətində mühüm
addım idi.
2005-ci il mayın 25-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi
keçirilib, 2006-cı ildə
Türkiyənin Ceyhan
limanından Azərbaycan
neftinin nəqlinə başlanılıb.
2017-ci ilə qədər Azərbaycanın dənizdəki
neft ehtiyatlarının
işlənilməsinə təxminən
33 milyard dollar investisiya
qoyulub və "Azəri-Çıraq-Günəşli"dən
3,2 milyard barrel neft hasil edilib. Həmçinin, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan ümumilikdə 30 milyard kubmetr səmt qazı hasil edilərək Azərbaycan
hökumətinə verilib.
"Əsrin müqaviləsi"
həm də yeni transmilli enerji layihələrinin həyata keçirilməsində
mühüm rola malikdir. Ümummilli lider Heydər
Əliyevin neft strategiyasını uğirla
davam etdirən Prezidenti İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində,
Azərbaycanın liderliyi
ilə həyata keçirilən yeni layihələr ölkəmizin
iqtisadi qüdrətinin
və dünya arenasında siyasi çəkisinin yüksəlməsini
təmin etdi.
2017-ci il sentyabrında "Əsrin müqaviləsi"nin
müddəti 2050-ci ilə
qədər uzaldıldı.
Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılacaq və beynəlxalq tərəfdaş
şirkətlər Azərbaycan
Dövlət Neft Fonduna 3.6 $ milyard bonus ödəyəcəklər. Növbəti
32 il müddətində
AÇG-yə 40 $ milyarddan
artıq sərmayə
qoyulması potensialı
var.
Saziş
imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən
3,6 milyard dollar həcmində bonus ödəniləcək.
"Azəri-Çıraq-Günəşli"
neft yataqları blokunun 2050-ci ilə qədər işlənməsini
nəzərdə tutan
yeni saziş 21-ci əsrin kontraktı adlandırılıb. Yeni müqavilə
ölkəmizin və
şirkətimizin 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı,
xarici tərəfdaş
şirkətlərin Azərbaycan
iqtisadiyyatına olan inamını da göstərir.
Prezident
İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti ilə daha bir mühüm
layihənin - "Cənub
Qaz Dəhlizi"nin həyata keçirilməsini təmin
edib. "Cənub Qaz Dəhlizi" qarşıdan gələn
yüz il ərzində Azərbaycan
xalqına xidmət edərək milli iqtisadiyyatın inkişafında
mühüm faktor olacaq, Azərbaycanın regionda və Avropada əhəmiyyətinin
artmasını, ölkəmizlə
Qərb arasında münasibətlərin daha
yüksək pilləyə
qalxmasını şərtləndirəcək. Azərbaycanın
təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql
edən və tranzit ölkə kimi əhəmiyyəti artacaq,
Avropanın enerji
təchizatının şaxələndirilməsində
ciddi faktora çevriləcək, region ölkələrinin
öz enerji resurslarını dünya
bazarına çıxarmaq
üçün yeni mənbə rolunu oynayacaq.
Nəhayət, Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin
təmin edilməsində
mühüm əhəmiyyətə
malik dövlət statusunu qazanaraq, regionda təhlükəsizliyin
və sabitliyin təmin olunmasına ciddi təsir göstərəcək.
Beləliklə, "Əsrin müqaviləsi"
Azərbaycanın müstəqil
dövlət kimi öz sərvətlərinə
sahib çıxmaq, etibarlı
bir tərəfdaş
olduğunu təsdiqləyən
tarixi sənəddir. Bu gün artıq ölkəmizin etibarlı
tərəfdaşlarının sayı da artıb.
ABŞ, Avropa İttifaqı ölkəmizi
özünün strateji
tərfdaşı hesab
edir, təkcə enerji deyil, digər
sahələrdə də
güclü əməkdaşlıq
qurulub.
PƏRVANƏ
525-ci qəzet.- 2019.- 21 sentyabr.- S.6.