Elmi zirvəyə gedən yolun başlanğıcı  

 

 

 

Hər kəsin həyatında elə bir hadisə, elə bir fakt olur ki, bu hadisə, bu fakt o kəsin həyat kredosuna çevrilir unudulmaz bir ömür yaşayır.

 

Mənim həyatımın ən unudulmaz anı Tələbə Qəbulu üzrə Dövlət İmtahan Mərkəzinin saytında tələbələr sırasında öz adımı gördüyüm anla bağlıdır. Əslində, ona görə yox ki, mən tələbə adını qazanmışdım. Ən çox ona görə ki, mən hələ orta məktəbin lap beşinci sinfindən arzusunda olduğum Bakı Dövlət Universitetinə, bu Universitetin Jurnalistika fakültəsinə qəbul olmuşdum. Orta məktəbdə ədəbiyyat müəllimimiz Ruhanə xanım mənim cızma-qaralarıma baxdıqca, "səndən yaxşı yazıçı, jurnalist olar" deyirdi mən hələ jurnalistika ixtisasını seçəcəyimi heç kimə demirdim. Tale elə gətirdi ki, mənim heç kimə açmadığım bu arzum çin oldu.

Fakültənin elə ilk dərslərindən hiss elədim ki, tələbələrin qayğısı ilə yaşayan müəllimlərin yanındayıq. Azərbaycanla bir hörməti olan Şirməmməd Hüseynov, İctimai Teleradio Yayım Şurasının sədri, professor Cahangir Məmmədli, kitablarını tələbələrinə hədiyyə edən professor Akif Rüstəmli, ilk gündən bizə praktik jurnalistikanın sirlərindən danışan dosent Mahmud Mahmudov, öz biliyi səmimiyyətilə hər kəsin sevimlisi olan professor Nəsir Əhmədli, bizə ədəbiyyatı jurnalistikanı sinxron öyrədən professor Alxan Bayramoğlu... gizlədək, ali məktəb müəllimləri icərisində tələbədən umanları da az deyil. Amma bütövlükdə BDU xüsusilə Jurnalistika fakültəsində biz belə "müəllim" görmədik.         

Dörd il keçdi bu dörd ildə qrupumuzdakı tələbələrin yaradıcılıq imkanlarını harada gerçəkləşdirəcəkləri məlum oldu: kimisi qəzetə, kimisi teleradioya, kimisi əlinə düşən işə getdi. Mənim elmi istiqamət həvəsimi bilən müəllimlərim məni magistraturaya yönəltdilər 2017-ci ildə yenidən Universitetə qovuşdum. Daha iki il Universitet həyatı. Magistratura əsl elmi məktəbdir mən bu elmi məktəbi insanın özünüqurma prosesində ən ciddi zaman kəsiyi adlandırardım.      

Sənədlərimi magistraturaya verdim qəbul oldum. Universitetin Magistratura doktorantura şöbəsində ilk dəfə Afət xanım Məmmədova ilə qarşılaşdım. Sanki mənim elmə həvəsimi yoxlayırmış kimi bir neçə sual verdi. Mən o sualları cavablandırdım Afət xanımın o anlarda necə məsuliyyətli qayğılı bir insan olduğunu, Universitetin təəssübünü, tələbənin elmə marağının təəssübünü çəkdiyini gördüm. Elə bu qayğıkeş xanımla görüş məndə magistraturaya dərin bir həvəs yaratdı mən növbəti iki tədris ilini BDU-da keçirdim.                                 

Mən bu yazımı hazırlayarkən Universitetin müxtəlif fakültələrinin bəzi magistrantları ilə söhbət etdim. Onların içərisində mənim iki illik magistratura təhsili dövründə şəxsi tanışlarım da çoxdur. Tanıdığım söhbət etdiyim magistrantların hamısı bu fikirdədir ki, Magistratura doktorontura şöbəsinin müdiri Afət xanımın magistrantlara məsuliyyətli münasibəti, yaxşı mənada tələbkarlığı onlarda elmə, tədqiqatçılığa həvəsi qat-qat artırmaqdadır.

Bu doğma Universitetin rəhbərliyinə  bələd olduqca hər kəsin tələbəyə, magistranta qayğısını hiss etmək çətin deyil. Bakı Dövlət Universitetinin Elm İnformasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadəni hər kəs böyük alim, təvazökar insan, qayğıkeş bir rəhbər işçi kimi tanıyır. Müəllimlərimdən biri Aydın Kazımzadə haqqında maraqlı bir yazısında bu insanı "elmi istedadı yüksək mədəniyyəti özündə birləşdirən alim" kimi səciyyələndirib. Mən magistraturadakı iki illik təhsil müddətində belə nümunələri çox gördüm.

Magistrant tələbələrin hər biri seçdiyi kafedrada təhsil alır. Mən Jurnalistikanın nəzəriyyəsi təcrübəsi kafedrasını seçmişdim. Burada kafedranın müdiri, professor Cahangir Məmmədlini, professor Alxan Bayramoğlunu, digər müəllimlərin biz magistrantlara - mənə, Xəyalə Bünyadovaya, Aynurə Vəliyevaya necə qayğı ilə, eyni zamanda, necə tələbkarlıqla yanaşdıqlarını heç unutmaq olmaz. Burada bir qrupda təhsil aldığımız üç magistrantın hər biri dissertasiya  mövzusu kimi milli mətbuatımızın azərbaycançılıq, dövlətçilik, milli maraqlar, milli-mənəvi dəyərlər sisteminə münasibəti ilə bağlı tədqiqatlar apardı. Dissertasiyalarımızın müdafiəsi zamanı komissiyanın sədri, Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi, AZƏRTAC-ın direktoru Aslan Aslanov bizim tədqiqatçılıq müdafiə qabiliyyətimizdən çox razı qaldı. Komissiya bizim araşdırmamızı yüksək qiymətləndirdi. Belə məsləhət oldu ki, biz dövlətçilik milli maraqlara xidmət edən bu araşdırmaları kitab formatında nəşr etdirək. Bunu elmi rəhbərim Cahangir müəllim məsləhət görmüşdü mən belə bir kitabı dərhal hazırlayıb nəşr etdirdim. Fakültəmizin Televiziya Radio Jurnalistikası, Mətbuat tarixi, Beynəlxalq Jurnalistika kimi daha üç kafedrasında yüksək səviyyəli magistr dissertasiyaları yerinə yetirildi. İndi onların bir çoxu kitab formatında tələbələrin köməyinə çatır.

Bakı Dövlət Universiteti həmişə elm tədris prosesini paralel aparmaqda məktəb rolu oynamışdır. Bu Universitet özünün 100 illik tarixində təkcə Azərbaycan elmi mühitində deyil, dünya arenasında tanınan neçə-neçə elm xadimi yetişdirib. Universitetin tarixinə nəzər salmaqla görürük ki, burada akademiklər - Xudu Məmmədov, Arif Babayev, Vasif Məmmədəliyev, Abel Məhərrəmov, Vasif Babazadə, Aydın Kazımzadə b. dünya şöhrətli elm adamları yetişib. Belə bir məktəb yaratmış Bakı Dövlət Universitetində elmə maraq təbii olaraq insanın özündə formalaşır.

Elmin öz poeziyası, öz estetikası var. Azərbaycan dövləti ölkəmizdə elmin inkişafına həmişə xüsusi diqqət yetirir. BDU-nun bugünkü rəhbərliyi, başda rektor Elçin Babayev olmaqla elmi istiqamətə xüsusi dəstək verir. Azərbaycanın elmi potensialına, Universitet kollektivinin elmə yanaşma fəaliyyətindəki yüksək imkanlarına yaxşı bələd olan yeni rektor bu müəssisədə elmin inkişafını mühüm şərtlərdən hesab edir. Bu fikir, bu ideya gənclərin elmə həvəsini gücləndirir. Xüsusilə magistratura təhsilini bitirmiş gənc qüvvələr bu ideyadan bəhrələnməkdədir. Bu gün Universitetdə çox səviyyəli bir demokratik ab-hava yaranıb. Rektorun fəaliyyəti islahatları ilə yaranan bu ovqat bizi Universitetin elmi mühitinə çağırır. Mən bu yazını hazırlayarkən rektor Elçin Babayevin Universitetin I kurs tələbələri ilə görüşlərində oldum. Elçin müəllim xüsusilə Jurnalistika fakültəsinin tələbələrini Vətənə xidmət işində yaxşı oxumağa, peşəkar olmağa, elmi biliklərə yiyələnməyə çağırdı bununla bağlı hər kəsə rəhbərliyin kömək edəcəyini qeyd etdi. Mənim hələ orta məktəbdən sevib-seçdiyim Jurnalistika fakültəsi bu gün güclü bir demokratik ovqat yaşayır. Fakültənin  dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev elmə bacarığı olan gənc qüvvələrə xüsusi həssaslıqla yanaşır. Onun özünün elmi-pedaqoji istedadı bizi elmə, tədrisə həvəsləndirir. Vüqar müəllim jurnalistikanın beynəlxalq yaradıcılıq prinsiplərinə dair bir sıra elmi-pedaqoji əsərin müəllifidir. O, özünün elmi biliyini ölkə mediasının müxtəlif sahələrində praktikaya tədbiqi ilə bağlı çıxışlar edir, beynəlxalq miqyaslı konfranslarda məruzələr söyləyir. Buradan məlum olur ki, rəhbər kadr özü elmli bacarıqlı olanda, kollektiv bu istiqaməti uğurla davam etdirir.

Budur, Universitetimizin, milli dəyərlərimizin zirvəsində dayanan, Ulu Öndərimiz Heydər Əliyevin sözləri ilə desək, "Azərbaycan xalqının milli sərvəti" olan Bakı Dövlət Universitetinin yüz illik yubleyinin beş addımlığındayıq. Milli qürur mənbəyimiz olan bu Universitetin döyünən ürəyi elm və yüksək səviyyəli tədrisin birgəliyindəndir. Bakı Dövlət Universiteti Azərbaycan elmini zirvəyə aparan müqəddəs bir məbəddir. Elmə aparan yolun start nöqtəsi isə magistraturadan başlayır. Elmin və tədrisin birgəliyini təmin edən start nöqtəsi. Bu birgəlik Universitetimizi xalqa sevdirən, onu dünya arenasına çıxaran müqəddəs bir fakt kimi qiymətlidir.

 

Günel BAYATLI

 

525-ci qəzet.- 2019.- 25 sentyabr.- S.18.