Qar imperatorluğu
Torpaq özünü təmizləməyə başlayır.
Yavaş-yavaş qar yağır.
İsveçrədə Şimaldan Cənuba
Qar yağır,
səssizlik və tənhalıq
səhradakı tənhalıq qumu kimi böyüyür.
Qar bürclər arasında gəlir
dostlara, ata-anaya,
ümidsiz
qar yağır zibil dağlarına,
insanların cinayətlərini
örtmək üçün
qanla kirlənmiş küçələrə.
Qar yağanda
Adamlar kütləvi
ölməkdən qorxurlar.
Amma sən bilirsən, bu həyatda
itiriləcək heç
nə yoxdur artıq.
Sən ağappaq yolu seçirsən
və qar krallığında macəra
axtarırsan.
Soyuğun
qılınc kimi kəsdiyi yerə qədər
gedir yol
və qardan o tərəfə yenə qar görünür,
və buzdan o tərəfə yenə buz.
Quzuya Bənzər
Burnu anasının məməsinə
yapışmış
Quzu kimi olmaq istərdim.
Sadəcə mənim bildiyim
otlaqlarda
tükləri çıxmış
sadəcə mən.
İncə yun ipdə vıyıldayan küləyə
qoşularaq,
ola bilmədiyim hər şeyi qucaqlayıram.
Səni
həmişə gözümdə
gördüm,
məni yedizdirən əllərin
boğazımı üzmək
istəyini anlamadım.
Heç
kimə
göz yaşı dolu yastığımı
göstərməyəcəm.
Dostum deyir ki, döz,
Sonra dünyada
tayın-bərabərin olmayacaq!
Sənin
bədənin dəyişə
bilmədiyi hər şeyi
gəmi kimi daşıyacaq.
Quzucan, gözlərindən öpürəm,
sənin ətini
bal kimi yeyərkən
ağladım.
Sənin
dərin mənim üçün soyuğa
dözür,
sümüklərini isə
anamın bütün
yeməli quzuların
adını öyrətdiyi
evdə qoydum:
Bir-iki -
bizimki
Üç-dörd - qapını ört
Beş-altı - daşaltı
Yeddi-səkkiz - firəngiz
Doqquz-on
- qırmızı don.
Radu
Qriqor
İon.
Qabriela Melınesku
Jalə İsmayıl rumuncadan tərcümə
edib
525-ci qəzet.- 2019.- 25 sentyabr.-
S.23.