Avtoportret
Mən başqa bir şey deyil,
sadəcə danışan
qan damlasıyam...
Atlar
Birinci dünya müharibəsi yoxdur
atların.
Atları
Atlardan xilas etmək üçün
Atlara qarşı
dəqiq və bir anda
atların düşündüyü
atların düz-qoş
elədiyi
Xirosiması da yoxdur
atların.
Yoxdur, yoxdur.
Cəhənnəm olsun hamısı
bu atların!
Şeir
Şeir ağlayan gözdür.
O, ağlayan çiyindir,
ağlayan çiynin
gözüdür.
O, ağlayan əldir,
ağlayan əlin
gözüdür.
O, ağlayan dabandır
ağlayan dabanın
gözüdür.
Ah dostlar,
şeir göz yaşı deyil,
o, ağlamağın özüdür,
görünməyən gözün
ağlamasıdır,
gözəl olmalı
olan gözün
göz yaşıdır,
göz yaşıdır
xoşbəxt olmalı
olan gözün.
Açar
Ulduzlardan
düşdü başıma
zəncirli açar,
beynimdə ağrı
və səs bir-birinə qarışdı.
Tanrı,
qollarında qaldırmasan,
qıfılına düşə
bilmədiyim
o nəhəng qapı üçün
bədənim dəmir
açara çevrilir.
Yalvarıram, böyüklüyün qədər,
yalvarıram, laqeydliyin
qədər,
məni çevirib, parçalayıb
o qapını bir dəfə aç!
Yalvarıram, heç olmasa,
bircə dəfə!
Jalə İsmayıl rumuncadan tərcümə
edib
Nikita Stanesku
525-ci qəzet.- 2019.- 25 sentyabr.-
S.23.