AMEA Naxçıvan
Bölməsində Ərtoğrol Cavidin
100 illik yubileyi qeyd olundu
AMEA Naxçıvan Bölməsində
“Azərbaycanın qeyri-maddi
mədəniyyət abidələri
və Ərtoğrol Cavid” mövzusunda elmi konfrans keçirilib.
Tədbir
Naxçıvan Bölməsi,
Naxçıvan Muxtar
Respublikası Bəstəkarlar
Təşkilatı, Naxçıvan
Dövlət Universiteti,
Naxçıvan Universiteti
və Naxçıvan
Müəllimlər İnstitutunun
birgə təşkilatçılığı
ilə baş tutub.
Konfransı bölmənin sədri,
akademik İsmayıl Hacıyev açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclis
sədri Vasif Talıbovun 18 aprel 2019-cu il tarixli “Ərtoğrol
Cavidin 100 illik yubileyinin keçirilməsi
haqqında” imzaladığı
Sərəncamı xatırladıb,
bu istiqamətdə həyata keçirilən
tədbirləri diqqətə
çatdırıb.
Daha sonra İsmayıl Hacıyev Hüseyn Cavid nəslinin layiqli davamçısı Ərtoğrol
Cavidin həyat yolundan, onun zəngin və parlaq yaradıcılıq
fəaliyyətindən danışıb. Ərtoğrol
Cavidin rəssam, bəstəkar, musiqişünas,
tədqiqatçı, dramaturq,
tərcüməçi, şairlik
fəaliyyətindən söz
açan alim bildirilib ki, Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirən Ərtoğrol həmçinin
Azərbaycan Dövlət
Konservatoriyasında oxuyub,
görkəmli bəstəkar
Üzeyir Hacıbəyovun
tələbəsi olub.
Vurğulanıb ki, Ərtoğrol
Cavid 200-dən çox
unudulmaqda olan el nəğmələrini, folkloru,
xalq musiqisi və rəqslərini toplayıb nota köçürüb.
Tədbirdə ümummilli lider Heydər Əliyevin Cavidlər ailəsinə göstərdiyi qayğıdan
da ətraflı bəhs edilib. Akademik ölkə
rəhbərliyi tərəfindən
Cavidlər irsinə göstərilən diqqət
və qayğının
bütövlükdə Azərbaycan
ədəbiyyatına verilən
dəyər olduğunu
bildirib. Vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncam
da Cavidlər ailəsinə göstərilən
dövlət qayğısının
davamı və bariz nümunəsidir.
Konfransda, həmçinin Bölmənin İncəsənət,
Dil və Ədəbiyyat İnstitutunun
direktoru, AMEA-nın müxbir
üzvü Əbülfəz Quliyev “Ərtoğrol Cavidin
həyatı və yaradıcılığı”,
Naxçıvan Dövlət Universitetinin
professoru, filologiya
üzrə elmlər doktoru Hüseyn Həşimli “Ərtoğrol Cavidin bədii yaradıcılığı”,
Naxçıvan Muxtar
Respublikası Bəstəkarlar Təşkilatının sədri
Yaşar Xəlilov “Ərtoğrol Cavidin bəstəkarlıq fəaliyyəti”,
“Naxçıvan” Universitetinin “Pedaqoji” fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva
“Ərtoğrol Cavid: yarımçıq
qalmış ömrün notları”,
Naxçıvan Müəllimlər İnstitutunun
dosenti, filologiya
üzrə fəlsəfə doktoru “100 ilin zirvəsindən görünən
Ərtoğrol Cavid” mövzusunda
məruzələrlə çıxış ediblər.
525-ci qəzet.- 2019.- 25 sentyabr.- S.15.