Vətənə məhəbbət, yaddaşa sədaqət

 

Hafiz Hacxalılın "Xatirən var" kitabı haqqında

 

 

Vətənpərvərlik Vətənə məhəbbətdir, ona sədaqətdir, onun maraqlarına xidmət etmək, öz xalqı, mədəniyyəti, məişəti əxlaqı ilə qırılmaz rabitəni duymaqdır.

 

Vətənpərvərlik ideyası mahiyyəti etibarilə xalqın milli özünüdərkini təşkil edən, təməl ideyadır. Bunun üzərində insana cəmiyyətə verilən mənanın milli mənsubiyyəti, ölçüləri, kriteriyaları miqyası müəyyənləşir. Bədii yaradıcılıqda vətənpərvərlik ideyası öz ifadəsini söz sənət adamlarının yazılarında müxtəlif şəkildə tapır.

Qəlbi daim Vətən üçün döyünən, onun dərdinə yanan, hər mürəkkəbində böyük Azərbaycan sevgisi yaşayan qələm sahiblərindən biri Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Publisistika bölməsinin rəisi, polis mayoru Hafiz Təmirovdur (Hacxalıl). O, dərin məzmunlu, oxunaqlı milli mündəricəli şeirləri, məqalələri ilə vətəndaş qeyrətli qələm adamıdır.

Bu günlərdə yeni çap olunmuş, içərisində şeirlər publisistik məqalələrin yer aldığı Hafiz Hacxalılın "Xatirən var" kitabı onun Azərbaycan, Vətən sevgisinin bir göstəricisidir. Kitabda məhəbbət ("İlahi, idi o qızın adı?", "İncitmə ürəyini",  "Gözlərimə baxan bilər sevmişəm..."), vətən həsrəti ("Mixəyi" havası üstə...", "Vətəndi", "Bir dostuma kiçik bir cavabım..."), milli vətənpərvərlik ruhu ("Sərhədçi qardaşım, əmrə hazır ol!", "Çəkər"), kədər sıxıntı ("Getsəm bu şəhərdən, geri dönmərəm", "Sevmə məni, sevmə, nolar!", "Sağalmaz", "Uzaqlarda", " qadın", "Qalmışam", "Bir xanımın dilindən") mövzulu şeirlər şairin poetik düşüncə, xatirə süzgəcindən gələn bədii nümunələrdir.

Hafiz Hacxalılın milli ənənəvi şeir üslubunda yazdığı əsərlərdə ("Payız nəğməsi", "Dərdlərim", "İncitmə ürəyini" şeirlərində) hansı tematika olur-olsun, milli xalq ruhu, folklor motivləri, xalq deyimləri yer alıb.  Bu cür şeirlər hətta bəzən bayatı ölçüsü, qafiyə sistemini daha çox xatırladır:

Göyərər, toxum olmaz,

Yataram, yuxum olmaz,

Ölümdən qorxum olmaz,

Bal dili var, xoş ağzı.

Hafiz Hacxalılın bədii yaradıcılığı dərd-qəm yüklüdür. Əlbəttə, poeziya şair dərdinin ifadəsində bir estetik ideal axtarır. Hafiz Hacxalılın "Getsəm bu şəhərdən, geri dönmərəm", "Sevmə məni, sevmə, nolar!", "Sağalmaz", "Uzaqlarda", " qadın",  "Qalmışam", "Bir xanımın dilindən" adlı şeirlərində bu estetik idealı elə dərdin özündə görürük.

Şairin yaradıcılığına nəzər yetirdikdə bir daha şahidi oluruq ki, o, bir ədib olmaqla yanaşı, eyni zamanda, yaşadığı dövrdə baş vermiş ictimai hadisələrə, milli-mənəvi dəyərlərə biganə qalmır, əksinə, onlara nəzər yetirib dəyərləndirir. Hafiz Hacxalılın publisistik yazılarında ömrü boyu Vətənə xidmət etmiş, asayişin keşiyində ayıq-sayıq dayanan, polis adına andına sadiq şəxsiyyətlərin həyatı fəaliyyəti göz önündə canlanır. Bu gün haqq dünyasında olan polis veteranı Əhməd Şirinov, vətən uğrunda canını fəda etmiş, şəhid Hafiz Abdullayev, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev, Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə itkin düşmüş polis baş serjantı Əfruz Cəfərov barəsindəki məqalələrdə yer alan məlumatlar gələcək nəsillər üçün dəyərli mənbədir.

Hafiz Təmirovun (Hacxalıl) poeziyasında publisistikasında ən çox diqqəti cəlb edən detal yaddaşdır. Şairin yaddaşında İrəvanın, Göyçənin, Lori-Pəmbəyin, Dərələyəzin, Vedibasarın, Zəngibasarın, Ağbabanın, Xocalının, Qarabağın yanğısı səslənir. Bəzən keçmişə qayıdışda yazarı keçmişlə indinin xatirələri arasında müqayisələr müəllifi daha çox doğru nəticə çıxarmağa vadar edir. Bu nəticələr içərisində Vətən üçün gələcəyə nikbin ümidlər yer alıb: "Füzulidən-Horadizdən ayrılanda diqqətimi dəmir yolları çəkdi. Vaxt vardı ki, bu yollarda "Çıx qatar yoluna, məni qarşıla", - deyən minlərlə sevdalı ürək sahibi vardı. Bu gün isə o qatarlar var, o sevdalılar. Amma o qatarlar gələcək günün birində Horadizin içindən keçib Füzuliyə gedəcək. Füzulidən isə Zəngilana ordan da Naxçıvana".

Hafiz Hacxalılın bədii publisistik yaradıcılığına bələd olduqca onun daim həsrətində olduğu, doğma yurddan, gecə-gündüz yaddaşında silinməz izlər qoymuş, sevdiyi torpaqlardan ayrı qaldıqca onun sevgisi od tutub yanacaq, bu sevgi, bəlkə , gələcəkdə doğma yurduna qayıdış çağında vüsala qovuşacaq.

Qəlbi daim vətən, xalq üçün çırpınan, milli poetik ənənələrin layiqli davamçısı, özünəməxsus səmimi üslubu ilə fərqlənən Hafiz Hacxalılın "Xatirən var" kitabı öz ideyasına görə milli vətənpərvərlik ruhunun təbliğinə ehtiyac duyulan çağdaş cəmiyyətimiz üçün daim aktual əhəmiyyətlidir.

 

Aynurə PAŞAYEVA

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2019.- 25 sentyabr.- S.14.