"Kitabxanalar
mobil informasiya mərkəzi kimi"
Milli Kitabxanada Beynəlxalq
Elmi-Praktik konfrans keçirilib
Sentyabrın 27-də M.F.Axunzadə adına Azərbaycan Milli Kitabxanasında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində 14 ölkə təmsilçisinin
iştirakı ilə
"Kitabxanalar mobil informasiya mərkəzi kimi" beynəlxalq elmi-praktik konfransın açılışı olub.
AZƏRTAC xəbər verir ki, konfransda
Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxış
edərək ölkəmizdə
keçirilən VI Beynəlxalq
Kitab Sərgi -Yarmarkanın əhəmiyyətindən
danışıb. Qeyd edib
ki, beynəlxalq tədbir çərçivəsində
təşkil edilən
konfrans aktual əhəmiyyət kəsb
edir. Bu gün
dünyada oxucuların
əksəriyyətini gənclər
təşkil edir.
Onlar informasiya və bilikləri mobil vasitələrlə əldə
etməyə meyillidirlər.
Konfransın əsas məramı
da budur.
O bildirib ki, konfransa
14 ölkədən 26 kitabxana
işi üzrə mütəxəssislər qatılıb.
Bu müzakirələrdə
eyni zamanda yerli kitabxanaların əməkdaşları da
iştirak edəcək.
Konfransda çıxış edən
mədəniyyət naziri
Əbülfəs Qarayev
qonaqları salamlayaraq
diqqətə çatdırıb
ki, kitab təkcə mütaliə
deyil həm də təcrübə, elmi tərəqqi mənbəyidir. Daha sonra nazir
TÜRKSOY təşkilatının ədəbiyyat-kitab sahəsindəki
xidmətlərindən də
söz açıb.
Qeyd edib ki, təşkilat
türkdilli yazarların,
görkəmli ədəbiyyat
və sənət adamlarının kitablarının
nəşrində yaxından
iştirak edir, onların təbliğində
yorulmaz fəaliyyət
göstərir.
Konfransda
14 ölkənin iştirakçılarına
ünvanlanan nazir söyləyib ki, müxtəlif ölkələrdən
kitab işi ilə məşğul olan insanların bir araya gəlməsi
bunu sübut edir ki, kitab
sərhəd tanımır:
"Biz konfrans iştirakçlılarını
kitabları ictimaiyyətə
çatdırmağın, onlarda maraq oyatmağın
yolları düşündürməlidir.
Konfransın mövzusu da
bu baxımdan əhəmiyyətlidir. Kitabxanalar müasirləşməli
və yeniliklər axtarışında olmalıdırlar".
Daha sonra nazir VI Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkası çərçivəsində
Milli Kitabxana tərəfindən təşkil
ediləcək tədbirlərlə
bağlı fikirlərini
bölüşüb. Bildirib ki, Azərbaycan Milli Kitabxanasında 13 ölkənin səfirlərinin
və Milli Kitabxana rəhbərlərinin
iştirakı ilə
13 ölkəyə dair
daimi ədəbiyyat guşələrinin yer aldığı "Beynəlxalq
Əməkdaşlıq Zalı"nın
açılışı əlaqələrin daha da yaxınlaşmasına,
geniş informasiya mübadiləsinə imkan
yaradacaq. Xarici ölkələrin milli kitabxanalarında mühafizə olunan Nəsimi əlyazmalarının
surətlərinin (30 əlyazma)
sərgisi isə öz simvolik xarakteri ilə seçilir. Çünki, bu sərgi bəşəri
tarixlə bağlıdır.
650 il əvvəl
başlayan ədəbiyyat-kitab
mədəniyyəti və
XXI əsrdə kitabxamalarda
mobil informasiya mövzusunun müzakirəsi
bir daha göstərir ki, kitab və ədəbiyyat
ümumbəşəri dəyərdir.
Nazir konfransda
məqsədin kitabxanalarda
texnologiyaların, yeni
çağırışların qarşısına innovativ
yeniliklərlə çıxmaq
və bu məqsədlə dəvət
olunmuş iştirakçının
hər birinin öz təcrübəsini
bölüşəcəyinə ümidvar olduğunu bildirərək tədbirin
işinə uğurlar
arzulayıb.
AMEA-nın vitse-prezidenti,
akademik İsa Həbibbəyli konfransın
aktual mövzuya həsr edildiyini vurğulayıb. O, Azərbaycanda
kitabxanaçılıq işinin
qədim tarixi kökləri olduğunu
qonaqların diqqətinə
çatdırıb. Elm ocağı olan və bütün ədəbiyyatlar üzrə
ixtisaslaşmış Milli
Kitabxananı ölkənin
baş informasiya müəssisəsi adlandıran
akademik konfransın müasir dövrdə texnoloji yeniliklərin tətbiqinin kitabxana sistemində effektivliyinin mühüm amil olduğunu diqqətə çatdırıb. İsa Həbibbəyli
konfransın işinə
uğurlar arzuladı.
Akademik Nizami Cəfərov konfransı peşəkarlıq baxımından
dəyərli addım
kimi qiymətləndirdi. Bildirib ki, Azərbaycan ədəbiyyatı dünya
ilə həmişə
sıx tellərə malik olub: "Bizim klassik şair
və yazıçılarımız
bir neçə dildə ədəbi nümunələr yaradıblar.
O səbəbdən də
bu gün çoxsaylı iştirakçıların
Milli Kitabxanada toplanması təsadüfi
deyil. Çünki, kitablar insanları
birləşdirən dəyərdir.
Daha sonra Türkiyə Cümhuriyyəti Mədəniyyət
və Turizm Nazirliyi Kitabxanalar və Yayımlar Genel Müdiri, Türkiyə Milli Kitabxanasının direktoru
Hamdi Turşucu Azərbaycanda mütəmadi
olaraq təşkil edilən kitabla bağlı konfrans və tədbirlərdən
məmnunluğunu ifadə
edərək iştirakçılara
təcrübələrini bölüşərək
bu sahədə yeni nailiyyətlər arzulayıb.
Türkiyənin Azərbaycandakı səfiri
Erkan Özoral Mövlana Cəlaləddin
Ruminin nəfis tərtibatlı kitablarını
Türkiyə Milli Kitabxanası adından nazir Əbülfəs Qarayevə hədiyyə edib.
Konfrans öz
işini günün ikinci yarısında müzakirələrlə
davam etdirib.
525-ci qəzet.- 2019.- 28 sentyabr.- S.3.