VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası açıldı   

 

 

Sentyabrın 27-da Bakı İdman Sarayında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı oldu. Budəfəki sərgi-yarmarka böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr edilib.

Açılışda çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda keçirilən builki kitab sərgi-yarmarkasına böyük maraq olduğunu bildirdi. Son vaxtlar Azərbaycanda mütəmadi olaraq beynəlxalq tədbirlərin keçirilməsini yüksək qiymətləndirən nazir belə tədbirlərin beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını söylədi. Qeyd etdi ki, sərgi-yarmarka zamanı 3 gün boyunca 81 yerli 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri s. qurumlar öz nəşrlərini sərgiləyəcək kitablarının satışını həyata keçirəcəklər. Eyni zamanda, sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri s. tədbirlər təşkil olunacaq. Poliqrafiya müəssisələrinin öz məhsulları ilə təmsil olunmasını diqqətə çatdıran nazir üç gün davam edəcək sərgi çərçivəsində bir sıra kitab təqdimatlarının, "dəyirmi masa"ların, müzakirələrin aparılacağını bildirdi.

Nazir son illər yeni, latın qrafikalı nəşrlər hesabına kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli görüldüyünü diqqətə çatdırdı. Vurğuladı ki, bu işlər Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il 12 yanvar tarixli Sərəncamına dünya ədəbiyyatının Azərbaycan dilində çap edilməsi haqqında verdiyi müvafiq Sərəncama uyğun olaraq reallaşdırılır.

Azərbaycanda poliqrafiya sənətinin inkişafından söz açan Ə.Qarayev bildirdi ki, ölkəmiz hər il beynəlxalq kitab sərgi-yarmarkalarında təmsil olunur kitablarımız beynəlxalq sərgilərdə ən yüksək mükafatlara layiq görülür. Beynəlxalq kitab sərgilərinə təqdim olunan məhsullar arasında həm dövlət, həm özəl nəşriyyatların, həm Heydər Əliyev Fondunun nəşrləri yer alır. Heydər Əliyev Fondu tərəfindən bir sıra kitabların çap edilməsi xüsusi əhəmiyyət daşıyır.

Nazir kitab nəşriyyatı sahəsinin hər zaman dövlətin diqqət mərkəzində olduğunu vurğuladı. Bildirdi ki, əsas məqsəd kitab nəşri sahəsində ən müasir texnologiyaların ölkəmizə gətirilməsinə nail olmaq, kitabın təbliği yayılması, dərsliklərin, lüğətlərin, tərcümə elmi ədəbiyyatların işıq üzü görməsinə yönəlmiş qərar göstərişlərin vaxtında icrasını təmin etmək, gənc nəslin kitaba maraq sevgisini daha da artırmaq, Azərbaycan oxucusunu dünyanın aparıcı nəşriyyatlarının məhsulları ilə tanış etməkdir.

Sərgi ilə bağlı təəssüratlarını bölüşən Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik etdi. Bildirdi ki, Azərbaycanda belə sərgi-yarmarkaların keçirilməsi artıq bir ənənə halını alıb. Kitabın bəşəri dəyər olduğunu qeyd edən Ə.Əhmədov belə sərginin ölkəmizdə keçirilməsini yüksək qiymətləndirdi. Vurğuladı ki, Prezident İlham Əliyevin diqqət qayğısı sayəsində beynəlxalq kitab sərgiləri, eyni zamanda, digər beynəlxalq tədbirlər ölkəmizdə yüksək səviyyədə keçirilir.

Gələcəkdə bu yöndə daha da böyük işlər görüləcəyinə əminliyini ifadə edən Əli Əhmədov dedi ki, iştirakçılar builki yarmarkada da sərgilənən kitablar vasitəsilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, ədəbiyyatı bugünkü inkişaf səviyyəsi haqqında dolğun məlumat əldə edə biləcəklər.

Sonra qonaqlar sərgi ilə yaxından tanış oldular.

"Qanun", "Teas Press", "Təhsil", "Şərq-Qərb", "Adiloğlu", "Yazıçı", "Əli Nino", "Apostrof", "Letterpress" digər poliqrafiya müəssisələrinin son çap məhsullarının sərgiləndiyi yarmarkanın ilk günü maraqlı görüşləri, imza mərasimləri böyük insan marağı ilə yadda qaldı.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bu sərgi-yarmarkanı təkcə kitabın deyil, həm elmin, təhsilin bayramı kimi qymətləndirdi: "Bizim akademik heyət bu sərgi-yarmarkada yaxından iştirak edir. Bu gün gördük ki, doğrudan da, müstəqillik illərində Azərbaycanda kitab sahəsi çox inkişaf edib, qədər yeni nəşriyyatlar yaranıb, onların poliqrafik səviyyəsi yüksəldilib. Burada başqa ölkələrin nəşriyyatların nümayəndələri var. Hesab edirəm ki, Azərbaycan kitabının keçdiyi inkişaf yolunu onların vasitəsilə dünyaya təqdim etmək üçün bu bir əlverişli platformadır". 

Millət vəkili, Milli Mətbuat Şurasının sədri Əflatun Amaşov bu sərgi-yarmarkanın kitaba göstərilən yüksək qayğı olduğunu dedi: "Bu gün kitaba olan bu qədər böyük diqqət məni çox sevindirir. Çünki biz cəmiyyətimizin 10-15 il öncəsinə nəzər yetirdikdə, o vaxt belə bir mənzərəni təsəvvürümüzə belə gətirə bilməzdik. Bu kimi tədbirlər kitabın təbliğini daha da genişləndirir, insanları kitablara yaxınlaşdırır. Biz artıq elə bir zamanda yaşayırıq ki, insanlar məhsul deyil, bilik istehsal edəcəklər. Bunun üçün kitab lazımdır. Məhz elmdən istifadə etməklə biz qlobal dünyada xalqımızın yerini daha düzgün müəyyənləşdirə bilərik. Kitabsevərləri, xalqımızı kitab bayramı münasibətilə təbrik edirəm".

Türkiyə Səfirliyinin Mədəniyyət Tanıtma Müşaviri İrfan Çiftçi Azərbaycanda belə sərgilərin daha sıx, daha geniş çərçivədə keçirilməsini arzuladı: "Çünki həqiqətən Azərbaycanda bu gün bu sahədə böyük inkişaf var. Bunu cənab nazirə söylədim. Yazarlarla oxucuları görüşdürən tədbirlər daha çox keçirilməlidir. Biz Türkiyə olaraq da hər zaman bu işə dəstək verməyə hazırıq".

Böyük idman sarayında yan-yana iki stend vardı ki, orada sözün əsl mənasında izdiham nümayiş olunurdu. Artıq o qədər öyrəşmişik ki, stendin adları görünməsə qarşısındakı izdihamdan "Qanun" Nəşriyyatı" "Əli Nino" kitab mağazaları şəbəkəsi olduğunu bilirik.

"Əli və Nino"nun hər dəfə olduğu kimi, bu dəfə də ən çox maraq göstərilən stendlərdən olmasından şəbəkənin rəhbəri Nigar Köçərli də çox məmnundur: "Biz artıq bir aydır ki, bu yarmarkaya hazırlaşırıq. Məqsədimiz oxucularımıza münasib qiymətə kitab təqdim etməkdir. Bu gün biz 4 dildə (Azərbaycan, türk, rus, ingilis) min adda kitabla burada iştirak edirik. Çox yüksək endirimlərimiz var. Bəzi kitablar 90 faiz endirimdədir. Azərbaycan dilində 100 adda kitabı 2 manata təklif edirik. Hiss edirəm ki, bunlar oxucular tərəfindən də çox gözəl qarşılanır".

"Qanun" nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu haqlı olaraq bu münasibətlə onları təbrik etməyin doğru olacağını deyir: "Mən buna çox sevinirəm. Biz dünyanın ən aparıcı yazarlarını dilimizə tərcümə edirik. Yalnız son 9 ayda biz 300 adda kitab nəşr eləmişik. Hətta bu, nəşriyyatların bir ildə edə bilmədiyi saydır. Bu, Azərbaycan oxucusunun tələbidir. Hər dəfə belə yarmarkalar kitabın dairəsini daha da genişləndirir. Bu sərgi-yarmarkaya gələn, kitaba maraq göstərən hər kəsə təşəkkür edirəm. Təxminən 2 min adda kitabla iştirak edirik. Böyük endirimlərimiz var. Sərgi çərçivəsində yeni kitabların təqdimatlarını, imza günlərini keçirəcəyik". Ş.Xuduoğlu yarmarkanın vaxtının uzadılması, və daha geniş yer ayrılması ilə bağlı təkliflərini də səsləndirdi.

Sərginin ilk günü "Qanun"un stendində Vilayət Quliyev, Əli Əmirli, Rəşad Məcid, Səfər Alışarlı və digər müəlliflərin imza mərasimləri keçirildi.

Azərbaycanın Macarıstandakı səfiri, professor V.Quliyevin son zamanlar "Qanun"da çap olunan kitablarının imza mərasimində insanlardan birtəhər imkan tapıb müəllifə yaxınlaşdıq. Kitabımızı imzaladandan sonra onun da fikirlərini öyrəndik: "İnsanların kitaba bu marağı çox xoş təsir bağışladı. Düzü, bu qədər gözləmirdim. Mənə elə gəlirdi ki, insanlar kitabdan tamam uzaqlaşıblar. Həm də gələnlər sadəcə seyirçi deyil, kitab alanlardır. Macarıstanda hər zaman böyük kitab təntənəsinin yaşandığını, oradakı kitabxanalarda oxucu sıxlığının şahidi olmuşam. Bu mənada onlara qibtəylə baxmışam. İndi sevinirəm ki, həmin mənzərəylə öz vətənimdə qarşılaşıram".

V.Quliyevin imza mərasimindən dərhal sonra yazıçı, dramaturq Əli Əmirlinin "Ağdamda nəyim qaldı" kitabına növbə gəldi. Əli Əmirli dedi ki, burada ən çox gənclərin marağı xoşuna gəlib: "Elə-belə baxıb getmirlər, mütləq kitab alırlar. Kitaba maraq oyatmaq, nüfuzunu qaldırmaq üçün bu cür tədbirlərin önəmi çoxdur. Bu gün mən də burada müəllif kimi iştirak edirəm. "Qanun" nəşriyyatına və kitabın, mənim iştirakım olmadan, çapı ilə yaxından maraqlanan Rəşad Məcidə təşəkkürümü bildirirəm. Çox sevinirəm ki, oxucular kitablara böyük maraq göstərir, alırlar, oxuyurlar. Bu cür tədbirlərin tez-tez keçirilməsini arzulayıram".

"Hədəf Nəşrləri"nin təsisçisi Şəmil Sadiq bildirdi ki, onun müşahidəsinə görə, indi yarmarka ziyarətçilərinin sayı əvvəlki illərə nisbətən daha çoxdur: "Hətta izdiham səviyyəsindədir. Biz ümumən 500 adda kitabla iştirak edirik, bır sıra müəlliflərlə imza günləri planlaşdırmışıq. Çox istərdik ki, bu cür tədbirlər  ən az bir həftə davam etsin".

Professor Qulu Məhərrəmlinin fikrincə, son illərdə kitab sərgiləri çox gur, canlı keçir: "Bu, insanı təkcə kitab haqda deyil, şəhərin siması barədə də düşündürür. Əvvəllər insanlar kitaba qarşı çox laqeyd idilər. İndi isə bu sahədə canlanma duyulur. Xüsusən gənclərin burada olmasını çox yüksək qiymətləndirirəm".

Sərgidə İranlı Mühacirlər Cəmiyyəti öz stendləri ilə çıxış edirdilər. Cəmiyyətin sədri Firidun İbrahimi ilk dəfə bu sərgidə iştirak etdiklərini dedi. Onlar sərgidə mühacirətdə olan ədiblərin kitablarını, "Mühacir" qəzetini nümayiş etdirdilər.

"Renessans" nəşriyyatının direktoru Ələddin Əsədov 6-cı dəfə sərgiyə qatıldıqlarını bildirdi: "Biz nəşriyyat olaraq qədim kitablarımızı, yəni respublikada cəmi bir nüsxə qalmış kitabları bərpa edərək həmin dizaynda, sadəcə latın qrafikasıyla yenidən buraxırıq. Buraya uşaq kitabları da daxildir. Məqsədimiz kitabı təbliğ etmək, onu oxuculara çatdırmaqdır".

Sərgi-yarmarka sentyabrın 29-dək davam edəcək.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.-  28 sentyabr.- S.9.