Zaman   

 

Esse

 

"Mən hər səhər dünyanı dəyişmək bununla bərabər inanılmaz əyləncəli vaxt keçirmək niyyəti ilə oyanıram. Bəzən bu istək gün ərzində görüləsi işlərin siyahısını planlaşdırmağı çətinləşdirir".

Elvin Bruks Uayt

Amerika yazıçısı

Əslində, səhərlər hər birimiz bu düşüncə ilə oyanırıq. Ya da bir çoxumuz. Bütün bu istəklərimiz üçün isə yetərincə zaman lazım olduğunu düşünürük. Bəzənsə zamanın azlığından şikayətlənirik. Onun sürətlə axıb getdiyini düşünürük. Əslində isə zaman bəşəriyyətin yaranışından öz axarı ilə hərəkət edən, izahı isə çox çətin anlaşılan nisbi bir prosesdir.

Əsrlər boyunca bu suala fərqli cavab verilmişdir. Platona görə vaxt-zaman səmavi cisimlər tərəfindən günlərə, aylara, illərə bölünmüş ilahi əbədiyyətdir; Aristotel zamanı say, eləcə hərəkətin dincliyin ölçüsü kimi görürdü; Albert Eynşteyn isə vaxt-zaman  haqqında bədənlərin hərəkəti nəticəsində qaçışını dəyişən fiziki bir reallıq kimi yazırdı.

Zaman - həyatdır. Zaman - hər gün qarşılaşdığımız dünən, bu gün sabahdır. Zaman - sevdiklərimizlə keçirdiyimiz ya onlardan ayrı qaldığımız anlar toplusudur. Zaman - birilərinin uğruna boşuna sərf etdiyimiz ömürdür. Zaman - bir ananın usanmadan pəncərə önündə övladını gözləməsidir. Zaman -  ümidlə valideynin yolunu gözləyən balacadır. Zaman - tıxaclarda boş-boşuna keçən vaxt sərfidir. Zaman - bir gəncin əllərindən süzülüb gedən cavanlığını hədər etməsi, bir gəncin isə gələcəyinin təməli olaraq dayanmadan çalışmasıdır. Əslində isə zaman həmin zamandır. Lakin hər kəs üçün axışı fərqlidir.

Biz zamanı keçmiş, indi gələcək olaraq qəbul edirik. Düşünürük ki, "indi"ni daha real olaraq qəbul edir, hiss edirik. Lakin əslində, "indi" dediyimizin böyük bir hissəsi faktiki olaraq artıq keçmişdir. "İndi" zaman bölümündə ən tez keçən bir andır əksəriyyətimiz isə "bu an" aralığında əsir olaraq qalırıq. Çox az bir hissəmiz hər günün "indi"sindən zövq alaraq yaşayır: bəzilərimiz gələcək üçün çox narahat olur, digərlərimiz keçmişdə ilişib qalır.

Çox tez-tez vaxtı boşa itirməkdən narahat oluruq, çünki vaxt itirmək həyatı boşa çıxarmaq deməkdir. İtirilən hər gün qum saatının geri qayıtmayan dənəciyi kimidir. Yaşadığımız hər günün, eynilə günəşin çıxması batması kimi, gecənin gündüzlə əvəz olunması kimi təkrarlanacağına ümid edir, "hələ vaxtımız var", - deyə düşünürük.  Zaman isə sağlamlıq kimi bizə ömürlük havayı verildiyinə görə, ona qarşı bu qədər etinasız davranırıq. Bəzən həyatımızın monoton olduğunu düşünürük. Günlərin eyni olduğunu zənn edirik. Bu anda zamanın dayandığını sanırıq. Lakin zaman durur, yeni bir gün digəri ilə eyni olur. Biz hər hansı məkana geri qayıda bilərik. Lakin orada keçirdiyimiz vaxtı geri qaytara bilmərik. "Eyni çaya iki dəfə girmək qeyri-mümkündür. Çay da həmin çay deyil, elə mən artıq dəyişmişəm", - qədim yunan filosofu Heraklit demişdir.

Zamanı dayandırmaq qeyri-mümkündür, o, yalnız ləngiyə bilər. Eynşteynin nisbilik nəzəriyyəsinə görə, sürət qədər böyük olarsa, bir o qədər ləngimə yaranar. Məsələn, işıq sürətilə hərəkət edən kosmik gəmidəki ekipaj ya hərəkət edən cisimlər üçün zaman yavaş gedə bilər. Uçuş zamanı gəmidəki heyət saatını yoxlasa, heç bir dəyişiklik görməyəcək, lakin kosmodromda onları qarşılayanlarla görüş zamanı Yer kürəsilə, kosmosdakı vaxtın fərqli olduğunu anlayacaq.

Zaman bizim üçün bir təcrübə müddətidir. Zaman külək kimidir. Ona toxuna bilmərik. Onu yalnız hiss edə bilərik.

Zaman gələcək, "zamanımız" qızıla bərabər olacaq. İnsanlığın ehtiyac duyduğu təmiz atmosfer kimi, tükənmək üzrə olan su kimi, həqiqi insani keyfiyyətlər kimi ...

Odur ki, zamanımız varkən bizi sevənləri sevindirək, özümüzü sevə bilək, uşaqlarımıza velosiped sürməyi öyrədərkən, yenidən uşaqlıq sevincimizi yaşayaq, hətta balacalıq sevincimizlə eyni olmasa belə. Zamanımız varkən quraq, yaradaq, ən kiçik uğurumuza belə içdən sevinək. Zamanımız varkən hər günü son gün kimi doya-doya yaşayaq. Çünki bu gün sabah təkrar olunmayacaq. Çünki zaman bizə lütf edilən havayı nemətlərdəndir və o, yalnız digərləri kimi itirildiyində dəyərli olur.

 

Fidan MALİK

 

525-ci qəzet.- 2019.-  27 sentyabr.- S.15.