Bir bulud kimi - zərif, ziyansız

 

Məmməd Nazimoğlu-60

 

 

 

Yetmişinci illərin əvvəlləri idi. Onda hələ rayonda yaşayırdım. Atamla təsərrüfat işlərindən qayıdırdıq.

 

Tarladan evə çatana qədər beş-altı nəfərlə salamlaşdıq görüşdüyümüz adamların bəziləri atamla söhbət etdilər. Eşitdiklərimin bir neçəsi  ürəyimcə olmadı. Rastlaşdığımız adamların hamısı ya qohumlarımız, ya da qonşularımız idi. Amma çox fərqli düşüncələri var idi. Bu təəssüratımı atama bildirəndə dedi: - İnsanlar da bulud kimidir. Buludların biri narın yağış yağdırıb təbiəti sevindirir, birindən dolu yağıb yerdə şitilləri, ağacda meyvələri, quş yuvalarında körpə balaları məhv edir, biri leysan yağdırıb sel-daşqın törədir, biri bulud olur - eləcə ziyansız, xətərsiz, gözəl görünür.

Uşaqlar gördüklərinin, eşitdiklərinin hamısını yaddaşında saxlayırlar. Atamın həmin sözləri beynimə yazıldı. Hər dəfə hansısa yaxşı adamla rastlaşanda ya kimdənsə pislik görəndə dərhal bulud məsələsi yadıma düşür. Məmməd Nazimoğlu həmin buludların ən ağı, ən safı, ən ziyansızı ən gözəli idi. Onun dolu yağdırdığını da görən olmadı, daşqın yaratdığını da, zığ-palçıq törətdiyini . tam qətiyyətlə deyə bilərəm ki, bütün bunlar onun hünəri deyildi. Ona Allah çoxsaylı qabiliyyətlər vermişdi. Onu Allah sevmişdi seçmişdi. Bəlkə elə ona görə ulu dərgaha hamımızdan tez getdi.

İnanmaq olmur. O boyda yaradıcı insanın sadədən sadə, adidən adi bir tərcümeyi-halı var... 1959-cu ilin sentyabrında Ağdaş rayonunun Qobuüstü kəndində doğulmuşdu. 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş, Azərbaycanın ilk müstəqil nəşrlərindən olan "Aydınlıq" qəzetinin yaradıcılarından biri olmuşdu.  "Xalq qəzeti"nin baş redaktor müavini, "Ulus" qəzetinin baş redaktoru, "Avropa", "Yeni Müsavat", "Azadlıq", "Şans", "525-ci qəzet" qəzetlərinin yazarı, ANS telekanalında efirə gedən "Qulp" verilişinin müəlliflərindən biri, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru olmuşdu.

Bu tərcümeyi-halda xüsusilə qabardılmalı iki məqam var. Birinci məqam o idi ki, Məmməd üçün iqtidar-müxalifət ifadələri demək olar ki, heç bir əhəmiyyət kəsb etmirdi. Elə çalışdığı mətbuat vasitələrinin adı da həmin həqiqətdən xəbər verirdi. O, iqtidarın da səhvlərini göstərirdi, müxalifətin . O, iqtidarın uğurlarını qiymətləndirməyi bacardığı kimi, müxalifətin az-çox nailiyyəti olduğunu söyləyəndə ədalətli idi. O, əsl vətəndaş mövqeyini ortaya qoyur, təkcə jurnalist kimi deyil, həm xalqın mənafeyini qoruyan ziyalı kimi danışmağı, yazmağı bacarırdı. Onu iqtidar mənsublarının da hamısı sevə-sevə oxuyurdu, müxalifət təmsilçiləri .

Yadımdadır, Məmmədin vəfatından sonra haqqında foto-albom, eləcə İlham Abbasovun tərtibi redaktəsi ilə "Mənim bir dostum vardı" adlı xatirə kitabı nəşr olunmuşdu. Həmin kitabın təqdimatında həm iqtidaryönlü, həm müxalifət mətbuatını təmsil edən jurnalistlər ürək sözlərini elə səmimiyyətlə dedilər ki, mən beş-altı il Məmməd Nazimoğlu ilə eyni kollektivdə işlədiyimə "yerli" olduğumuza görə fəxr etdim. Xatırladım ki, o, heç zaman məni öz adımla çağırmır, həmişə "əziz həmyerlim" - deyə,  müraciət edirdi. Hərçənd, mən Bakıya Ağdaşdan deyil, Qəbələdən gəlmişəm.

Yeri gəlmişkən, o tədbirdə mənə söz vermişdilər. Həmin günlərdə ölkə televiziyalarında "Bizi birləşdirən dəyər" adlı reklam gedirdi. Televiziyalardakı həmkarlarımız həmin dəyərin nədən ibarət olduğunu deməsələr , reklam iki-üç ay davam etdi. Mən öz çıxışımda həmin reklamı yada salaraq dedim ki, bizi - Azərbaycan jurnalistlərini birləşdirən dəyər məhz Məmməd Nazimoğludur. Çünki həm iqtidar mətbuatındakı, həm müxalifət qəzetlərindəki bütün qələm sahibləri Məmməd Nazimoğluna öz qardaşı, doğması kimi baxırdı. Bu uğuru hər jurnalist bacara bilməz bacarmadı.

Məmmədin tərcümeyi-halından qabartmaq istədiyim ikinci məqam isə onun tutduğu vəzifələr həmin vəzifələrin fonunda nümayiş etdirdiyi sadəlik, səmimiyyət idi. O, qəzet redaktoru da olmuşdu, "Xalq qəzeti" kimi mötəbər mətbuat vasitəsində baş redaktorun birinci müavini , Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru da. Amma həmin vəzifələrin heç biri Məmməd Nazimoğlunu bir misqal belə dəyişə bilməmişdi. Hamımızdan yaxşı jurnalist olduğu ilə fəxr etmədiyi kimi, adı çəkilən vəzifələri daşımasını da qətiyyən üstünlük, kmdənsə qabaqda olmaq kimi qəbul etmirdi. Bu isə şəxsiyyətin daxili təmizliyindən, mənəvi saflığından qaynaqlanan keyfiyyətlər idi. Bu məqamda günümüzün reallığından da söz açaq. Üç il qabaq yaradılmış hansısa saytın baş redaktorunun forsu, hikkəsi ətrafımızda qasırğa kimi əsir. Onda dərhal Məmmədə rəhmət oxuyuram.

Ölkəmizin dövlət müstəqilliyini bərpa etməsindən sonra yaranmış yeni mətbuatımızın özünəməxsus istedadı, yazı tərzi, fərqli üslubu ilə oxucu rəğbəti qazanmış Məmməd Nazimoğlu haqqında yazsaq, söyləsək , onun sətirlərinin özü haqqında yaratdığı təəssüratın yanında çox zəif görünəcək. Elə ona görə söhbətin bu yerində sözü Məmmədin qələminə vermək daha münasibdir. Məsələn:

Müxalifətin qansız mübarizə taktikası

1. Kal xurmanı xırda-xırda doğrayıb tənzifdən keçirin, üstünə bir çimdik darçın əlavə edib bərk-bərk qarışdırın. Vam odda qurudub üstünə zeytun yağı əlavə edin. Mitinq zamanı həmin məhlulu mitinqçilərin alnına sürtsəniz, polis gələndə qaçmazlar.

2. İki şüşə dağdağan şirəsini bir şüşə cecə arağına qatıb üstünə bir çimdik istiot atın. Bərk-bərk çalxalayıb polis rəisinin otağının həndəvərinə töksəniz, rəis otaqdan çıxa bilməz.

3. İsa Qəmbərin qəlyanının külünü şirin nar kökünün qabığının tozu ilə qarışdırıb üstünə iki çay qaşığı kələm suyu əlavə edin. Göyərçin yumurtasını sındırıb qabığını həvəngdəstədə bərk-bərk əzib əvvəlki qarışığın üstünə tökün. Usdufca qarışdırıb Müsavat Partiyasının qapısının ağzındakı ağacın kökündə basdırın. Bu üsul partiyanı bədnəzərdən qoruyar.

4. Bir baş qurut götürüb "yurt, yurt" deyə-deyə yoğurun. Üstünə üç xörək qaşığı 5 illik çaxır əlavə edib noxud boyda yumrulayın. Yumruların üstünü hacıleylək yumurtasının sarısı ilə boyayıb günün altına qoyun. Quruduqdan sonra ehmallıca AXCP-nin qərargahının zirzəmisinə basdırın. Bu cür etsəniz, AXCP ilə "Yurd"un mehriban dostluq münasibətləri iki-üç həftə uzana bilər.

5. "Mersedes" təkərinin qırığını odda yandırın. Külünü ehmallıca kağızın üzərinə qoyub üstünə ərinmiş təmiz əmcək yağı süzüb qurd yağı ilə qarışdırsanız, həm YAP-a bir xətər toxunmaz, həm Rəsul Quliyev qayıda bilməz.

6. ADP-çilər bir ovuc maş götürüb iki istəkan yumru düyünün həlimində qaynadıb təzədən "Mübarizəmizin məqsədi" kitabının son səhifəsinə büküb ədliyyə nazirinin maşınının baqajına tullasalar, partiyaları üç günün içində qeydiyyadan keçər.

Yubiley lövhələri

AXCP-nin 10 illiyinə həsr edilmiş yubiley tədbirinin bədii hissəsində, yeyib-içməyin axırına yaxın Asim Mollazadə ofisiantın üstünə qışqırır:

- Ofisiant! Pirnesite dver, ya xoçu vıyti...

***

Allah sənə rəhmət eləsin, Məmməd Nazimoğlu!

60 yaşın mübarək, əziz həmyerlim!

 

 

İttifaq MİRZƏBƏYLİ

 

525-ci qəzet.- 2019.- 28 sentyabr.- S.16.