Azərbaycan Dillər Universiteti: bu gün sabah

Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyevanın müsahibəsi

- Azərbaycan Dillər Universitetində həyata keçirilən işləri necə qiymətləndirirsiniz?

- Artıq iki ilə yaxındır ki, universitet əməkdaşları sakit, əmin-amanlıq şəraitində işləyir. Buna görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edirik. Çünki cənab prezidentimizin universitetimizə təyin etdiyi hörmətli rektor, akademik Kamal Abdulla bizə ən yüksək səviyyədə şəraiti yaradıb. Təsəvvür edin, iki il rəhbərsiz, yəni rektorsuz qalmaq deməkdir. Elə təyin olunduğu gündən rektorun novator ideyaları ilə qarşılaşdıq. Bu iki ildə Azərbaycan Dillər Universitetində təhsil siyasəti baxımından bir çox vacib layihələr həyata keçirildi. İstər təhsil sahəsində, istərsə universitetin maddi-texniki, təsərrüfat həyatında bir çox yeniliklər oldu. Bu gün Dillər Universiteti öz beynəlxalq əlaqələrini daha da genişləndirir, müəllimlərimiz dünyanın ən nüfuzlu universitetləri ilə yaxından tanış  olurlar. Bu, təbii ki, rektorun irəli sürdüyü ilk təşəbbüslərdən biridir. Beynəlxalq universitetlərlə olan əməkdaşlıq nəticəsində müəllimlərimizin professorlarla, nüfuzlu elm xadimləri ilə əlaqələri daha da genişlənir. İnanırıq ki, bu, onların gələcək elmi işlərində böyük töhfəsini verəcək. Bizim əlaqələrimiz, nüfuzumuz təkcə ölkə daxilində deyil, ölkə sərhədlərindən kənarda da görünür təqdir edilir. Dillər Universitetinin alimləri sentyabr ayında Samara şəhərində keçirilən beynəlxalq tədbirdə iştirak edib. Həmin heyətin tərkibində mən var idim. Çox faydalı görüşlərimiz keçirildi. Universitet rektorları, nüfuzlu alimlər bizim universitetimizin əlaqələrinin bu qədər geniş olmasını, tələbə mübadiləsinin aparılmasını çox yüksək səviyyədə qiymətləndirmişdilər. Bundan əlavə, bizim universitet haqqında məşhur alimlər müsbət fikirlər səsləndiriblər. Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçə Azərbaycan Dillər Universitetinin fəxri doktoru diplomu təqdim edilib. O, bu fəxri adı alanda demişdi ki, bu ali məktəbin fəxri doktoru adına layiq görülməsi onun üçün böyük şərəfdir. İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellati Azərbaycan Dillər Universitetinin fəxri doktorudur.

O, bizim universitetdə olarkən məhz belə dedi: “Azərbaycan Dillər Universitetinin fəxri doktoru adını almaq ona görə şərəfdir ki, rektor Kamal Abdullanın buradakı akademik prosesi yüksək səviyyədə təşkil etdiyini bilirik”. Əlbəttə, bütün bu məqamlar universitetimizin həyatı üçün çox vacibdir. Beynəlxalq əməkdaşlığın həyata keçirilməsində akademik Kamal Abdulla universitetin kollektivinə yaxından dəstək olur. Digər təşəbbüslərdən biri universitetin dördüncü kursunda təhsil alan tələbələrin pedaqoji praktikasıdır. Bizim tələbələrimiz ilk dəfə olaraq respublikamızın müxtəlif regionlarında məskunlaşan məcburi köçkünlərin təhsil aldıqları məktəblərdə təcrübədə oldular. Bu, könüllülük prinsipi əsasında həyata keçirilən bir idi.  Azərbaycan universitetləri arasında ilk dəfə olaraq həyata keçirilən bu təşəbbüs ADU-nun rektoru, akademik Kamal Abdulla tərəfindən irəli sürülüb. Bu çağırışa ilk olaraq universitetimizin bir neçə aparıcı kafedraları, o cümlədən, Linqvokulturologiya, Filologiya Jurnalistika fakültəsinin nəzdində olan İngilis dilinin üslubiyyatı leksikologiyası kafedrası qoşuldu. Beləliklə, səfər barədə biz rektora fikrimizi bildirdik. O, təbii ki, bunu alqışladı   Ağdam rayonu 1 saylı tam orta məktəbinə getməyimiz üçün şərait yaradıldı. Nəzərinizə çatdırıram ki, bu məktəb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 31 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş Dövlət Proqramına əlavələr əsasında 2013-2014-cü illərdə inşa edilib. Məktəbin direktoru Çimnaz Kərimova bir neçə dəfə medallarla sonuncu dəfə Prezidentin sərəncamı iləTərəqqimedalı ilə təltif olunub. Çox dəyanətli işgüzar xanımdır.

Növbəti təşəbbüslərdən biri digəri - mənim fikrimcə, ən mühümü Ümummilli liderimiz Heydər Əliyevə həsr olunan “HEYDƏR ƏLİYEV: multikulturalizm tolerantlıq ideologiyasıbeynəlxalq konfransı idi. Bölmələr Türkiyənin Ərciyəs UniversitetindəMüasir Azərbaycan: sosial, siyasi iqtisadi inkişafı Ərzurum UniversitetindəHeydər Əliyev türk dünyası”, Rusiya Federasiyasının Boris Yeltsin adına Ural Federal Universitetində “ADR - Şərqdə ilk demokratik respublikadır”, A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutundaSərhədlərin fövqündə: Rusiya Azərbaycan: mədəniyyətlərarası dialoq təcrübəsi”, Moskva Dövlət Linqvistika UniversitetindəDillərin mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi”, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialındaMultikulturalizm Rusiya azərbaycanşünaslığı”, Ukraynanın Kiyev Milli Linqvistika UniversitetindəAzərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu”, Belarusun Minsk Dövlət Linqvistik UniversitetindəHeydər Əliyev Azərbaycan-Belarus münasibətləri”, Serbiyanın Belqrad UniversitetindəMultikulturalizmin Azərbaycan təcrübəsi”, Gürcüstanın Tbilisi Dövlət Universitetində (Batumi, Kutaisi, Qori, Telavi universitetləri, Gürcüstan Elmlər Akademiyasının müvafiq institutları Bilikcəmiyyətinin iştirakı ilə) “Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülündə Heydər Əliyevin rolu”, Çinin Xucjou UniversitetindəBir qurşaq - bir yol: multikulturalizmin öyrənilməsi”, İtaliyanın Kassino Cənubi Latsio Universitetində (Sülh Təhlükəsizlik Fondu, Üçüncü Roma Universiteti, Genuya Universiteti, Link Kampus Universiteti, Fransanın Nim Universiteti, Moldovanın Beynəlxalq Menecment Universitetinin iştirakı ilə) “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq”, Almaniyanın Ausburq UniversitetindəAzərbaycan Almaniya multikulturalizmimövzularında keçirilib. Bu konfrans qeyri-adi bir konfrans kimi dünyaya səs saldı. Mən başqa bir layihə  haqqında da danışmaq istərdim.

- Buyurun...

- “Bir günlük xəlifəlayihəsi hər kəsə yaxşı məlumdur. Layihə məhz rektorumuzun təşəbbüsü ilə həyata keçirilib bu gün uğurla davam etdirilir. Sevindirici haldır ki, bu layihəyə ölkə mətbuatının da marağına səbəb oldu. Layihə haqqında mətbuatda geniş materiallar dərc olundu, televiziya kanallarında süjetlər hazırlanır. Buna görə tələbələr rektor Kamal Abdullaya dəfələrlə təşəkkürlərini bildiriblər. Eyni zamanda, rektorumuzun təşəbbüsü ilə Dillər Universitetində bir çox mərkəzlər yaradılıb. Bu mərkəzlər təkcə bizim universitetdə yox, dünyanın bir sıra ölkələrində universitetimiz tərəfindən yaradılan  Azərbaycan dili mədəniyyəti mərkəziadı altında  fəaliyyət göstərir. Bu mərkəzlər xaricdə Azərbaycanın mədəniyyətini, tarixi, elmi, təhsili, multikultural tolerant mühiti haqqında daha müfəssəl məlumatı xarici vətəndaşlara çatdırırlar.

- Dillər Universitetinin tələbələrinin məcburi köçkün məktəblərinə pedaqoji praktikaya getməsini necə qiymətləndirirsiniz?

- Məcburi köçkünlər ağrılı yerimizdir. Onlar nisgilli insanlardır, onlarda ruh yüksəkliyini artırmaq, vətənə məhəbbət, elm təhsilə yüksək münasibət aşılamaq, sevindirmək, mənəvi dayaq olmaq bizim borcumuzdur. Bu şagirdlər bilməlidirlər ki, onları yada salan, qiymət verənlər var. Onlar özlərini yalnız hiss etməməlidirlər. Bunları yaratmaq üçün təbii ki, bizim bu layihəyə qoşulmağımız vacibdir. Biz könüllü olduq. Hesab edirəm ki, bu layihə bizim gənclərimizin xeyrinə olacaq. Fikrimcə, bu təşəbbüs başqa universitetlərdə həyata keçirilsə, yaxşı olar.

- Universiteti bitirən gəncləri rayon kənd məktəblərində çalışmağa necə cəlb etmək olar?

- Son vaxtlar bir çox gənclərimizin ucqar kəndlərdə işləməyə getmələri ilə bağlı tez-tez xəbərlər oxuyuram. Biri kənd məktəbində innovativ metodlarla dərs keçir, digəri müəllimlik etmək üçün gün ərzində uzun məsafə qət edir. Mən buna qiymət verirəm. Bu, insanın daxilindən gəlməlidir. Niyə də biz öz vətəndaşlarımıza xidmət etməyək?! Biz bu sahədə təhsil almışıqsa, deməli, ölkənin istənilən nöqtəsində bizə ehtiyac var. Bəlkə gələcək talelərini də elə orada tapacaqlar.

- Son günlər universitetdə həyata keçirilən mühüm işləri, nailiyyətləri qiymətləndirməyən, bundan narahat olan bəzi şəxslər haqqında da danışmağınızı arzu edərdik. Onlarla bağlı nə demək istərdiniz?

- Təbii ki, beş barmağın beşibir deyil. Biz çoxuq, onların cavabını verməyə qadirik. Rektorumuz haqqında müxtəlif yerlərə ünvanlanan məktublara bir cavabımız var: o yazılanlar qərəzli və böhtan xarakterlidir.  Bir-iki nəfərin fikri kollektivin fikri ola bilməz. Kamal Abdulla təkcə respublikada yox, dünyada tanınan alim, yazıçı, fikir adamıdır. Onun həyata keçirmək istədiyi bütün işlərin bir məqsədi var: universiteti məcrasına salmaq, əvvəlki imicini geri qaytarmaq, tələbələrə daha gözəl təhsil almaları üçün geniş imkanlar yaratmaq. Biz hamımız bu işdə ona köməklik etməliyik. İnanırıq ki, buna nail olacağıq. İmmanuel Kant deyir ki, yalanın, böhtanın ən böyük düşməni həqiqətdir.

Sevinc QARAYEVA

525-ci qəzet  2019.- 5 yanvar.- S.11.