Qəbələ - antik dövrün yadigarı...

Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qəbələ zəngin və çoxəsrlik tarixə malikdir. 1959-cu ildə aparılan arxeoloji qazıntılar nəticəsində antik dövrə aid əşyalar, əmək alətləri cisimləri bu ərazilərdə yaşayış olduğunu sübut edib.

Məlum olub ki, Çuxur Qəbələ kəndinin həndəvərində antik dövrdə Qəbələ şəhəri mövcud olub. Qafqaz dağlarının ətəklərində, Qaraçay Covurluçay arasında geniş təpədə yerləşən qədim Qəbələ V əsrə qədər Albaniyanın paytaxtı kimi tanınıb. Alban arşakilərinin iqamətgahı, alban arxiyepiskopunun qərargahı da burada yerləşib.

Göründüyü kimi, Qəbələ qədim tarixə malikdir. Şəhərdə müdafiə təyinatlı qədim qüllə (IX-XI əsrlər), XVIII əsrə aid edilən məscid, İmam Baba Məqbərəsi (XVIII-XIX əsrlər), Cümə məscidi, eləcə Tarix-diyarşünaslıq muzeyi var.

Azərbaycan İlahiyyat İnstitutu kollektivinin qədim məbədlər muzeylər diyarına səyahəti isə Nic qəsəbəsinə idi.

Kollektiv Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova, İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Absalam Hüseynov İnformasiya təminatı təhlil sektorunun müdiri Zahir Kərimovla birlikdə şəhərin mərkəzindəki Heydər Əliyev parkına gedərək, dahi rəhbərin xatirəsini ehtiramla yad etdi, abidəsi önünə tər çiçək dəstələri düzdü.

Sonra Qəbələ şəhər məscidini ziyarət etdik. Dini məbədgahda ulu öndər Heydər Əliyevin Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə qayğısını əks etdirən fotoguşə ilə tanış olduq. Qəbələ Şəhər Yeni Məscidinin imamı Laçın Ağalarov bizə məlumat verdi ki, burada eyni vaxtda 450 kişi, 150 qadın olmaqla, ümumilikdə 600 mömin ibadət edə bilir. Məscidin divarlarına müqəddəs Qurani-Kərimdən surələr yazılmış, sütunları isə Azərbaycan nəqqaşlıq məktəbinin Şərq arxitekturasının nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilmişdir. Məscidin həyətində axund otağı, dərs, kitabxana, mərasim, qadın kişilər üçün dəstəmaz otaqları digər köməkçi tikililər inşa olunub.

 

Öyrəndik ki, qəsəbədə iki məscid, üç kilsə var.

Dünyada yaşayan udilərin sayı on minə yaxındır. Altı mindən çox əhalisi olan Nic qəsəbəsində dörd mindən artıq udi yaşayır. Qəsəbədə udilər öz dillərini, dinlərini, adət-ənənələrini 2500 ildir qoruyub saxlayırlar. Udi dili Qafqaz dil ailəsinə mənsubdur.

Daha sonra qəsəbədə yerləşənCotari” Alban-Udi Kilsəsini ziyarət etdik. Kilsə qədim tarixə malikdir. Onun haqqında bizə Alban-Udi Xristian İcmasının sədri Robert Mobili məlumat verdi. Dedi ki, burada udilər xaç suyuna salınır sonra xristian elan olunurlar. İbadət zalında dini ayinlər icra edliir, şam yandırırlar.

Sonra Alban Udi Ocağını ziyarət etdik. Ocağın həyətində antik dövrdən qalmış araq çəkən qurğu, şərab saxlama çənləri, qonaq qalmaq üçün otaqlar, dini kitablardan ibarət kitabxana var. Kilsənin yerləşdiyi binanın ilk sakinlərinin mum heykəlləri o qədər sənətkarlıqla hazırlanıb ki, ilk baxışda düşünürsən ki, canlıdır. Hətta bilmədən salamlaşanlar da oldu.

Nic qəsəbəsindəOrayınUdi Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Dünyanın etnik xəritəsində udi adlı etnos yalnız Azərbaycan ərazisində mövcuddur.

Rayonun Nic qəsəbəsi ilə tanışlıqdan sonra Qəbələ Rayon Mədəniyyət Mərkəzindədəyirmi masatəşkil olundu. Giriş sözü ilə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova qonaqları salamladı. Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov çıxış edərək vurğuladı ki, Azərbaycanda tolerantlığın dinlərarası dialoqun əsasları məhz ümummilli lider tərəfindən müəyyən olunub. Hazırda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan İlahiyyat İnstitutu haqqında ümumi məlumat verən rektor təhsil müəssisəsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradıldığını qeyd etdi. Natiq bildirdi ki, İnstitut keyfiyyətli tədrislə yanaşı, tələbələrin inkişafına, uğurlu gələcəklərinin qurulmasına, hərtərəfli şəxsiyyət kimi yetişmələrinə xüsusi önəm verir. Təhsil müəssisəsində keçirilən bütün tədbirlərin başlıca məqsədi tələbələrin intellektual mənəvi baxımdan inkişafını hədəfləməkdir. Nic qəsəbəsinə ziyarət bu baxımdan xüsusi önəm daşıyır. Gənclərimiz Azərbaycanda yaşayan bütün azsaylı xalqlar kimi, udilərin mədəniyyətinin, adət ənənələrinin qorunub saxlanması, inkişaf etdirilməsi üçün böyük tədbirlərin həyata keçirildiyinin canlı şahidi olurlar. Nic qəsəbəsi dünyada udilərin kompakt şəkildə qərarlaşdığı yeganə yaşayış məskənidir. Ona görə bu gün tələbələrimizi buraya-tariximizlə əyani tanış olmağa gətirmişik. Nic qəsəbəsi tolerantlığın kiçik modelidir.

Qəbələ Rayon Təhsil şöbəsinin müdiri Arifə Bayramova, jurnalist Qüdrət Səmədov çıxış edərək bu ekskursiyanın məhz Azərbaycanın qədim şəhərinə təşkil edilməsini müsbət qiymətləndirdilər məmnun olduqlarını bildirdilər. Rayonda multikulturalizm tolerantlığın yüksək səviyyədə olmasından, buna əyani sübut kimi Nic qəsəbəsində gördüklərimizi nümunə gətirdilər. Zaman-zaman formalaşan birgəyaşayış udi, ləzgi, avar, saxur digər azsaylı xalqların azərbaycanlılarla qohumluq əlaqələrinə səbəb olub, bir-birlərinə qız verib, qız alırlar. Dini bayramlarda qaynayıb qarışır, bayramlaşırlar.

Tələbələrdən Fərid Qasımzadə, Tural İbrahimli, Ayşən Cəbrayılova, Nərmin Allahverdiyeva, Bəhmən Əsədli, Fəridə Hüseynova, Aytac Mustafalı, Cavid Ərəbov, Dünya Yolçuyeva, Toğrul Nadirov, İlahə Qaragözova, Nəbi Məmmədov, Məhəmməd Qurbanov, Səminə Məmmədova, Mirhakim Sadıqov, Mehrab Dəmirzadə çıxış edərək, bu şəraiti yaradanlara minnətdarlıq etdilər. Gənclər Nicdə gördüklərindən heyrətləndiklərini, tarixə səyahət etdiklərini bu səfərin onların dünyagörüşünün formalaşmasında böyük iz buraxacağını vurğuladılar.

Bu da növbəti uğurumuz olaraq yadda qaldı. Cocuq Mərcanlıya səyahətimiz tarixi bir məqam kimi yaddaşlara köçüb. Noyabr ayında düşmənin 700 metrliyində cəbrayıllıların necə böyük sevgitorpağa məhəbbətlə qurub-yaratdıqlarının şahidi olduq. Tələbələrimizdə düşmənə nifrət və qəzəbin artdığını, vətənin müsəlləh əsgəri olmağa necə söz verdiklərini gördük. Bu, böyük vətənpərvərlik nümunəsi idi.

Bu dəfə də avtobus konfrans zalını xatırladırdı. Yenə rektor i.f.d. Ceyhun Məmmədov tələbələri tariximizə səyahət etməklə sual-cavab edir, biliklərini üzə çıxarırdı. Çox maraqlı nüanslar vardı: Aytac Əhmədzadə, Fərid Qasımzadə, Ayşən Cəbrayılova Qəbələ rayonu, alban məbədləri, Nic qəsəbəsinin tarixi, udilər haqqında maraqlı tarixi faktlar söylədilər. Əlavə etdilər ki, səfəröncəsi araşdırma aparıb çoxlu mütaliə ediblər. Deməli, atılan addımlar doğrudur, effektini veririnstitutumuz yeni olsa da rəhbərlik öz işini müasir səviyyədə qura bilib.

Rəhilə MİSİRXANLI

Azərbaycan İlahiyyat İnstitutunun “İlahiyyatçı” qəzetinin redaktoru

525-ci qəzet  2019.- 5 yanvar.- S.16.