Azərbaycan bədii janr ənənələrinin Sabir Rüstəmxanlı yaradıcılığında bərpası

Salidə ŞƏRİFOVA

filologiya üzrə elmlər doktoru, dosent

Görkəmli ədibimiz Sabir Rüstəmxanlının "Milli taleyimiz biz" (Güntay Gəncalp Bayandırlı Saleh Məhmətlə məktublaşmalarım) "Astar" adlı bu iki əsərini mütaliə etdikcə, onun bir ziyalı kimi Azərbaycan ədəbiyyatının ənənələri Azərbaycan ədəbiyyat tarixinin inkişafı ilə dərindən tanış olduğunu müşahidə edirik.

Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatı ənənələrini, janr üsulunu dərindən bilməsi qələmə aldığı əsərlərində özünü büruzə verir.

S.Rüstəmxanlının "Milli taleyimiz biz" (Güntay Gəncalp Bayandırlı Saleh Məhmətlə məktublaşmalarım) kitabı Azərbaycan ədəbiyyatında epistolyar janr ənənələrini davam etdirən bədii nümunədir. Orta əsrlərdə yeni dövrdə epistolyar janrı nəsr şəklində formalaşmışdır.

Bu dövrdə epistolyar janr kimi deyil, başqa əsərlərin tərkibində verilirdi. Məktublarla qəhrəmanların daxili aləmi, duyğuları, həyəcanları digər hissləri daha canlı göstərilirdi. Epistolyar janr klassik ədəbiyyatda geniş yayılmış poetik forma biçimi kimi maraq doğurmuşdur. Ş.İ.Xətainin "Dəhnamə", M.F.Axundzadənin "Kəmalüddövlə məktubları", A.Şaiqin "Əzab vicdan", S.M.Qənizadənin "Məktubati - Şeyda bəy Şirvani", Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" s. əsərlər ədəbiyyatımızda epistolyar janrın kamil nümunələridir. Bu epistolyar nümunələr sırasına Sabir Rüstəmxanlının "Milli taleyimiz biz" (Güntay Gəncalp Bayandırlı Saleh Məhmətlə məktublaşmalarım) kitabını əlavə etmək olar. Kitabda Sabir Rüstəmxanlının Güntay Gəncalp Bayandırlı Saleh Məhmətlə məktublaşmaları ilə yeni realist nəsrin banisi olan M.F.Axundzadənin janr poetikası baxımından ənənəvi epistolyar janrında yazılmış, ictimai həyatın bütün sahələri tənqid süzgəcindən keçirilmiş "Kəmalüddövlə məktubları" kimi ciddi, monumental bədii-fəlsəfi əsər arasında oxşarlıq müşahidə etməmək qeyri-mümkündür.

Sabir Rüstəmxanlının "Milli taleyimiz biz" (Güntay Gəncalp Bayandırlı Saleh Məhmətlə məktublaşmalarım) kitabında ədibin müasirləri Finlandiyada yaşayan Güney Azərbaycan ziyalısı Güntay Gəncalp Bayandırlıya (Bayandır Ərənol) Azərbaycan Respublikasının sabiq Maliyyə naziri Saleh Məhmətə (Məmmədov) yazdığı məktublarda müəllif fikirləri ilə yaxından tanış oluruq. Burada müəllifin fikir düşüncələri məktublar şəklində verilir. S.Rüstəmxanlının bu əsərini mütaliə etdikdən sonra oxucu qaranlıq məqamlara, Güntay Gəncalp Bayandırlı Saleh Məhmət tərəfindən sosial media kitablarda əksini tapmış yanlışlıqlara, müəyyən fikir məsələlərə aydınlıq gətirməyə nail olur. S.Rüstəmxanlının cavab məktubları vasitəsilə xalqımızın milli mənşəyi kimliyi, keçdiyi tarixi yol, dövlətçilik ənənələri, tarixi şəxsiyyətlər haqqında fikirləri, dövlət dili haqqında mülahizələri ilə tanış oluruq.

Sabir Rüstəmxanlının "Milli taleyimiz biz" (Güntay Gəncalp Bayandırlı Saleh Məhmətlə məktublaşmalarım) kitabında bədii refleksiyaya rast gəlirik - müəllif onun qələminə aid bədii əsərlər haqqında fikirlərini oxucuya məktub vasitəsi ilə çatdırır. Kitabda müəllifin "Göy Tanrı", "Akademikin son əsəri" kimi romanları haqqında fikirləri oxuculara qaranlıq qalan məqamlarına aydınlıq gətirir. S.Rüstəmxanlı "Göy Tanrı" romanında Oğuz xaqanın uydurma obraz olmaması faktına toxunur: "... mən "Göy Tanrı" romanında Oğuz xaqanın təxminən b.e.ə. 6-cı yüzildə yaşadığını Qorqudun da onun nəvələrindən biri olduğunu yazmışam. Oğuz xaqanın Saklar dönəminin hökmdarı olduğu, həmin dövrdə yaşadığı bədii təxəyyül deyil, real faktlara hesablamalara söykənir". Müəllif bu fikirləri ilə əsərinin tarixi faktlar əsasında qələmə almasına toxunur.

Sabir Rüstəmxanlının "Astar" kitabında müəllifin roman hekayələri toplanılmışdır. Sabir Rüstəmxanlının "Astar" kitabına daxil edilən romanlar öz janr özəlliyi ilə seçilirlər. Belə ki, onlar Azərbaycan ədəbiyyatına xas "balaca romanlar" janrının ənənəsini davam etdirirlər. "Balaca romanlar"da hadisələr bir ailənin ya bir insanın həyatına əsaslanır. Qeyd etməliyik ki, bu əsərlər əsl sosial gündəlik romanlar deyil. "Balaca romanlar" ideoloji əhəmiyyətli problemləri daxil etməklə, insan həyatından olan aktual problemləri əks etdirə bilir. "Balaca romanlar"ın süjet kompozisiya xəttinə diqqət yetirdikdə, bir amil diqqəti xüsusi cəlb edir. Belə ki, "balaca romanlar" tarixi keçmişə müraciət etmir, hadisələr tarixi keçmişə həsr edilmir. Həmçinin, tarixi personajlardan uzaq olur. "Balaca romanlar"da hadisələr folklor vaxtından, sınaq müddətindən qəhrəmanın formalaşmasından uzaq olur. "Balaca romanlar"ın bir xüsusiyyəti zamanın sıxılmasıdır ki, bu da əsərin böyük olmayan həcmi ilə əlaqəlidir. İki fəsildən ibarət olan "Uşaqlığa dəyən güllə" əsərində zamanın sıxlaşması özünü göstərir. Birinci fəsil "Qançılıq", ikinci fəsil isə "Barışıq" adlanan bu bədii nümunədə maraqlı, düşündürücü mövzu ətrafında süjet xəttini inkişaf etdirən müəllif oxuculara təsadüflərin insan həyatında oynadığı rolu, insan həyatını dəyişdirməyə qadir olmasını qabarıq şəkildə göstərməyə cəhd edir.

"Balaca romanlarda" bədii məkan fraqmentardır ki, bu da əhatəli təsviri lazımsız hala gətirir. "Balaca romanlar"da bədii məkan incəliklə təsvir edilir. Bu müəllifin əhəmiyyət xüsusi bir yükə malik olan bədii məkanıdırsa. Bu məkan vasitəsilə müəllif fikrinin açılmasına yardımçı olması əsasdır. S.Rüstəmxanlının ilk növbədə özünün kiçik həcmli olması ilə diqqəti cəlb edən "Astar" əsəri bədii zaman bədii məkan baxımından "balaca romanlar"la oxşardır. Ali məktəbə sənəd verərkən üzləşdiyi problemlərin təsviri, təyinatla kitabxana müdiri təyin edilməsi s. hadisələrin təsvirində məkan da, zaman da əsərin qəhrəmanının hiss həyəcanlarında, düşüncəsində əksini tapa bilmişdir. Əsərdə Elbəyin həyat yolunun məntiqi davamlığı, münaqişəli məqamları digər surətlərin yardımı ilə qəhrəmanın simasında təsvir edilmişdir. S.Rüstəmxanlı məhz Elbəyin simasında oxucunu zaman daxilində (keçmiş, bu gün gələcək) düşüncələrə daldırmağa nail olur. "Balaca romanlar"a xas qəhrəmanlar kimi Elbəyi mövcud reallıqların müstəqil tərəqqisi olsa da, mövcud olan sosial ziddiyyətlərə "düzəlişlər" etməyə cəhd etsə , reallıqlarla mübarizə aparmağa qadir ola bilmir.

Sabir Rüstəmxanlının "Astar" kitabına daxil olan bir sıra hekayələr ("Süd vannası", "Bal ayı" hekayələri s.) "balaca roman"lara bənzərliyi ilə seçilirlər. Sabir Rüstəmxanlı "Süd vannası" hekayəsini Poltava çöllərinin gözəlliyi ilə başlayaraq, Əli ilə Lesyanın sevgi macəralarına, daha doğrusu, insanın ruhi aləminə oxucunun diqqətini yönəltməyə nail ola bilir. Hər iki qəhrəman mövcud həyat, məişət tərzindən uzaq, sərbəst, "mədəni" olma adət-ənənələrdən uzaq yaşamağı üstün tutan "müstəqil düşüncəli insanlar"dır. Lesya ilə qısa "eşq" yaşayan Əlinin cəmiyyət tərəfindən qəlibləşmiş adət-ənənələrə boyun əyərək, geri doğma vətəninə, ailəsinə qayıtması qəhrəmanın cəmiyyətdə özünə yer etmiş, dağılmayan kanonlarla mübarizə apara bilmədiyinə işarə edir.

Sabir Rüstəmxanlının "Bal ayı" hekayəsində də bal ayına yollanmış Marina ilə hekayənin qəhrəmanı arasındakı "məhəbbət" əks etdirilmişdir. Hekayə məhdud bir zaman, həmçinin, məkan daxilində mürəkkəb olmayan, hadisələrin dolğun təsvir etməsi ilə diqqəti cəlb edir ki, bu da onu "balaca romanlar"a bənzədilməsinə əsas verir. Hekayənin qəhrəmanı ədəbiyyat, mədəniyyət sahəsinə aid məsələlər ətrafında mübahisə aparır, etdiyi tərcümədən şeir parçası söyləyir, Mannın ev muzeyinə gedir, Mann yaradıcılığı, həmçinin, Nobel mükafatı ətrafında diskurslar aparır. Hekayədə xarakterləri qısa, aydın cizgilərlə verməyə qadir olan S.Rüstəmxanlı, həmçinin, Marinanın da daxili, mənəvi aləmini, ərinin bal ayına gəlmədiyi üçün iztirab keçirməsini canlandırmışdır.

S.Rüstəmxanlının "Milli taleyimizbiz" (Güntay Gəncalp Bayandırlı və Saleh Məhmətlə məktublaşmalarım) və "Astar" kitabları müasir zaman müstəvisində oxucunu tarixi olayları və müasiri olduğu dövrün ən mürəkkəb hadisələrinin inkişaf prosesini izlədir, dərk etməsinə yardım edir. "Milli taleyimizbiz" (Güntay Gəncalp Bayandırlı və Saleh Məhmətlə məktublaşmalarım) kitabı epistolyar janr nümunəsi kimi, "Astar" kitabında əksini tapmış bədii nümunələr isə "balaca roman" nümunələri kimi ədəbiyyatımızda ədəbi məktəb açmış M.F.Axundzadə, N.Nərimanov ədəbi məktəbini davamı kimi qəbul edilməlidir. S.Rüstəmxanlı Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus xətti-dəsti olan ziyalılarımızdandır. Sabir Rüstəmxanlı öz imzası ilə M.F.Axundzadə, N.Nərimanov və digər görkəmli Azərbaycan yazarları sırasında bir sırada dayanmağı bacardı.

525-ci qəzet  2019.- 8 yanvar.- S.6.