"Naxçıvan dialekt və şivələrinin etnoqrafik leksikası" işıq üzü gördü

Dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir. Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə ana dili hər bir xalqın qürur mənbəyidir. Tarix boyu başı min cür bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz qalsa da, öz ana dilini qoruyub saxlaya bildi.

Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirilir.

Ulu öndərin "Dilimiz çox zəngin ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir bu dildə danışmağımla fəxr edirəm" müdrik kəlamı ana dilimizə olan məhəbbət hər bir soydaşımız üçün örnəkdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dili siyasəti çox geniş mənası, elmi-konseptual əsasları ilə, əslində, Azərbaycanı xilasetmə yolunun mühüm tərkib hissəsi idi.

Bu gün Muxtar Respublikada da dil siyasəti uğurla icra olunur.

Filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın "Naxçıvan dialekt şivələrinin etnoqrafik leksikası" monoqrafiyası da bu siyasətin uğurlarındandır.   Kitab AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin  31 may 2018-ci il tarixli   07/11 nömrəli  (pr. ¹ 7) qərarı ilə çapa məsləhət görülüb.

Monoqrafiyanın elmi redaktoru  AMEA-nın müxbir üzvü, professor Əbülfəz  Quliyevdir. Əsərdə Naxçıvanın ayrı-ayrı  rayonlarında işlənən ədəbi dilimizdə mövcud olmayan leksemlər-bitki adları, adət-ənənə ilə bağlı sözlər, yemək adları, geyim adları,  xalçaçılıqla bağlı  işlənən leksik vahidlər, qohumluq münasibəti  bildirən sözlər, çörəkbişirmə prosesi ilə bağlı sözlər,  əkinçilik   heyvandarlıq terminləri araşdırılıb.  Dil tariximizin öyrənilməsində əhəmiyyətli  rolu olan bu tərz ifadələr həm dilimizin zənginliyinin ən bariz nümunəsi kimi diqqəti cəlb edir.

Monoqrafiyaya yazdığı  əhatəli sanballı ön sözdə AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev qeyd edir ki, "Filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın "Naxçıvan dialekt şivələrinin etnoqrafik  leksikası" monoqrafiyası dialektologiyamızda bir ilkdir. Naxçıvan dialekt şivələrinin lüğət tərkibində  elə sözlərə rast gəlirik ki,  onlar vaxtilə Azərbaycanın  qədim yazılı abidələrində işlənmiş, daha sonra ədəbi dilimiz üçün arxaikləşmiş,  lakin dialekt   şivələrin leksikasında mühafizə olunmuşdur".

Monoqrafiyada xalqımızın qədim məşğuliyyət  sahələri ilə bağlı  Naxçıvan dialekt   şivələrində işlənən regional xarakterli dil vahidləri - dialektizimlər  hərtərəfli araşdırmaya cəlb olunub. Giriş, beş fəsil, yarımfəsillər nəticədən ibarət olan monoqrafiyanın geniş sanballı ədəbiyyat siyahısı da diqqəti cəlb edir. Görünür ki, müəllif bu əsəri ərsəyə gətirmək üçün çoxşaxəli araşdırma aparmış, xalqın dilinə müraciətlə kifayətlənməmiş, mövzu ilə əlaqəli çox sayda elmi tədqiqat əsəri mütaliə etmiş, mənbələrə müraciət etmişdir.

Monoqrafiyanın nəticə hissəsində qeyd olunur ki, "Naxçıvan Azərbaycanın ən qədim insan  yaşayış məskənlərindən biridir. Naxçıvan dialekt şivələrinin özünəməxsus, həm ədəbi dilimizdən, həm digər  dialekt şivələrimizdən fərqlənən  xüsusiyyətləri var.

Tədqiqat əsərinin nəticəsində ortaq türk dili ilə bağlı araşdırılıb əldə olunan nümunələr son dərəcə maraqlıdır.  Yazılı abidələrimizdə müşahidə olunan, müasir türk dillərində  ədəbi dil,  dilalekt  şivə səviyyəsində işlənən bu cür vahidlərin  etimoloji izahı monoqrafiyanın aktuallığını və elmi yükünü daha da artırıb.

Tədqiqat bir daha göstərdi ki, Naxçıvan dialekt və şivələrində elə sözlər var ki, onlar ədəbi  dilimizdən fərqlidirlər,  bu da  qədim  Naxçıvanımızın özünəməxsusluğunun ən bariz nümunəsidir.

Ulu öndər Heydər Əliyevin də dediyi kimi: "Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur".

Nərgiz İSMAYILOVA

Filologiya üzrə fəlsəfə doktoru

525-ci qəzet  2019.- 8 yanvar.- S.8.