İçərişəhərdə
keçirilən "Qış Qalası" festivalı başa çatdı
İçərişəhərdə dekabrın 15-dən start götürən yeni il festivalı - "Qış Qalası" başa çatıb.
"İçərişəhər"
Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən
bildirilib ki, festival müddətində paytaxt sakinləri və
qonaqları Qoşa qala meydanında müxtəlif növ
suvenir, əl işləri və digər bayram
atributlarının satışı üçün nəzərdə
tutulan "Qış Qalası" çadırlarını
ziyarət ediblər.
Həmçinin,
ziyarətçilər Qoşa qala meydanında yeni il
festivalı münasibətilə təşkil olunan konsert
proqramından zövq alıb və bir sıra viktorinaların
iştirakçısı olublar.
Festival paytaxt
sakinləri və qonaqları tərəfindən böyük maraqla
qarşılanıb.
525-ci qəzet 2019.- 8 yanvar.- S.8.