Xətai Sənət Mərkəzində
növbəti sərgi maraqla
qarşılandı
Xətai Sənət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş rəsm sərgisi açılıb.
Mərkəzdən
AZƏRTAC-a bildirilib ki, sərgidə "Qızıl Ay"
rəsm kursunun 50-dən çox üzvlərinin əsərləri
nümayiş edilib. Sərgidə, həmçinin "Kids
Fashion Design" adlı layihə çərçivəsində
dəb nümayişi də olub. Belə ki, uşaqlar tərəfindən
çəkilən moda eskizləri əsasında tikilən
geyimlər azyaşlı modelyerlər tərəfindən
iştirakçılara təqdim edilib.
Sərginin
keçirilməsində məqsəd Azərbaycan Rəssamlar
İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı
ilə uşaqlarda bədii zövqün
formalaşmasını stimullaşdırmaq,
yaradıcılıq duyğularının inkişafı, əhatə
olunmuş mühitə münasibət və ona yanaşma tərzinin
mükəmməlləşməsinə təkan, ən əsas
da doğma elə, vətənə - onun tarixinə, bu gününə
məhəbbət aşılamaqdır. Dəb
nümayişinin təşkilində isə məqsəd
uşaqlarda özünüifadə və özünü-təqdimat
bacarığını inkişaf etdirməkdir.
Uşaqların hazırladıqları geyimlərdə rəng
harmoniyası, milli sərvətlərimiz, simvol və
atributlarımızdan istifadə edərək qurduqları
fantaziya onların şəxsi fikirlərini təcəssüm
etdirib.
Sonda
iştirakçılar sertifikat və hədiyyələrlə
təltif olunublar.
525-ci qəzet 2019.- 8 yanvar.- S.7.