Musiqi məktəbində nəzəriyyə olimpiadası təşkil
olundu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbində III nəzəriyyə olimpiadası keçirilib.
31
dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il bayramına həsr olunmuş məktəbdaxili
olimpiadada 5 komanda həm şifahi, həm də musiqi
materialı əsasında biliklərini sınayıb.
Tədbir
zamanı xalq çalğı alətləri orkestri,
"Cırtdan" xoru, skripkaçalanlar ansamblı və
müxtəlif alətlərdə şagirdlər
çıxış ediblər.
Tədbirdə
Şaxta baba və Qar qız tərəfindən olimpiada
iştirakçılarına hədiyyələr, qalib
komandaya kubok və fəxri fərman, komandaların rəhbərlərinə
isə təşəkkürnamələr təqdim olunub.
Sonda
məktəbin direktoru Məhin Orucova çıxış edərək
olimpiadanın təşkilinə görə müəllimlərə
təşəkkürünü bildirib və şagirdlərə
yeni uğurlar arzulayıb.
525-ci qəzet 2019.- 8 yanvar.- S.7.