Xətai Sənət Mərkəzində ilin ilk sərgisi
Xətai
Sənət Mərkəzində
"Azərbaycan təsviri
sənətində qrafika:
dünən və bu gün" adlı rəsm müsabiqəsinin yekun sərgisi açılıb.
"Qrafika
2019" adlı rəsm
sərgisi Mədəniyyət
Nazirliyinin təşkilati
dəstəyi, Azərbaycan
Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının
(ARİ) və Xətai
Sənət Mərkəzinin
birgə layihəsi əsasında təşkil
edilib.
Sərginin açılışından əvvəl
Mədəniyyət Nazirliyinin
rəsmisi Qalib Qasımov müsabiqə və sərginin əhəmiyyətindən söz
açıb.
Bildirib ki, müsabiqə çağdaş
Azərbaycan incəsənətinin
əsas növlərindən
olan qrafikanın rolunu və mövqeyini genişləndirmək,
mədəni ictimaiyyətin
diqqətini bu sənət sahəsinə
cəlb etmək, qrafika sənəti ustalarının yaradıcılığını
təbliğ etmək
və rəssamların
bu sahəyə ardıcıl müraciət
etmələrini stimullaşdırmaq
məqsədilə təşkil
olunub. Müsabiqə çərçivəsində nəşriyyat işçiləri
ilə görüşün
keçirilməsinin əhəmiyyətini
də vurğulayan natiq deyib ki,
belə bir görüş həm də kitab qrafikası
və dizaynı sahəsində çalışan
gənc və istedadlı rəssamlarla tanış olmaq, naşirlərin və dizaynerlərin günlük iş həyatlarında rastlaşdıqları
məsələləri müzakirə
etmək üçün
önəmlidir.
Müsabiqənin münsiflər heyətinin
sədri, Xalq rəssamı Arif Hüseynov bu yarışmanın ölkəmizdə
qrafika sənətinin
inkişafına güclü
təkan verəcəyini
qeyd edib. Vurğulayıb ki, müsabiqəyə
380-dən çox qrafika
və qrafika yönlü əsərlər
təqdim olunub, 76 əsər münsiflər
heyəti tərəfindən
seçilərək yekun
sərgidə iştirak
etmək hüququ qazanıb.
Xalq rəssamı
Ağəli İbrahimov
sərginin önəmini
yüksək dəyərləndirib.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev də bu müsabiqənin
respublikamızda təsviri
sənətin inkişafına
töhfələr verəcəyini
söyləyib.
Sonra müsabiqənin
qalibləri mükafatlandırılıb.
Münsiflər heyətinin qərarına
əsasən, Əbülfəz
Fərəcoğlu birinci
yerə, Fəxrəddin
Qəhrəmanlı ikinci,
Mais Əliyev isə üçüncü
yerə layiq görülüblər.
Nərgiz
Abdullayeva, Vəfa Allahyarova, Rafael Əlizadə,
Niyaməddin Qocayev,
Daniela Perera və Xatirə Həsənzadəyə
həvəsləndirici mükafatlar
təqdim edilib.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 10 yanvar.- S.7.