IV Gənc Ədiblər Məktəbi fəaliyyətə
başladı
Dünən Azərbaycan Yazıçılar
Birliyinin (AYB) "Natəvan"
klubunda dördüncü
Gənc Ədiblər
Məktəbinin ilk toplantısı
keçirilib.
Toplantıda AYB-nin rəhbərliyi, keçmiş Gənc Ədiblər Məktəbinin
müdavimləri, ədəbiyyat
maraqlısı gənclər
iştirak ediblər.
Tədbiri giriş sözü
ilə açan AYB-nin Gənclərlə iş üzrə katibi Rəşad Məcid 2008-ci ildən fəaliyyət göstərən
Gənc Ədiblər
Məktəbi layihəsi
haqqında ümumi məlumat verib. Deyib ki, hər ay AYB-nin "Natəvan" klubunda tanınmış yazıçı və şairlərlə, tənqidçilərlə
gənclərin görüşləri
keçiriləcək, gənclərin
yaradıcılıq nümunələri
dinləniləcək. Dördüncü məktəbin də
gənclərin istəyi
və arzusuna görə toplandığını
deyən katib hər kəsə uğurlar arzulayıb.
AYB-nin sədri, Xalq yazıçısı
Anar çıxış
edərək GƏM-in önəmindən
danışıb, gənclərə
gələcək fəaliyyətlərində
uğurlar arzulayıb.
I GƏM-in məzunlarından Pərvin çıxış
edərək məktəbin
və AYB-nin onun həyatında, yaradıcılığındakı önəmli rolundan danışıb, yeni gənc ədiblərə
qarşılarındakı iki ildən maksimum yararlanmağı tövsiyə edib.
I GƏM-in daha bir
məzunu Kəramət
Böyükçöl ədəbiyyatla
məşğul olmaq
üçün istedadın
önəmini vurğulayıb.
II GƏM-in məzunu Şahanə
Müşfiq çıxışında
həm özünün
iştirakçısı olduğu
məktəbdən, həm
də III GƏM-in fəaliyyətindən
danışıb.
III GƏM-in məzunlarından Rəvan Cavid də Gənc Ədiblər Məktəbinin
həyatındakı və
yaradıcılığındakı önəmindən söz
açıb, yeni müdavimlərə uğurlar
arzulayıb.
"Ulduz" jurnalının
baş redaktoru Qulu Ağsəs, şair Dayandur Sevgin və başqaları gənclərə
öz tövsiyələrini
verib, növbəti dəfə fəaliyyətə
başlayan GƏM-ə uğurlar
diləyiblər.
Daha sonra IV GƏM-in üzvləri özlərini təqdim edib, yaradıcılıq nümunələrindən oxuyublar. Görüş oxunan şeirlərin müzakirəsi ilə davam edib.
MEHRİ
525-ci qəzet.- 2019.- 10 yanvar.- S.7.