SƏMƏNDƏR
QUŞU
Bir əlimdə
qələmdi, bir əlimdə könüldü,
O Ölüm də könüldü, bu Olum da könüldü.
Bütün irəlilərdən irəlidə könüldü,
Mən hamıdan sondayam...
Mən hamıdan qabaqda!
Bu, Sonun Əvvəlidi - o, Əvvəlin Sonudu,
Bircə
yer var, həmin yer düz Allahın yanıdı!
Səadət axtarırıq, elə
budu, yəni bu:
Mən hamıdan sondayam...
Mən hamıdan qabaqda!
Ey bir deyil, oncalar,
halı olun halımdan,
Qarışqa-qarıncalar, çıxmadım haqq yolundan.
Ey özündən sondalar, gəlin çatın dalımdan,
Mən hamıdan sondayam...
Mən hamıdan qabaqda!
Həmişə istəmişəm obanın,
elin olum,
Həmişə istəmişəm olum, Əvvəlin olum.
Həmişə istəmişəm sonuncu
ölüm olum,
Mən hamıdan sondayam...
Mən hamıdan qabaqda!
Ustayam, qartal kimi qanad
açmaq işində,
Mahirəm, heçcə nədən
qana düşmək işində.
Mən köhnə əkinçiyəm,
əkmək-biçmək işində,
Mən hamıdan sondayam...
Mən hamıdan qabaqda!
Lap Səməndər quşuna
oxşayıb ölməkdə
də,
Özümə oxşamaqda və
sair olmaqda da,
Lap şeir yazmaqda da, lap şair olmaqda da,
Mən hamıdan sondayam...
Mən hamıdan qabaqda!
BÜTÖVLÜYÜMÜZÜN
ŞƏKLİ
Təbriz səfərində əvvəlcə
yolumuz Xalxal şəhərindən düşdü.
Dedilər ki, S.C.Pişəvərinin
kəndi Zeyvə yaxınlığındadır. Getdik. Qohumlarından qardaşı oğlu Seyid Hüseyni oraqla taxıl biçdiyi yerdə tapdıq. Bu işdə
bizə nəvəsi,
məktəbli Cavad bələdçilik etdi.
Ayrılanda onun bizdən ayrılmaq
istəmədiyi indiki
kimi yadımdadır...
Pişəvəri amalının, yolunun gələcək davamçısıtək.
Tapıb
Xalxal şəhəri,
qədim Zeyvə kəndində,
Sağlam kökdən boy almış
budaq Cavadı gördüm.
Daşlardan qaynayırdı, qayalardan
sızırdı,
Yandım, içdim doyunca, bulaq Cavadı gördüm.
Oralar onunkuydu, buralar canındaydı,
Haralar onun deyil, haralar canındaydı.
Səttarxanın aldığı yaralar
canındaydı,
Min yaşlı bir
qocanı, uşaq Cavadı gördüm.
Təbrizi görmək üçün
getdiyimiz bir gündə,
Qəfil yol peyda oldu
yolumuzun üstündə.
Pöhrədən pöhrələndim Pişəvəri mülkündə,
Köhnə ocaq yerində ocaq Cavadı gördüm.
Bu vətən zaman-zaman nə odlara qalanmış,
Neçə haqqı tapdanıb əllərindən alınmış.
Cavadzadə nəslinin başı
üstdən salınmış,
Yerdən dübarə qalxmış
bayraq Cavadı gördüm.
Keçdiyim yollar üstə
lalə Pişəvəriydi,
Təbrizdə Ərk qalası hələ Pişəvəriydi.
Pişəvəri nəslindən qalan
Pişəvəriydi,
Öpdüm Pişəvərini, bayaq Cavadı gördüm.
Allah, necə alıblar dinənlərin canını,
Keçmişlərin canını, dünənlərin
canını.
İçmək üçün qan
tökən düşmənlərin
qanını,
Sabahlara çağırır torpaq,
Cavadı gördüm.
Babasının gözüydü, babasının
ürəyi,
Obasının özüydü, obasının
ürəyi.
Sevməz
“çıraq dibinə
işıq salmaz” deməyi,
Dibinə işıq salan çıraq Cavadı gördüm.
Üstündə oturduğu taxt sığmayırdı Elə,
Yoxsa on iki yaşlı Şah İsmayıldı elə?!
Ümman
gəzir, arxlara sığışmayırdı hələ,
“Balaca Qara Balıq”
- qoçaq Cavadı gördüm.
Daha nəyim var mənim, olanı qoyub gəldim,
Allah, balamı tapdım,
balamı qoyub gəldim.
Neçə dəfə başına
dolanıb, qoyub gəldim,
Bütöv Vətəndi sandım, vallah, Cavadı gördüm.
Qoymazsan
haqsız gülə,
sən axı haqq olmusan,
İntiqam almaq üçün gör nə sayaq olmusan.
Bir uşağın xətrinə
dönüb uşaq olmusan,
Gördüm varsan, gördüm
var,
Allah, Cavadı gördüm!
VƏTƏN, VAXTLI TANI OĞULLARINI...
Gör anmazın kimdi, ananın kimdi,
Gör qanmazın kimdi, qananın kimdi,
Gör yanmazın kimdi, yananın kimdi,
Vətən, baxıb tanı
oğullarını,
Vətən, vaxtlı tanı
oğullarını!
Qoy deyim indi də...
kimdi onlar da,
Vətən eşqi, Vətən
andı onlarda!
Hər arzun, niyyətin cəmdi onlarda,
Vətən, baxtın sanıb
oğullarını,
Vətən, vaxtlı tanı
oğullarını!
Başları qarışmaz taxt
döyüşünə,
Bax, hər
birisinin bax, döyüşü, nə?
Yenilməz, yorulmaz, haqq döyüşünə,
Vətən, haqlı sanıb
oğullarını,
Vətən, vaxtlı tanı
oğullarını!
Onlar döyüşəndə, bil,
nə istəyib,
Sənin uğrunda ölmək istəyib.
Adını tarixdən silmək
istəyib,
Vətən, çoxu danıb
oğullarını,
Vətən, vaxtlı tanı
oğullarını!
Kim səni salıbdı ələ, bu qədər,
Bu qədər deyilsən, elə, bu qədər!
Kim yeyib haqqını belə, bu qədər,
Vətən, haqqı hanı oğullarının?
Vətən, vaxtlı tanı
oğullarını!
Qaramı
uduzdun, ağmı uduzdun,
Çox vaxt uduzanda, vaxtı uduzdun.
Çoxdu günahımız, çoxdu,
uduzdun,
İtən vaxtın sanıb
oğullarını,
Vətən, vaxtlı tanı
oğullarını!
Çox
yerdə bağlanıb
yol-iz baxtından,
Özü də gündüzün gündüz vaxtında.
Azmı
salıbdılar Təbriz
taxtından,
Vətən, taxtı yanır
oğullarının...
Vətən, vaxtlı tanı
oğullarını!
Bütöv yaşadığın bir gün olaydı,
Səni
böyüklükdə könlüm
olaydı!
Torpağı sanı yox, ömrüm olaydı,
Vətən, haqqı sanı
oğullarının,
Vətən, vaxtlı tanı
oğullarını!
SULAR
Haraya axmır ki... haracan axır,
Görəsən ay Allah, bu axar sular?
Köməyə yetməyin xiffətin
çəkir,
Həsrət qalmayıbdı vara
ha, sular!
Sevir ana yurdun daş-torpağını,
Evin gur işığı, şöy
çırağımı?
Yaxşı tanıyıram İrəm
bağını,
Bağbanlıq eyləyir bu bağa, sular!
Yaman xoşu gəlir sözümdən mənim,
İllah
da çaldığım
sazımdan mənim!
Əyilib
öp, deyər üzümdən mənim,
Məni
ondan sonra buraxar sular!
Suların sirrini gəz, nəsə, ara,
Özünü də axtar, gəz, nəsən, ara!
Elə yer varmı ki, görəsən, ora,
Varmaya,
ha sular, vara, ha sular?!
Haqdan yaranıbdı, haqdan enibdi,
Oddu, əllərində
odlar sönübdü.
Hardasa dənizə, çaya dönübdü,
Hardasa çeşməyə, bulağa,
sular...
Yarın
sözlərinə baxmağı
sevər,
Çox sola burulmaz, bax, sağı sevər.
Yar olan tərəfdən axmağı sevər,
Onunçün tələsər, gur axar sular.
Göy şəfəqlə qonşu,
şəfəqlər göylə,
Sayrışmayır yalnız şəfəqlər
göydə.
Yarışıb günəşin şəfəqləriylə,
Sayrışar... sayrışar... bir
axar sular!
Tanrının işığı, nuru gözündə,
Duru camalında,
duru üzündə.
Öz şahlıq taxtını
qurub özündə,
Qul olan kəslərə var ağa sular!
Hərdən Lələm olub
yetişər heyə,
Hərdən kərəm qılıb dönər sevgiyə.
Barat çox boş-bekar qalmasın deyə,
Süzülər bir az
da varağa, sular!
MƏNİ BAĞIŞLAYIN
Məni
bağışlayın, məni
sevənlər,
Başım zaman-zaman qarışıq
olub.
Məni
tutan özgə qarğışı deyil,
Özcə nadanlığım-qarğışım olub.
Mənə nə olubsa bəlkə də elə,
Adam olduğumun üzündən
olub.
Həmişə başıma düşən
daşların,
Həmişə yekəsi özümdən
olub.
Heç
belə almazdım öyüdü, bilsəm,
Vaxtında gedərdim bir ayrı “dərsə”.
Bir az ərkəsöyün
böyüdülmüşəm,
Elə uşaqlıqdan
tərs oğlu tərsəm!
Elə bil yaşamır, ütələnirəm,
Daim başqasının
sorağındayam.
Mənə yüyürəni itələyirəm,
Məndən qaçanları qucaqlayıram.
Məşğulam bir özgə “sevişmək” ilə,
Özümə “səhvini qan”, deyəmmirəm.
Görən nə tapmışam çor demək ilə,
Sanki can deyənə can deyəmmirəm.
Mən buyam, o köhnə “Əhmədi-Biqəm”,
Özümdən nəsə baş aça bilmirəm.
Bəlkə sevgilərə layiq
deyiləm,
Bütün nifrətlərə necə?
Bilmirəm!
Barat VÜSAL
525-ci qəzet.- 2019.- 12 yanvar.- S.23.