Tıq-tıq xanım dörd fəsildə...  

 

 

 

Köhnə ilə bir gün qalmış Tıq-tıq xanımla görüşdüm.

 

Özü elə maraqlı görüş oldu ki. O, yenə iri gözlərinə sürmə çəkib, qırmızı donunu geyinmişdi. İşvəsi, nazı da öz işində idi, yəni yer süpürürdü. Tıq-tıq xanım bu dəfə gölməçədə boğulurdu. Harayına çatan yoldaşı siçan ona əl uzatsa da, o, "Yox-yox! Mən səndən küsdərəcik" deyirdi. Dilindən "yağ", "bal" kəlməsi düşməyən siçan əlacsız qalıb, uzun quyruğunu saçı uzun suray xanıma tuşladı. Tıq-tıq xanım çar-naçar onun uzun quyruğundan yapışaraq quruya çıxdı. Amma o, siçana qoşulmadı, "Dost, gəl hardasan?" da demədi, heç çərə , çürə getmədi. Çünki o, donu daray xanım idi. Gözəllik axtarışında idi. Gözəl görünmək istəsə , o, elə bilirdi ki, qara pıspısadırsa, demək, hamıdan çirkindi. Odur ki, Tıq-tıq xanım çıxış yolunu Şaxta babada, daha doğrusu,onun sehrli çubuğunda görürdü. Əmin idi ki, Şaxta baba sehrli sözünü çubuğuna üfürməklə onu Qar qıza çevirəcək. Ona elə gəlirdi ki, o, ağappaq Qar qız olsa, bəxti ağaracaq, xoşbəxtlik quşu başına qonacaq. Bu arzuyla o, dərə-təpə düz gedərək Yaz fəslinə gəlir. Tıq-tıq xanım bənövşə, lalə, yasəmən, arxideya, hətta tikanlı qızıl güllə görüşür. Tıq-tıq xanım onlarla birlikdə Şaxta babanı axtarmaq istəsə , güllər soyuqdan qorxduqlarını söyləyirlər onu arzusu ilə baş-başa qoyurlar.

Tıq-tıq xanım bu dəfə Yay fəslinə qədəm qoyur. Görür ki, əlində bal qabını tutan ayını arılar qovur. Vızıldayan arılar Tıq-tıq xanımı dövrəyə alsalar da, onu sancmırlar. Bu məqamda haradansa vəhşi pişik peyda olur. Tıq-tıq xanım elə bilir, Şaxta baba odur. Pişik onunla yoldaşlıq etmək istəsə , Tıq-tıq xanım ondan qorxub qaçır. Daha sonra o, yağışdan çıxıb yağmura düşür, yəni canavarla rastlaşır. O da Tıq-tıq xanımı ələ keçirmək üçün dilinə şəkər qatır. Tıq-tıq xanım pişiyə yoldaşlıq edir, canavara. Arıların, pişiyin, canavarın başını qatır, onlarla deyib-gülüb, mahnı oxuyandan sonra yoluna davam edir.

Amma bu dəfə dağa-daşa dırmaşmır. Gəlib Payız fəslinə düşür. O, ayrılıq fəslində xəzəllərin içində "Şaxta baba" deyib haray çəkməsə , onu əsən küləkdən, yağan yağışdan soruşur. "Şaxta babanı gördüm" deyən tapılmır. O, bu dəfə bir vaxtlar özünə dost axtaranda rastlaşdığı Tülkünü görür. Tülkü şələ quyruğunu oynada-oynada, şirin dilini yalanla yağlaya-yağlaya Tıq-tıq xanıma yoldaşlıq etmək istəyir. Tıq-tıq xanımın getdiyi uzun yolda bir amalı vardı: Şaxta babanın sehrli çubuğu ilə Qar qıza çevrilmək. Vəssalam! Odur ki, o, Tülkünü bir addım belə yaxına buraxmır.

Tıq-tıq xanım Qış fəslinə sarı getməsə , Qış gəlib özü onu tapır. Qışın lopa-lopa qarları qalın meşələri, uca dağları, bir sözlə, hər yeri ağappaq edir. Tıq-tıq xanımdan başqa hər tərəf hər şey ağarır. Bircə küpəgirən qarı Qışın gəlişinə məhəl qoymur. O, süpürgəsi ilə belədən belə, elədən elə göy üzündə uçur. Tıq-tıq xanımın sürmə qaşları küpəgirən qarının mavi gözlərindən qaçmır. O, Tıq-tıq xanımı dilə tutur, onu süpürgəsinin tərkinə alıb meşədən uzaqlaşdırmaq istəsə , buna nail olmur. Çünki Şaxta baba özünü yetirir Tıq-tıq xanımı Küpəgirən qarının əlindən alır. Tıq-tıq xanım Şaxta babanı görən kimi ona öz arzusunu deyir. Şaxta babanın çubuğu qədər sehirli olsa da, Tıq-tıq xanımı Qar qıza çevirmir. Çünki ikinci Qar qıza ehtiyac duymur. Qar qız da Tıq-tıq xanımla görüşür, ona olduğu kimi qalmağı tövsiyə edir.

Tıq-tıq xanım xəyal qırıqlığına uğramır. Anlayır ki, ən yaxşısı xarici deyil, daxili gözəllikdir. Özünə dost axtarmaqdan usanmayan Tıq-tıq xanım Şaxta babanın nəsihətini dinləyir. Şaxta baba söyləyir ki, Yeni il həm həmrəylik günüdür nəinki bu gün, elə ilin bütün günü hamı həmrəy olmalıdır. Tıq-tıq xanım Qar qıza qoşulub güllərlə, çiçəklərlə, yol boyu rastlaşdığı heyvanlarla əl-ələ tutur, onlarla bir yerdə deyib gülür, şənlənir, rəqs edir, mahnı oxuyur.

Tıq-tıq xanımın yeni sərgüzəştini sehrli çıraqdan çıxan Cin danışırdı. Tıq-tıq xanımın sonrakı taleyi ilə maraqlanan isə Cini çıraqdan xilas edən məktəbli idi. Cin elə həvəslə danışırdı, sanardın, çırağın içində işini-gücünü buraxıb Tıq-tıq xanımın taleyini bir saniyə belə ötürmədən izləyib...

... Yuxarıda söylədiklərim "Tıq-tıq xanımın Saxta babası" adlı tamaşadan idi. Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində səhnə həyatı görən bu əsərin həm müəllifi, həm də quruluşçu rejissoru Zəhra Quliyevadır. Bu əsər, necə deyərlər, gözümün qabağında "böyüyüb". Pyes hələ ideya məhhələsi dönəmini "yaşayanda" onun maraqlı olacağına şübhə etmirdim. Yalnız bir tərəddüdüm vardı. Qırxdan çox iştirakçısı olan tamaşa demək olar uşaq oyunçuların ixtiyarında idi. Uşaqları qısa müddətdə bir araya gətirmək, onları səhnəyə çıxartmaq, bilirik ki, heçasan deyil. Axı bizdə adətən uşaq tamaşalarını peşəkar aktyorlar ifa edir. Bu tamaşa onu göstərdi ki, uşaq tamaşalarını elə uşaq oyunçular da oynaya bilər. Yetər ki, o uşaqları bir araya gətirən rejissor olsun. 

"Tıq-tıq xanımın Saxta babası"nda əsas rolu, yəni "Saçı uzun suray xanım"ı Azərbaycan Dövlət Kukla teatrının "Oyuq" studiyasının doqquz yaşlı aktrisası Nuray Rəhman yaradıb. Tamaşada, həmçinin, Əməkdar incəsənət xadimi Nazim Əbidov,  aktyorlar Ellada Sarvan, Əmrah Dadaşov,  Zaur Əliyev, Beyrək Rüstəmzadə, Yaqut Bədəlova ifa ediblər. 45 dəqiqəlik tamaşada vaxt necə getdi bilmədim. Bircə onu bildim ki, sonda balaca tamaşaçılar Tıq-tıq xanımı, gülləri, çiçəkləri, heyvanları canlandıran iştirakçıların əhatəsində "Dost, gəl hardasan? Tez gəl hardasan?" deyirdi.

2019-cu ilin köhnə ilinə bir gün qalmış Tıq-tıq xanımla görüşdüm... Və bu, mənim üçün ilin ilk tamaşası idi. 2019-cu ilim teatrla başladı. Demək ki...

13 yanvar, 2019

 

 

Ülviyyə HEYDƏROVA

 

525-ci qəzet.- 2019.- 16 yanvar.- S.7.