Əlincə şairi
Müzəffər Əlincəli, qürurla daşıdığı təxəllüsündən
də göründüyü
kimi, qədim dövrlərdən üzü
bəri sözün ağır-yüngülünə xüsusi həssaslıqla
yanaşılan, çox
böyük söz ustalarının vətəni
Naxçıvan diyarında
dünyaya gəlib. Və
ilk şeirləri də
vaxtilə "Naxçıvan
nəğmələri" almanaxında dərc olunub... Ancaq sonralar tale onu
sovet hökumətinin
bizə sürgün yeri kimi tanıtdığı
Qazaxıstana gətirib
çıxarıb.
Öz intellekti,
əməyi-zəhməti sayəsində
kifayət qədər
yüksək mövqelərə
çatıb, layiqincə
hörmət-izzət qazanıb. Yaş artıb
ürəyindəki vətən
həsrəti qövr
elədikcə görüb
ki, daha dözə bilmir, doğma el-obaya dönmək zamanıdır.
Və qayıdıb vətənə... "Həsrət"
adlandırdığı ilk kitabı altmışı
arxada qoyub yetmişə doğru gedəndə işıq üzü görsə də, həmin kitabda hətta altmışıncı illərdə
doğma kəndləri
Xanəgahda yazdığı
şeirlərdən də
nümunələr var
ki, bu ilk yaradıcılıq təcrübələri
Müzəffər Əlincəlinin
əlinə təsadüfən
qələm almadığını
göstərir.
Dağ döşündə lalə
yanır,
Gözüm görür, səni anır.
Nədən məni düşmən
sanır,
Qoparırsan fəğan, kəklik.
Əlbəttə, yeniyetməlik illərinin məhsulu olan qələm təcrübələrində
müəyyən dil-üslub,
poetexnoloji qüsurların
mövcudluğu qaçılmazdır. Əsas odur
ki, həmin şeirlərdə kifayət
qədər ilhamlı
bir ürək döyündüyünü duymamaq
mümkün deyil.
Bulaq üstə su dolduran,
Baxışları heyran-heyran,
Adı ceyran, özü ceyran
Göyçəklərdən ayrılmışam.
Yaxud:
Torpaq oyanmışdır qış
yuxusundan
Körpə yuxusundan oyanan kimi.
Bənövşə boylanıb utanır yaman
Qızlar sevgisindən utanan kimi.
Müzəffər Əlincəli vətənə
qayıtdıqdan sonra
bir-birinin ardınca beş kitab
nəşr etdirməklə
sübut elədi ki, onu ilk gənclik
illərindən çuğlayan
şairlik havası gəldi-gedər deyilmiş...
Boğmuşdu məni
yayın nəfəsi.
Çəkildi tətik,
tərpəndi çaxmaq
Bölündü ortadan ildırım,
Tökuldu çölə,
yayıldı səsi.
Nə gözəl tablodu,
buna baxmaq.
Arzum budu tabloda
əlimi yuyum,
Özüm özümü yuyum,
Gələcək
günümü yuyum,
Ayımı, ilimi yuyum...
Çirkablı sözümü yuyum,
Görən bu təmizlikdən
olarmı doymaq...
Müzəffər Əlincəli öz
psixoloji-poetik yaşantıları
ilə dövrümüzün
böyük şairlərindən
Ramiz Rövşəni
özünəməxsus bir
şəkildə "interpretasiya"
edir:
Bir
"İlan balası"
kəsildi qənim,
Zəhəri yoxuymuş, Ramiz
demişkən,
Bir şahmara döndü ilanım mənim,
Oldu ayağıma
hər an ilişkən.
Ağladım şerini dinlədikcə
mən,
Ürəyimə çarpaz bir daş vurdular.
Qədir
biləniymiş, ay Ramiz
Rövşən,
Yaşatdı məni də o "Qara paltar".
Əlbəttə, şairin birinci hünəri həyatın
incə, zərif detallarına enməyi bacarmağıdırsa, ikincisi,
heç şübhəsiz,
ümumən şeirin
ifadə-janr imkanlarına
hökm etmək qabiliyyətidir. Əlincə şairi buna
məhz fitri istedadı ilə cəhd elədiyinə görə şeirlərində
dərhal nəzərə
çarpan maraqlı bir ekzotika var
ki, bədii idrakın məzmun-mündərəcəsindən
başlayıb forma-üslubuna
qədər davam edir.
Müzəffər Əlincəlinin poeziyasında
çox güclü bir Naxçıvan yaddaşı var... Doğma diyarın çölü-düzü,
daşı-qayası, gülü-çiçəyi
onun xəyallarını
qanadlandırır. Və
"təbiət" anlayışı
miqyasından çox-çox
kənara çıxaraq
ciddi (və ciddi olduğu qədər də romantik) məna-məzmun kəsb edir...
Boylanır hey qartal kimi
İrana-Turana dağım,
Qibləgah ziyarətindən
Kəsilməsin ayağım.
Çəkdin mənim dərd-sərimi,
Düzün məğrur, özün məğrur.
Səni
görcək sevinirəm,
Torpağımda bir ər durur.
Yalçın sinə yamacların
Kəklik, turac, qoç oylağı.
Könlüm səndən ayrılmayır,
Vüqarımsan, İlandağı.
"Mən həmişə fəxr etmişəm, indi də fəxr
edirəm - mən azərbaycanlıyam" epiqrafı
ilə başlanan
"Mən azərbaycanlıyam"
şeiri Müzəffər
Əlincəlinin Ulu Öndərə həqiqi
bir vətəndaş-vətənpərvər
ehtiramının bədii
ifadəsidir:
"Mən azərbaycanlıyam"
dedin,
Ürəyində qorudun
Vətənimi, elimi,
Torpağımı, dilimi.
"Mən azərbaycanlıyam"...
Bəşər boyu keşik çəkdin
Vətənimin sərhəddinə.
Keçən ilin sonlarında Müzəffər Əlincəli
oxuculara özünün
beşinci kitabını
təqdim etdi. Və onu
"Ruhumun harayı"
adlandırmaqda, görünür,
səhv eləmədi.
Ruh ki bədəndə
oynamadı, təlatümə
gəlmədi, əlbəttə,
əsl şeir yaranmaz... Ancaq "ruhumun harayı"
ifadəsində böyük
bir iddia da var ki,
buna da təbii
baxmaq lazımdır.
Hər şeydən əvvəl ona görə ki, ilham, mahiyyəti etibarilə, elə səmimi, təvazökar və sirayətedici bir iddiadır ki, onsuz ələ
qələm almağın
faydası yoxdur...
"Ruhumun harayı"
müəllifi yazır:
Çağırın məni -
Milyon-milyon ürəklərə
Ömrüm boyu keşik çəkim.
Çağırın məni -
Qanlı
hərbi bazaları
Öz əlimlə özüm söküm...
Bu misralarla başlanan
şeirində şairin
ideya-poetik yeniliyi (və özünəməxsusluğu)
ondan ibarətdir ki, bir tərəfdən,
"qanlı hərbi
bazalar"a qarşı
üsyan qaldırırsa,
digər tərəfdən,
həmin "bazalar"ın
faktiki olaraq qurulmasından əvvəl
məhz xəyallarda, düşüncələrdə, insan təfəkküründə
yarandığını nəzərə
çapdırır. Əmindir
ki, "azadlıq günəşini zülmətlərə
paylamağa" insan təbitəinin ekalogiyasından
başlamaq lazımdır...
İnsan mürəkkəb
məxluqdur: həm xoşbəxtliyin yollarını
üzünə bağlayır,
həm də yol axtarır. Və şair bu "fəlsəfə"dən
belə bir "çıxış yolu"
tapır:
İstəmirəm heç birini,
Cəhənnəmi, cənnətini.
Xaçsızam, nə edim,
Allahım, yeni bir yol ver,
Mən də bu yolla gedim.
Müzəffər Əlincəlinin şair
harayında bu dünyanın dərdi-sərinə,
ağrılarına şərik
çıxmaq cəsarəti,
haqqı nahaqdan, həqiqəti yalandan seçmək cəhdləri
(və cəsarəti)
aydın görünür:
Vurduğun zədəni gördüm,
Hönkürən dədəni gördüm,
Sənintək gədəni gördüm,
Bu dünya dağılmır
axı!
Əlbəttə, demək olmaz ki, Müzəffər Əlincəlinin kitaba daxil edilmiş bütün şeirləri
sənətkarlıq və
ya peşəkarlıq
baxımından eyni səviyyədədir. Ancaq bir mühüm cəhət inkar edilməzdir ki, poetexnoloji baxımdan alınmamış şeirlərində
də poetik ruh var:
Artıq
mən yubanmışam,
Nə qalıbdır ömrümə...
Ömür mətləbə çatır,
Heç
nə gəlmir karıma,
Soyuq küləklər əsir.
Şairin mövzu dairəsi də genişdir: sevgi
iztirablarından ailə-məişət təəssüratlarına,
beynəlxalq hadisələrin sosial-mənəvi mahiyyətinə
varmaqdan başlamış milli
vətənpərvərlik hisslərinin tərənnümünə
qədər elə bir mövzu
yoxdur ki, Müzəffər
Əlincəli ona baş
vurmamış olsun... Azərbaycan
xalqının qəhrəman oğlu Mübariz İbrahimova həsr
etdiyi poema şairin vətənpərvərlik
duyğularının ifadəsi olmaqla
yanaşı, həm də vətəndaşlıq ruhunun harayıdır.
Nizami
CƏFƏROV
525-ci qəzet.- 2019.- 17 yanvar.- S.7.