20 Yanvar şəhidləri Milli Kitabxanada anılıb

 

 

Yanvarın 17-də Milli Kitabxanada "20 yanvar - Ümumxalq hüzn qürur günüdür" mövzusunda kitab sərgisi filmin nümayişi keçirilib.

 

Tədbir Prezident Administrasiyası rəhbərinin 13 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı"na əsasən, Mədəniyyət Nazirliyi ilə birgə təşkil edilib.

Öncə Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçən  şəhidlər bir dəqiqəlik sükutla yad olunub.

Milli Kitabxananın direktoru Kərim Tahirov 20 Yanvar hadisələri haqqında danışaraq milli azadlıq ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirildiyini ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adlarının əbədi olaraq Azərbaycan tarixinə xalqımızın yaddaşına həkk olunduğunu söyləyib. O, 20 Yanvar hadisələrinin təkcə faciə deyil, həm Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixinin parlaq səhifəsi olduğunu bildirib.

K.Tahirov 20 yanvar hadisələrinə ilk dəfə Ümummilli lider Heydər Əliyevin hadisədən dərhal sonra siyasi qiymət verdiyini, SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham etdiyini bəyanatla çıxış edərək bütün dünya ictimaiyyətinə, dünya mətbuatına çatdırdığını vurğulayıb. Həmçinin, 20 yanvar faciəsinə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 5 yanvar tarixli "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Fərmanı ilə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildiyini söyləyib.

Tədbirdə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş film nümayiş etdirilib.

Milli Kitabxananın direktor müavinləri Mələk Hacıyeva Ədibə İsmayılova çıxış edərək 1990-cı ilin 20 yanvar hadisəsinin Azərbaycan xalqının tarixində ağır bir hadisə olduğunu, lakin xalqın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini bildiriblər. Qeyd edilib ki, Milli Kitabxana 20 Yanvar faciəsi haqda tarixi həqiqətləri Azərbaycan dünya ictimaiyyətinə çatdırmaq üçün daim müxtəlif kütləvi tədbirlər keçirir, kitab sərgiləri, təqdimatlar, film nümayişləri gerçəkləşdirir.

Milli Kitabxananın əməkdaşları Səyyarə Məmmədli Tərlanə Əliyeva 20 yanvar faciəsinin qurbanlarına, şəhidlərimizə həsr etdikləri şeirləri səsləndiriblər.

Sonda tədbir iştirakçıları 20 yanvar faciəsinə həsr olunmuş Azərbaycanda, xarici mətbuatda çap edilmiş, Azərbaycan, rus digər dillərdə 300-dən artıq nəşrin yer aldığı sərgi ilə tanış olublar.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2019.- 18 yanvar.- S.7.